İntihar edəcəyi deyilən əməkdar artist ÖZÜNDƏN ÇIXDI: "Bu, son sözlərimdir!"

İntihar edəcəyi deyilən əməkdar artist ÖZÜNDƏN ÇIXDI: "Bu, son sözlərimdir!""Mən həyatdan niyə bezməliyəm ki? Dünyanın ən bəxtəvər qadınıyam. Bezmişəm, ölmək istəyirəm, bilmirəm daha nələr. Bu nə yalan sözlərdir? Bu işıqlı dünyadan niyə bezim ki?"

Bu sözləri BiG.AZ-a açıqlamasında mətbuatda özü haqqında yayımlanan yalan "Bu dəqiqə ölmək istəyirəm. Darıxıram, çox darıxıram" - xəbərinə münasibət bildirərkən, əməkdar artist Zöhrə Abdullayeva deyib.

Sənətçi deyib ki, "ATV maqazin 10larla" ondan müsahibə alıb:

"Mən də dedim ki, Şuşanı görmək istəyirəm. Əzizlərimi, dünyadan getmişlərimi görmək istəyirəm. Bilsəm ki, atamı-anamı görəcəyəm, bu dəqiqə ölərəm. Dünyadan köçmüş sənətçilərimiz üçün darıxıram. Adam bilə ki, o dünyanı görəcək, vallah, ölər. Niyə yalandan şişirdirlər, şou yaradırlar? O yaşda deyiləm ki, məndən şou yaradırlar. Bundan sonra jurnalistlərlə qurtardım. Hamısı dostum idi, amma bu olaydan sonra artıq son açıqlamamdır".

Xatırladaq ki, mətbuatda "Zöhrə Abdullayeva intihar edə bilər" bağlı yanlış xəbər yayılıb.
Xəbərdə deyilir: "Bu dəqiqə ölmək istəyirəm. Həyatı anlayanda, həyatdan köçür insan. Darıxıram, çox darıxıram. Arzum odur ki, oğlumun canı sağ olsun. Tək istəyim budur. İllər keçdikcə insan müdrikləşir.

Səhnəni sevirəm. İllərimi vermişəm incəsənətə. Nə qədər tələbat var, o qədər də sənətdəyəm. Bir gün insanlar məni görmək istəməsələr, görsəm ki, tələbat yoxdur, özüm səhnədən gedərəm. Həyatım boyu doğru olub, düz danışmışam. Səsimi Allah verib, o da ala bilər".

Xəbərlər     Baxılıb: 2320   Tarix: 15 may 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA

Sinir liflərini qorumaq, D vitamini sintez etmək və hormonların yaranması üçün vacib sayılan yumurta yüksək qida dəyəri ilə seçilir. xəbər verir ki,mütəxəssislər bildirirlər ki, yumurta zülal baxımından ən keyfiyyətli qidalarda

.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə ÜSUL

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.  bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?

.

Sağlam deyib mətbəxin baş küncünə qoymuşduq - O cihaz qadağan edilir

"Sağlam qidalanırıq" deyərək hamımızın mətbəxinin ən görünən yerinə qoyduğumuz həmin cihaz indi "qeyri-sağlam" olaraq damğalanır. Avropa Birliyi milyonlarla evdə hər gün istifadə edilən və təriflə bitir

.

Yeməkdən əvvəl, yoxsa sonra su içmək daha doğrudur? - Mütəxəssislər açıqlayır

Gündəlik həyatda tez-tez müzakirə olunan suallardan biri də suyun yeməkdən əvvəl, yoxsa sonra içilməsinin daha faydalı olmasıdır. Mütəxəssislər bildirirlər ki, bu məsələ orqanizmin xüsusiyyətlərindən və qidalanma vərdişlərində

.

Bu qidalar ömrü 10 il uzadır

Müasir tibb elmi sübut edir ki, düzgün qidalanma vərdişləri insanın genetik kodunu belə müsbətə doğru dəyişməyə qadirdir.  xəbər verir ki, son illərdə aparılan genişmiqyaslı araşdırmalar bəzi spesifik qidaların müntəzəm istehlakını

.

Axşam yeyilən tünd şokolad daha yaxşı yatmağınıza kömək edə bilər

Günün sonunda bədənimiz yorğun olsa da, zehnimizin hələ də "qaçmağa" davam etməsi çoxumuza tanış bir haldır. Yatağa uzanırıq, bədən hazırdır, amma beyin hələ də görüləcək işlər siyahısında gəzişir. Məhz buna gör

.

Bu tərəvəz əsl MÖCÜZƏDİR

Qulançar sağlam qidalanmada xüsusi yer tutan ən faydalı tərəvəzlərdən biri hesab olunur və bir çox xəstəliklərin profilaktikasında tövsiyə edilir. qafqazinfo-ya istinadən xəbər verir ki, bu tərəvəz A vitamini ilə zəngindi

.

Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma

Havanın çirklənməsi qidalanma və fiziki aktivlik dəyişməsə belə, bədəndə piyin artmasına və əzələ kütləsinin azalmasına səbəb ola bilər. xəbər verir ki, Balear Adaları Sağlamlıq Araşdırmaları İnstitutunun alimləri İspaniyad

.

Ən sağlam ət növü AÇIQLANDI

Bir çox insanın qərəzlə yanaşdığı və hətta mətbəxlərinə daxil etməkdən çəkindiyi bu qida, bədənin ehtiyac duyduğu əsas vitaminləri təkbaşına təmin etmək gücünə malikdir. xəbər verir ki, bu xüsusi növ immunitet sisteminiz

turlar.az

aksessuarlar geyim şəkilləri hamilelikde qidalanma abqoranin hazirlanmasi yay donlari 2026 roya ayxan gözəl geyimlər kosmetika əfsanələr tərəzi bürcü tanisliq yemek reseptleri toy gecesı