İntim əlaqə zamanı nələrdən "qaçmaq" lazımdır?

İntim əlaqə zamanı nələrdən Allah qadın və kişini fərqli yaratdığı kimi onların yataqda da istəklərinı 180 dərəcə ayırıb.
Milli.Az gununsesi.info-ya istinadən xəbər verir ki, bu baxımdan hər zaman kişilər qadınların, qadınlar isə kişilərin nəyi istəyib-istəməyəcəyi ilə bağlı baş sındırır, yaxud da bu sahədə praktiki biliklərini artırmağa səy göstərirlər. Əksər qadınlar "kişi yataqda nə istəməz?" sualının cavabını tapmaqda çətinlik çəkməyəndə cinsi həyatda xoşbəxt seks anlarına sahib olurlar.
Sekspotoloqarın əksəriyyətinin fikrincə, seksdə kişilər yalnız cinsi yaxınlıq barədə düşünür. Qadınlarda isə əksinə, hər zaman nazlı, işvəli tərəf olduqları üçün kişilərin nəyi istəyib-istəməyəcəklərinə elə də əhəmiyyət vermirlər. Lakin buna baxmayaraq, qadınlar bilməlidir ki, kişilərin də cinsi yaxınlıqdan soyudan, qarşı tərəfdən uzaqlaşdıran intim səbəblər var. Əgər həyat yoldaşınızı xoşbəxt etmək istəyirsinizsə, onun zövqünü oxşamağı da bacarmalısınız. Bəs tərəf-müqabillər seksdə, intim münasibətlərdə zövqü oxşamaq üçün hansı problemlərdən uzaq durmalıdırlar?
Psixoloji və ruhi sarsıntılardan
Bəzən seksdə intim münasibətlərdə yüksək təcrübəyə malık olmayan qadınlar kişilərin yaşadığı problem və ruhi narahatlıqlarını yatağa girən kimi unutduqlarını düşünürlər. Lakin unudurlarlar ki, kişilər intim münasibətlə bağlı yaşanan duyğusal problemlərdən təsirlənir. Bu isə kişilərin yataqda intim münasibətlərə diqqətini yönəltməsini və bundan zövq almasını çətinləşdirir. Intim münasibətində yaşadığı problemləri qarşı tərəfə büruzə verməyən kişilərin əksəriyyəti seks zamanı hansısa hərəkətiylə bunu qadəna çatdırmağa çalışır. Sanki bu yolla seksdəki tərəf-müqabilini incidərək cəzalandırır. Bu isə qadının nədə səhv etdiyini öyrənməsinə yox, seksdə çaş-baş qalmasına gətirb çıxarır.
Partnyora qarşı istək, ehtiras və fantaziyarını azaldır
Seks zamanı utancaqlıq etmək
Əksər qadınlar yataqda təcrübəli olmasının kişi tərəfindən yanlış anlaşacağını düşündükləri üçün hisslərini açıq-aşkar biruzə verməkdən çəkinirlər. Halbuki kişilər yataqda passiv qalan və intim hərəkətlərdən çəkinən, bütün addımların kişi tərfindən atılmasını gözləyən qadınlarla cinsi yaxınlıq etməyi sevmirlər
Nə qədər təcrübəsiz olsanız da, cinsəlliyin hisslərlə, emosiyalarla yaşandığını unutmayın və qarşı tərəfi xoşbəxt etmək üçün sadəcə onun sizə tətbiq etdiyi seks hərəkətlərini siz də oana qarşı göstərin. Adətən, daha çox seks haqqında ütaliəsi olmayan qadınların əksəriyyəti yataqda passivləşirlər. Baxmayaraq ki, kişilər partnyorlarını seks aktivlilkərinin üstünlükləriylə heyran etdiklərini öyrənmək istəyirlər. İntim yaxınlıq zamanı hərəkətsiz qalan qadın kişinin doyum hissini azaldır və bu hiss azaldıqca kişidə paartnyoruna qarşı ses həvəsini soyudur.
"Alınmayacaq" həyəcanı
