İntihar edən qızın son statusu: "Tək istədiyim öz həyatımı yaşamaq idi"
Azərbaycan Tibb Universitetinin tələbəsi intihar edib.
1993-cü il təvəllüdlü Həsənzadə Türkan Eldar qızı ötən gün axşam saatlarında Bakının Nizami rayonu Qara Qarayev prospekti 74 ünvanındakı çoxmərtəbəli binanın damından özünü atıb. Gənc qız aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə keçinib.
Universitetdən bildirilib ki, stomatologiya fakültəsinin terapevtik stomatologiya ixtisası üzrə təhsil alan Türkan Həsənzadə aktiv tələbə deyilmiş, həmçinin özünə qapanan bir qız olub.
Məlumata görə, tələbə qız mobil telefonundakı bütün nömrələri sildikdən sonra operator kartını sındırıb. Özünü damdan atdıqdan sonra əvvəlcə ağaclardan birinin üzərinə düşən Türkan Həsənzadə daha sonra yerə yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Dünən onun Facebook səhifəsində yazdığı son status bu olub:
"Tək istədiyim öz həyatımı yaşamaq idi".
Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tərəf müqabili oldular
20 yaş cavanlaşmağın qiyməti bilindi - Ebru sərvət ödədi
Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil
Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Aspirin xərçəng riskini azaldır?
Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Bu saatlarda çölə ÇIXMAYIN