İnhalyasiyanın sağlamlığa inanılmaz FAYDALARI

İnhalyasiyanın sağlamlığa inanılmaz FAYDALARIYuxarı tənəffüs yollarının soyuqdəymə xəstəliklərinin müalicəsi zamanı inhalyasiyalar çox yaxşı effekt verir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, inhalyasiyalar zökəmin, larinqitin, traxeitin, farinqitin, tonzillitin, bronxitin, pnevmoniyanın müalicəsi zamanı uğurla istifadə olunur.
İnhalyasiyalar zamanı müalicəvi maddə (bitki dəmləmələri, efir yağları və s.) bilavasitə insanın selikli qişalarına təsir edir. Nəticədə bu maddələr tez bir zamanda qana sovrulur və orqanizmə daha tez və effektli təsir edir.
Lakin inhalyasiyarın istifadəsi üçün müəyyən əks göstərişlər də mövcuddur. Belə ki, inhalyasiyalar hərarətin yüksəlməsi zamanı (37,50C-dən yuxarı olduqda), insanda burun qanaxmaları tez-tez təkrar olunduqda, ürək-damar və nəfəsalma çatışmazlığı zamanı əks göstərişdir. İnhalyasiyanı etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.
İnhalyasiyanı xüsusi inhalyator cıhazın köməyi ilə etmək olar. Lakin bir çox hallarda ev şəraitində inhalyasiyalar üçün enli qaba müalicəvi bitki dəmləməsi və ya efir yağı əlavə olunmuş isti su tökülür və xəstə bu qabın üzərində nəfəs alır.
İnhalyasiyalar üçün bu kimi müalicəvi bitkilərdən istifadə olunur: adaçayı, evkalipt, çobanyastığı, dazı otu, lavanda, nanə, şam və küknar ağacların iynəyarpaqları, qarağat və moruq yarpaqları. Bir neçə bitkinin qarışığı daha yaxşı effekt verir. 2 xörək qaşığı bitki qarışığı üzərinə 0,5 l qaynar su tökülür və 450C-yə kimi soyudulur.
İnhalyasiya üçün olan suya xırda doğranmış soğan və sarımsaq qarışığı, bal, bir neçə damcı efir yağı (şam ağacı yağı, evkalipt yağı) əlavə etmək olar.
İnhalyasiyadan lazım olan müalicəvi effekt almaq üçün bu proseduranı mütləq düzgün etmək lazımdır. Belə ki,
- proseduranı qida qəbulundan 1,5-2 saat sonra etmək lazımdır;
- inhalyasiyadan sonra 30-40 dəqiqə ərzində uzanmaq lazımdır;
- inhalyasiyadan sonra 1 saat ərzində qida qəbul etmək, su içmək, siqaret çəkmək, mahnı oxumaq, danışmaq olmaz;
- inhalyasiya müalicəvi proseduradır. Bu səbəbdən ona müəyyən vaxt ayırmalıdır. Uşaqlarda (3 yaşından yuxarı) bu prosedura gündə 1-2 dəfə 1-3 dəqiqə ərzində, böyüklərdə - gündə 2-3 dəfə 5-10 dəqiqə ərzində keçirilir. Prosedura zamanı danışmaq olmaz.
- inhalyasiya zamanı qaynar sudan istifadə etmək olmaz. Bu selikli qişalarınız üçün ziyanlıdr. Suyun ən yüksək temperaturu 450C-yə kimi olmalıdır.
- zökəmin, traxeitin, bronxitin müalicəsində xəstə inhalyasiya zamanı burundan nəfəs almalı və buraxmalıdır. Qırtlaq, udlaq iltihabları zamanı nəfəsinizi ağızdan alın, 2 saniyə ərzində saxlayın, sonra ağızdan buraxın
- inhalyasiya zamanı nəfəsalma sərbəst olmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1931   Tarix: 07 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

geyim və ayaqqabılar sac duzumleri geyim dəbləri makaron reseptləri naina ibrahimova reseptlər körpəyə qulluq kosmetika gunay janrlar oglan evi bahar atalar sözü