İnsan sağlamlığını məhv edən tikinti materialları - Dəhşətli xəstəliklərin mənbəyi eviniz imiş

İnsan sağlamlığını məhv edən tikinti materialları - Dəhşətli xəstəliklərin mənbəyi eviniz imişİnsan orqanizminə, xüsusən uşaqlara neqativ təsir edən müasir tikinti materialları artıq hər binaya, evə ayaq açıb.
Ucuzdur, asandır, sərfəlidir, dəbdədir deyib evlərimizi cəhənnəm yuvasına çeviririk.
İnsanlar tikinti materialı alarkən onun təhlükəsizliyi barədə heç bir sertifikat, laboratoriya rəyi tələb etmir. Düşünür ki, bu ərzaq deyil ki, orqanizmə daxil olsun. İstehsalçılar, firmalar isə hər materialda normadan artıq və ya lazım olmadan istifadə etdikləri kimyəvi maddələr barədə ümumiyyətlə alıcıya bir söz demir.
Son zamanlar insanlarda sinir, əsəb, endokrin, ağciyər xəstəlikləri artıb. Səbəbi bəzən bilinməyən bu problemlərin kökü iç-içə yaşadığımız divarlar, döşəmə, plastik qapı pəncərə, evimizin materialları ola bilər.
Milli.Az zərərli, tikinti materiallarının TOP 7 siyahısını təqdim edir.
Baxın, bu siyahıdan sizdə hansıları var və fəsadları nədədir?
1. Polimer tikinti materialı - DVP, DSP, PBX, PVA kimi tanınan istilik izolyasiya, hidroizolyasiya, hermetizasiya üçün,eləcə də mebel istehsalında və örtüklərdə istifadə olunur. Ucuz mebel lər də daha çox DVP, DSP-dən hazırlanır.
PBX-dan plastik borular, pəncərə qapı, divar panelləri, linoleum, dartma tavan, plintuslar düzəldilir.
Əgər evdə cəmi bir plastik qapı və bir linolium döşəmə varsa, bu elə də ciddi təhlükə sayılmır.
Lakin indi bütün obyekt, ev, mənzillərdə mövcud pəncərələr, bəzən qapılar, mətbəxdə döşəmə, mebel, qapılar, tavan hamısı bu materiallardan hazırlanıbsa burda yaşamaq bədən üçün əzabdır.
Zamanla bu materialladan kanserogen maddə olan dioksin buxarlanıb çıxır, bu da insanın DNT si səviyyəsində mutasiyalara səbəb olur, xərçəng şişləri yaradır.
Belə evdə immun sistem çökür, tənəffüs yolları, ağciyərlər tıxanır, böyrəklər, qaraciyər zəhərlənir.
Polimer materiallardan çıxan təhlükəli maddələr - toluol, benzok, etilbenzol isə qandan tutmuş gözə kimi zərərlidir.
2. Rəngli boya, lak, yapışqan - 90% bu məhsullar təhlükəli ksilol və toluol maddəsi daşıyır. Bəzi polivinilxrolid qatqılı müasir boyalardan 6-8 ay sonra havaya neqativ maddələr qarışır. Bunlar damarları tıxayır, normal tənəffüs sistemini pozur, dəri və selikli qişalarda allergik fəsadlar yaradır, orqanizmin işində pozulmalar olur.
Bu maddələr körpələr, hamilələr, südverənlər, yaşlı insanlar üçün çox zərərlidir. Bəzi parket lakvə yapışqanları, qadın kişi cinsiyyət, resproduktiv sistemini çökdürür, sonsuzluq yaradır. hamilələrdə erkən doğuş, düşüklərə səbəb olur
3. Penopolistirol - evlərin isidilməsi materialı kimi geniş istifadə olunur. Bu materialı evin daxilində istifadə etmək qadağan olunub, çünki formaldeqid, fenol, stirol kimi toksiki maddələr buraxır. Tənəffüs sisteminə çökür, orqanizmdə yığılır, qaraciyəri zəhərləyir.
Aylarla, illərlə penopolistirollu məkanda yaşayan insanda ürək-damar, ağciyər, qaraciyər problemləri başlayır.
4. Beton - indi bütün bina başdan ayağa betondan qurulur. Özüllər, əsas sutunlar, əsas divarlar, pilləkənlər. Beton uzunömürlü, davamlı material olsa da o demək olar hava, oksigen buraxmır.
Metal karkaslı beton blok və plitələrdən tikilmiş evlər elektromaqnit tələlərdir. Bu evlərdə yaşayan insanlarda sinir, beyin problemləri, yorğunluq, depressiya, yuxusuzluq müşahidə olunur.
Bu evlərdə hava olmur, elektromaqnit şüalanma toplanır. Müasir binalarda bu beton qarışımlar ucbatından yüksək radioaktivlik yaranır. Bu insanı zamanla xəstələndirir, nevroloji və onkoloji xəstəliklər yaradır.
5. Şifer - Əslində ilk baxışdan zərərsiz görünür. Lakin indi şifer hazırlayarkən tərkibinə daha çox asbest liflər qatılır. Zamanla asbest mikroskopik zərrəciklərə parçalanır, insan gözü bunu görmür. Onlar havada uçuşur və gözlərə, nəfəs yollarına çökərək orda qalır. İsti havada, qışda bu zərrəciklər dəfələlər çoxalır. Asbest dünyada ən zəhərli kanserogen maddədir. Əgər insan illərlə bu zərrəcikləri udarsa, onun tənəffüs yollarında bronxit, astma, xoş və bədxassəli şişlər yarana bilər.
6. Aşağı problu, ucuz mastik və hermetiklər - tərkibində qurğuşun, krezol, ksilol kimi maddələr. 6-8 ay sonra istifadə olunduqca onlar dağılır və polivinilxlorid şəklində havaya atılır, insanın sinir, sidik, həzm sisteminə neqativ təsir göstərir.
Körpələr, hamilələr üçün təhlükəlidir.
Çox ucuz mastiklər ancaq evin xaricində çöldən istifadə oluna bilər.
Evin daxili üçün yalnız bahalı, standarta uyğun, zavod istehsalı bəlli materiallar alınmalıdır.
7. Yuyula bilən və vinil oboylar (divar kağızları) - vinil kağızlarda heç bir zərərli maddə olmasa da, onlar havanı keçirmir. Ona görə çox zaman bu oboyların altında patogen göbələklər, kif artır. Vinil kağızlarla uşaq otaqlarını işləmək qəti olmaz.
Aşağı keyfiyyətli yuyula bilən divar kağızları can rahatlığı olsa da, stirol və benzol kimi təhlükəli maddə buraxır. Yataq otağı, uşaq otağında qəti yolverilməzdir. /medicina.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1286   Tarix: 03 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Kartofun ziyanı da varmış

