İndi əsl qəhrəmanlar onlardır

İndi əsl qəhrəmanlar onlardır"Çox ağırdır. Kədərlidir, mənəvi cəhətdən yüklüdür. Təbii ki, yoluxma riski həmişə var. Lakin bu risk barədə düşünməyə vaxtımız və həvəsizimiz yoxdur. Pasiyentləri düşünməliyik. Çünki buraya gələnlərin çoxu qorxublar. Bəziləri təlaşdadır. Biz virusla mübarizənin ön cəbhəsində olduğumuz üçün həm müalicə etməli, həm də psixoloji yardım göstərməliyik".
Kəmalə xanım reanimatoloqdur. Azərbaycanda COVİD-19 koronavirusuna qarşı mübarizə məqsədilə tətbiq edilmiş karantin çərçivəsində fəaliyyət göstərən tibb müəssisələrindən birində çalışır.
Dəqiq iş qrafiki yox bu müəssisədə. Həkimlər və tibb bacılarının iş günü ən yaxşı halda 10 saat, əksər hallarda isə 16-18 saat davam edir.
Bəzi həkimlər günlərlə ailə üzvlərini görmürlər.
İndi əsl qəhrəmanlar onlardırBununla bağlı məhdudiyyət və ya yasaq yoxdur. Həkimlərin özləri karantin müəssisəni tərk etmək istəmirlər.
Yardım üçün, həyatları xilas etmək üçün.
Həyat ən dəyərli məhfumdur. İndi o dəyəri qoruyanlar da həkimlərimizdir.
Belə müəssisələrdə ən gərgin iş rejimi "temperatur otaqları"ndadır: həmin otaqlarda koronavirusa yoluxmada şübhəli bilinən insanın qan analizləri test edilir.
Həkimlərimizin dediklərinə görə, bütün karantin müəssisələrində ən müasir avadanlıq var. Müdafiə kombinezonları və maskalar da yetərincədir.
"Növbə bitəndə, müdafiə kostyumlarını, yəni kombinezonları çıxaranda görürük ki, bütün paltarımız tər içindədir. Üzdə, alında, burunda, boyunda izlər qalır. Çünki qoruyucu maska və eynək dəriyə bərk yapışır. Həmkarlarımın bəziləri ağır növbədən sonra evə getmir, elə burada, stulda oturub yatırlar", - həkimlərdən biri söyləyir.
Həkimlər onu da deyirlər ki, vətəndaşlar dövlət qurumlarının tövsiyyələrinə və göstərişlərinə dərhal, şərtsiz əməl etməlidirlər, şayiələrə inanmalıdırlar.
İndi əsl qəhrəmanlar onlardırKoronavirusa qarşı mübarizənin ön cəbhəsində olanların, bu ağ xalatlı qəhrəmanların əməllərini və işini millət, dövlət və hakimiyyət görür.
Görür və dəyərləndirir.
Prezident İlham Əliyev Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edib.
Dövlət başçısı həkimlərin əməyini yüksək qiymətləndirdi, dövlətimiz ağ xalatlıların fədakarlığını dəyərləndirdi.
Eyni zamanda bu, Azərbaycanda yeni sosial qayğı nümunəsidir.
Azərbaycanda hakimiyyət hər vətəndaşın, insanımızın qayğısına qalır. Çünki dövlət və hakimiyyət üçün ən böyük dəyər maliyyə vəsaiti, iqtisadi amillər yox, məhz vətəndaşdır.
Avropa ölkələrinin tam əksəriyyətindən fərqli olaraq, Azərbaycan COVİD-19 koronavirusuna qarşı ən operativ və eyni zamanda effektiv mübarizə üsulunu seçdi.
Sadəcə, iki fakt: Avropa ölkələri arasında Azərbaycan orta məktəbləri, liseyləri, kollecləri, universitetləri və ən başlıcası - məktəbəqədər təhsil-tərbiyə müəssisələrini koronavirus təhlükəsi sovuşanadək qapadan ilk (!) dövlət oldu.
Avropa ölkələri arasında Azərbaycan ilk dövlət oldu ki, vətəndaşının sağlamğınını bütün iqtisadi və maliyyə maraqlarından üstün tutaraq karantin rejimini tətbiq etdi.
İndi əsl qəhrəmanlar onlardırHazırda ölkədə koronavirusa yoluxma eksperimental polimeraz zəncirvari reaksiya metodu ilə test olunur. Bu metod virusu DNT səviyyəsində müəyyənləşdirməyə imkan verir.
Koronavirusla bağlı bütün laborator tədqiqatları və testlər indiyədək tam pulsuz aparılır, belə da davam edəcək.
Testlər Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində gerçəkləşdirilir ki, sözügedən laboratoriya təchizatına, kadr potensialına, laborator imkanlarına və s.-yə görə postsovet məkanı ölkələri ilə yanaşı, bir çox dövlətlərdəki analoji strukturlardan üstün səviyyədədir.
İndi əsl qəhrəmanlar onlardırAvropa və Asiyanın heç bir ölkəsində belə dərin analiz və tədqiqat metodu ilə testlər dövlət hesabına aparılmayıb.
Bundan daşqa, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə genişmiqyaslı dezinfeksiya tədbirləri gerçəkləşdirilir.
Təbii ki, ön sırada həkimlər və tibb bacılarıdır.
Bu günün gerçək qəhrəmanları...
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1459   Tarix: 19 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

yemek reseptleri qadın geyimi geyim dəbləri soz ehtiyati artirmaq monika belluççi qonaq otaqi dizayni ləkələr kosmetika yumurta həsən bəy zərdabi veten seirleri burcler nagillar