İmmunitetin möhkəmləndirilməsi üçün su qəbul edilməsi mühüm şərtdir
Təkcə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı deyil, digər infeksion xəstəliklərə qarşı mübarizədə immunitet sisteminin güclü olması çox əhəmiyyətli rol oynayır. İmmunitet sistemi fərdi xarakter daşısa da, onun gücləndirilməsi mümkündür. Bu sahədə mövsümü meyvələrlə qidalanmaq və gün ərzində çoxlu maye qəbul etmək əhəmiyyətli rol oynayır.
Milli.Az bildirir ki, həkim-terapevt Sübhan Hacıyev su qəbulu qaydaları barədə AZƏRTAC-a məlumat verərək deyib: "Hər kəs öz bədən çəkisini 0,5-ə vurmaqla alınan rəqəmin onun mayeyə olan tələbatını öyrənə bilər. Məsələn, çəkisi 80 kiloqram olan insan gün ərzində 4 litr maye qəbul etməlidir. Yaxşı olar ki, onun 2 litri təbii su, qalanı isə qəbul edilən duru yeməklər, içilən çay və mayelərdən ibarət olsun. Ən azı mayenin 50 faizinin təbii su olması mütləq şərtdir".
"Lakin həddindən çox ifrata da varmaq olmaz, çünki su intoksikasiyası deyilən bir anlayış da var. Suyu qədərindən çox içmək ona qarşı ikrah hissi, ürəkbulanma yaradır və o yerə gəlib çıxır ki, su qəbul edilməsi tamamilə dayandırılır. Suyun yaratdığı köp, mədə-bağırsaq traktının pozulması, ishal və s. hallar olur. Ona görə də bunları nəzərə almaq lazımdır", - deyə həkim-terapevt əlavə edib.
Milli.Az /news.milli.az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları