İmtahanda 700 bal yığan abituriyent qızlar barədə bilmədikləriniz - FOTO

İmtahanda 700 bal yığan abituriyent qızlar barədə bilmədikləriniz - FOTOBakı məktəbliləri III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstəriblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Xanim.az -a verilən məlumata görə, İdarənin tabeliyindəki 278 nömrəli məktəbin məzunu Pərvin Mətləb qızı Əhmədova və 111 nömrəli məktəbin məzunu İlhamə Ramil qızı Hüseynova bütün test suallarına düzgün cavab verərək 700 bal toplayıblar.

Qeyd edək ki, Pərvin Əhmədova Respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə 2015 və 2016-cı illərdə qızıl medal qazanıb. "Ədəbiyyat biliciləri" müsabiqəsində isə 2017-ci ildə I yeri tutub. Həmçinin, Bakı şəhəri üzrə keçirilən şeir müsabiqələrində 2014-cü və 2015-ci illərdə I yerə layiq görülüb. "Parlaq zəka" intellektual oyununda 2016-cı və 2017-ci illərdə tarix və coğrafiya fənnləri üzrə I yerə sahib olub. O, IX sinfi xüsusi fərqlənmə şəhadətnaməsi ilə bitirib, XI sinfi əla qiymətlərlə başa vurub.

İlhamə Hüseynova isə Respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə 2015-ci ildə gümüş, 2016-ci ildə bürünc medal qazanıb. O, IX sinfi xüsusi fərqlənmə şəhadətnaməsi ilə başa vurub. XI sinfi fərqlənmə ilə bitirdiyinə görə qızıl medal almaq üçün namizədliyi irəli sürülüb.

Ümumilikdə, bu il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə, hələlik 12 abituriyent 700 bal toplayıb.

I və IV ixtisas qrupları üzrə imtahanda 7 nəfər maksimum nəticə göstərib. İmtahanda I ixtisas qrupu üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 220 nömrəli məktəb-liseyin məzunu Xalidə Əliyeva, 162 nomrəli tam orta məktəbin məzunu Mahirə Əsədzadə, akademik Zərifə Əliyeva adına liseyin məzunu Elmir Əhmədov, Gəncə məktəblisi Abdulla Əsgərzadə, İsmayıllı rayonu Lahıc qəsəbə məktəbinin məzunu Vahab Cəbrayılov, IV ixtisas qrupu üzrə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 287 nömrəli "Zəkalar" liseyinin məzunu Nemət Yusifov və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Eldar Əfəndiyev ən yüksək nəticə göstəriblər. II və III ixtisas qrupları üzrə imtahanda isə 3 nəfər ən yüksək nəticəni göstərib. II ixtisas qrupu üzrə akademik Zərifə Əliyeva adına liseyin yetirməsi Səbinə İsmayılova, Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyinin məzunu Cavad Əliyev və Ağcabədi şəhəri 3 saylı məktəb-liseyin məzunu Arzu Məmmədzadə 700 bal toplayıblar.

Xəbərlər     Baxılıb: 1851   Tarix: 17 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

toy makiyajlari yemek reseptleri toy gecesi prezervativ toyuqlar haqqinda fitnes klubu kokteyl paltarlari kosmetika qz eviyçun hakışta novruz bayrami hakisda novruza aid haxisdalar kahfe fali