İnsultdan əvvəl görünən təhlükəli əlamətlər
Nevroloqlar insultdan əvvəl ortaya çıxa bilən gizli əlamətlərə diqqət yetirməyə çağırıblar.
Milli.Az xəbər verir ki, insult bəzi hallarda qəfil baş vermir və beyin günlər, hətta həftələr əvvəl müəyyən siqnallar verə bilər.
Lakin bu əlamətlər çox vaxt adi yorğunluq və ya digər narahatlıqlarla qarışdırılır.
Həkimlər bildirirlər ki, qısa müddətli danışıq pozuntusu, görmə problemləri, bədənin bir tərəfində keyimə və ya zəiflik, qəfil baş ağrısı, başgicəllənmə və tarazlıq itkisi keçici işemik həmlənin (mini-insult) əlaməti ola bilər.
Bu cür hallar gələcəkdə daha ağır insult riskindən xəbər verə bilər. Buna görə də əlamətlər qısa müddət sonra aradan qalxsa belə, vaxtında tibbi müayinədən keçmək vacibdir.
Nevroloqlar xüsusilə ürək-damar xəstəlikləri, yüksək təzyiq və digər risk faktorları olan şəxsləri bu siqnallara qarşı diqqətli olmağa çağırıblar./Medicina.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO