İnsanı məhv edən xroniki yorğunluq sindromu

İnsanı məhv edən xroniki yorğunluq sindromuXroniki yorğunluq sindromu bu gün dünyada az qala hər insanın diaqnozudur və burden çox xəstəliklər qaynaqlanır. İnsan getdikcə özünü pis hiss edir, həkimlərə gedir, hər həkim özünə uyğun müayinələr təyin edir, özünə uyğun diaqnoz qoyur və müalicə yazır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu simptomların kökündə isə xroniki yorğunluq dayanır. İnsan özü bunu bilir, amma yorğunluğu xəstəlik kimi qəbul etməyərək, xroniki yorğunluğun müalicə oluna biləcəyini düşünmür.
Xroniki yorğunluq sindromunun əlamətləri:
-Həyat aktivliyinin azalması
-Mialgiya, yorğunluq
-Yaddaş pozulması, huşun dumanlanması
-Boğaz ağrısı, ağrılı limfa düyünləri, qripəbənzər simptomlar
-Səbəbsiz ağrılar - oynaq, sümük, əzələ və sinirlərdə
-Yuxu pozulmaları: gündüz yuxulama, gecə çətin yuxuya getmək
-6 aydan çox davam edən fiziki və psixi-emosional gərginlik
-Mədə-bağırsaq pozulmaları
-      Ürək ritminin pozulması, ürəkdə sancmalar
-      Seksual istəyin azalması
Xroniki yorğunluq bəzən kəskin virus infeksiyalarından, orqanizmin bacterial ağırlaşmasından, keçirilən ağır xəstəliklərdən sonra da yaranır.
XYS-nın inkişafına təkan verən faktorlar çoxdur, klinikası tam aydın deyil, bura genetik və epigenetik amillər, davamlı stress, uşaqlıq dövründə travma, infeksiya, immune və avtonom sinir sisteminin disbalansı, həddən artıq məşq, idman, bağırsaq mikromühitinin dəyişməsi də aiddir.
Ənənəvi tibb bu sindromun müalicəsi üçün antidepressantlar, iltihabəleyhinə preparatlar, antibiotiklər, ağrıkəsicilər, sedativ dərmanlar, stimulyatorlar təyin edir ki, bu da 10% pasiyentdə xəstəlikdən əvvəlki funksional səviyyəni bərpa edir.  Bu müalicənin əsasında səbəbin deyil, simptomların müalicəsi durur. Bir neçə simptoma təsir edən ənənəvi dərmanlar sinergik təsir etmir və bir-birini tamamlamır.
Xroniki yorğunluq sindromuna biotənzimləyici yanaşmada təkmilləşdirilmiş terapiyaya ehtiyac nəzərə alınır.
Bu sindrom zamanı orqanizmdə əsas şəbəkə pozulmalarının bərpası:
-Psixo-neyro-endokrin-immun şəbəkələrdəki dinsfunksiyanın korreksiyası
-Pozulmuş sinir şəbəkəsinin müalicəsi
-Qaraciyərin toksiki maddələrlə yüklənməsinin tənzimlənməsi
-Enerji istehsalı şəbəkəsinin bərpası
-Selikli qişa və bağırsaq mikroflorasının baryer funksiyasının bərpası
-Hüceyrə  mikromühitinin dəstəklənməsi
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1250   Tarix: 11 may 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Köp niyə yaranır və ondan necə xilas olmaq olar?

Hər yeməkdən sonra qarnınızda narahatlıq və doluluq hiss edirsinizsə, bu, bədəninizin həzm prosesində çətinlik çəkdiyinin siqnalıdır. Şişkinlik qaçılmaz bir hal deyil, düzgün vərdişlərlə idarə oluna bilən bir prosesdir. xəbə

.

Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır

Yay fəslində bir çox insan mümkün qədər tez qaralmağa çalışır. Lakin bərabər və qızılı dəri tonu yalnız xarici görünüş deyil, həm də sağlamlıq məsələsidir. Günəş yanıqlarından, piqmentasiyadan və dərinin vaxtından əvvəl qocalmasında

.

Buzlu içkiləri sevənlərə xəbərdarlıq

Buz hazırlanarkən gigiyena qaydalarına əməl edilmədiyi halda, buzlu içkilər bağırsaq infeksiyalarının mənbəyinə çevrilə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Asiyat Abdullayeva "RT"y

.

Tut yeməyin faydaları

Yay aylarının sevilən meyvələrindən olan tut təkcə dadı ilə deyil, zəngin qida tərkibi ilə də diqqət çəkir. axşam.az-a istinadən bildirir ki, vitamin, mineral və antioksidantlarla zəngin olan bu meyvə orqanizmin bir çox funksiyasın

.

Şaftalının faydaları nələrdir, neçə kaloridir?

Şaftalı vitamin, mineral və antioksidant tərkibi ilə ümumi sağlamlığı dəstəkləyən, həzm sistemini rahatlaşdıran və immuniteti gücləndirməyə kömək edən yay mövsümünə xas lifli bir meyvədir. Aşağı kalorili quruluşu və yüksə

.

Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar

"Çimərlik mövsümündə günvurmadan və günəşin zərərli təsirlərindən qorunmaq üçün insanlar günəş şüalarının daha zəif olduğu saatlarda dənizə getməlidirlər". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsm

.

"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin

Son illərdə dəri baxımı dünyasında jojoba yağının möcüzəvi təsirləri geniş müzakirə olunur. Jojoba bitkisinin tərkibindəki maye mum efirləri insan sebumu (dərimizin təbii yağı) ilə 97% uyğunluq təşkil edir. Dəri baryerin

.

İsti havada çimərliyə bu qidaları aparmaq olmaz

Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina saytına müsahibəsində xəbərdarlı

.

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

turlar.az

yay geyimləri 2026 maskalar kosmetika mehsullari dogusun baslanmasi bir yaşına qədər körpələrə qulluq hamilə qala bilmək dil haqqinda atalar sözləri kosmetika məsəllər xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır heyati xərçəng bürcü baldıza aid hakışta