İnfeksionistdən SOS - Ciddi qapanmaya getmək lazımdır

İnfeksionistdən SOS - Ciddi qapanmaya getmək lazımdırCiddi tədbirlərin görülməsi zəruridir. Çünki yaz və yay aylarında 500 yoluxma sayı var idi və biz ciddi qapanmaya getmişdik. İndi isə yoluxma sayı 4000 –dən artıqdır. Odur ki, karantin tədbirlərinin sərtləşdirilməsi vacibdir, ən azı 2-3 həftə.
Bu sözləri Publika.az-a açıqlamasında infeksionist, parazitoloq Vüqar Cavadzadə deyib. Həkim bildirib ki, yolxuma sayının artmasının əsas səbəbləri mövsüm və insanların etinazsızlığı ilə bağlıdır:
"Bu, gözlənilən idi. Eyni zamanda müharibənin qələbə ilə bitməsi münasibətiylə əhalinin birlikdə sıx toplaşması, bayramlaşması, bu günü qeyd etməsi müəyyən rol oynadı. Əlbəttə ki, şəhidlərin dəfn mərasimlərində iştirak etmək lazımdır, lakin maska taxmaq mütləqdir. Bütün bunlar istər-istəməz virus infeksiyasının yayılmasına səbəb olur. Yoluxmanın artmasına təsir göstərən amillərdən biri də ictimai nəqliyyatdır. İctimai nəqliyatda sıxlıq daha yüksəkdir".
Həkimin sözlərinə görə, əgər daha ciddi tədbirlər görülməzsə, dekabr ayında da yoluxma sayında rekord göstəricilər nəzərə çarpacaq:
"Burda əhalinin də məsuliyyəti önəmlidir. Hələ də küçədə maskasız gəzən insanlar var. Hələ qış fəsli daxil olmayıb, əhali qaydalara əməl etməzsə, təbii ki, getdikcə artacaq. İndi yoluxma sayı 4000-dirsə, gələn aylarda bu rəqəmlər 5000-6000 və daha çox ola bilər. Bu isə səhiyyə sisteminin həddən artıq yüklənməsi deməkdir.
Artıq 9 aydır ki, dünya bu virusla mübarizə aparırı, əhalinin kifayət qədər məlumatı var. Etinasız yanaşan insanlar bilməlidir ki, xəstəxanaya düşüb daha ağır xəstəliyə düçar olanda peşman olacaqlar və olurlar da. İnanmayan insanlar xəstəxanada o əziyyəti çəkəndən sonra təəssüf hissi keçirdiyini deyir. Maska taxmamaq eyni zamanda başqalarının da yolxumasına səbəb olur. Məsləhət görərdim ki, hər birimiz profilaktik tədbirlərə əməl edək".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2099   Tarix: 01 dekabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

turlar.az

geyim şəkilləri gözəllik məhsulları həkim məsləhəti hamiləlik və doğuş qirmizi uzun donlar sağlamlıq xəbərləri milli geyimlər kosmetika xocali maraqli hakistalar seksual əqrəb saglam qidalanma