Kartofun həddindən artıq istehlakı 2-ci tip şəkərli diabet və maddələr mübadiləsi ilə bağlı digər pozğunluqların yaranma riskini artıra bilər. Bu nəticəyə kartofun sağlamlığa təsirini araşdıran yapon alimləri gəliblər. -

.

Şaftalının faydaları nələrdir, neçə kaloridir?

Şaftalı vitamin, mineral və antioksidant tərkibi ilə ümumi sağlamlığı dəstəkləyən, həzm sistemini rahatlaşdıran və immuniteti gücləndirməyə kömək edən yay mövsümünə xas lifli bir meyvədir. Aşağı kalorili quruluşu və yüksə

.

Çılpaq yatmağın faydaları

Keyfiyyətli və dərin yuxu sağlamlığın, yüksək enerjinin və yaxşı əhval-ruhiyyənin əsas şərtlərindən biridir. Mütəxəssislər bildirirlər ki, gecə istirahətinin keyfiyyətinə təsir edən amillərdən biri də yatarkən geyim seçimidir

.

Ayaqlarınızı duz və soda ilə yuyun: Görün nə edir

Uzun və yorucu bir gündən sonra ayaqlarınızdakı ağırlıqdan qurtulmaq üçün bahalı qulluq məhsullarına ehtiyacınız yoxdur. Duz və soda ilə ayaqlarınızı həm rahatlaya, həm də təravətləndirə bilərsiniz. xəbər verir ki, çox vax

.

Yayda ən çox edilən səhv - Kondisionerin yaratdığı təhlükələr

Yay aylarında sərinləmək üçün geniş istifadə olunan kondisionerlər düzgün istifadə edilmədikdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, ani temperatur dəyişiklikləri, quru hava və baxımsız kondisionerlərd

.

Qızdırmanı belə salmağa çalışmayın - Təhlükəlidir

Xalq arasında qızdırmanı salmaq üçün istifadə edilən üsullardan biri də ayaqları isti suya qoymaqdır. Lakin bu metod hər zaman faydalı hesab edilmir və bəzi hallarda vəziyyəti daha da ağırlaşdıra bilər. xəbər verir ki, yüksə

.

Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər

Yüksək qan təzyiqi hər zaman nəzərəçarpan əlamətlərlə özünü göstərmir. -a istinadən xəbər verir ki, bu barədə RT-yə rusiyalı kardioloq Ella Vinoqradova danışıb. Həkimin sözlərinə görə, stres və ya ağrı fonunda qan təzyiqini

.

Tünd şokolad ürəyə necə təsir edir?

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. -a istinadən bildirir ki

.

Soğanın faydaları: Hər gün istifadə etməyiniz üçün 7 vacib səbəb

Mətbəxlərin əvəzolunmaz məhsullarından biri olan soğan təkcə yeməklərə dad vermir, həm də sağlamlıq üçün çoxsaylı faydaları ilə seçilir. xəbər verir ki, tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sayəsində soğa

turlar.az

gözəllik məhsulları makiyaj instagram qis geyimləri 2026 üzü nəmləndirən maska həzm orqanları xinayaxdi ucun bayatilar gün vurmanın əlamətləri kosmetika novruz bayramına aid bakışta qız bürcü seksi arxadan olmag əfsanələr