Ağlı kəsəndən anasının ona təkrar-təkara, ürəkdən və qürur duyaraq "kişi balam" cümləsi kişilərə çox böyük şəkildə stimul verir. Uşaqlıqdan bu cümləni eşidən kişilər böyüyəndə kişiliyin sübutu kimi seksdə cinsi yaxınlığı yeganə təsdiq vasitəsi sayırlar. "Sən kişisən" cümləsiylə böyüyənlər isə cinsi yaş dövrünün müvafiq mərhələsində seks zamanı yaşanan ən xırda uğursuzluğu belə qəbul etmək istəmirlər. Uğursuz seksdən sonra kişi yenidən cinsi yaxınlığa girmək istəməsiylə bağlı narahatlıqlar yaşayır. Bəzən təsadüfi yaşanan uğursuzluq da bu narahatlığa yol aça bilər. Bir sonrakı cinsi yaxınlıq zamanı eyni problemi bir də yaşayacağını düşünən kişi cinsi yaxınlıqdan qaça bilər. Hətta eyni insanla yenə eyni halın yaşanmasından qorxan kişinin qarşı tərəfə meyli azala bilər.
Seksdə intim gigiyena
Qadınlar kimi, kişilər də intim gigiyenaya önəm verirlər. Seks zamanı tərəf-müqabillərdən hansındansa hiss edilən xoşagəlməzqoxu da bu hissi azaldacaq. Şəxsi gigiyenaya önəm verən kişilər əsasən səliqəsiz, pinti və baxımsız qadınlarla intim münasibətdən qaçırlar. Tərəf-müqabilinin yataqda baxımsız, natəmiz olduğunu düşünən kişi həmin qadınla seksdən və intim münasibətdən qaça bilər. Bununla yanaşı, qadının fiziki görünüşündə yaşanan dəyişikliklər də kişinin eyni istəklə ona yanaşmasına əngəlləyir. Buna görə yatağa girməzdən öncə, duş qəbul etmək, rayihəli gel və şampunlardan istifadə olunması vacibdir.
Təcrübə qıtlığı
Qadınların seks münasibətlərində ən çox şikayətləndiyi problem ilk cinsi yaxınlıqdan sonra kişilərin onlara qarşı diqqətinin minumuma enməsidir. Seksopotoloqların fikrincə, kişilər üçün ilk dəfə sevdiyi qadınla intim münasibətdə olmaq çox önəmlidir. Əgər onun ilk intim münasibərdən xoşu gəlməzsə, ikinci dəfə bunun təkrarlanmayacağına şübhəniz olmasın. İlk intim münasibət zamanı qarşı tərəfin erogen nöqtələrini müəyyənləşdirməkdəi, nəyi xoşladığını, nədən həzz aldığını bilməyəndə kişi partnyorunu razı sala biləməyəcəyindən qorxur.
Doğuşdan sonrakı sindirom
Kişilərdə də qadınlarda olduğu kimi, övladları dünyaya gəldikdən sonra intim münasibətlərdə yaxınlıqla bağlı bəzi dəyişikliklər yaşanır. Qadınların doğuşdan sonrakı vəziyyəti kişilərdə narahatlıq yarada, seks istəklərini azalda bilər. Buna görə də, qadınlar günboyu kişiyə münasibətdə daha mehriban, gülərüz və diqqətli olmalıdırlar. Kişi əmin olmalıdır ki, seks münasibətlərində doğuşdan sonrakı sindiromlar baş verməyəcək.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1581   Tarix: 01 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

İngiltərədə Menengit B epidemiyası: Bilməli olduğunuz məqamlar

Böyük Britaniya sağlamlıq rəsmiləri Kenterberidə artıq iki gəncin ölümünə səbəb olan bakterial Menengit B epidemiyasını araşdırır. Hazırda təsdiqlənmiş və şübhəli halların sayı 20-yə çatıb.  xəbər verir ki, menengit beyi

.

Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş

Mətbəxdə geniş istifadə olunan günəbaxan, qarğıdalı və soya yağlarının tərkibindəki linoleik turşunun, müəyyən şərtlər daxilində xərçəng hüceyrələrinin böyüməsini stimullaşdıra bildiyi yeni laboratoriya araşdırmaları il

.

Qoz, badam və püstə qarşı-qarşıya: Budur ən faydalı çərəz

Mütəmadi çərəz istehlakının ürək sağlığından koqnitiv funksiyalara qədər geniş bir sahədə müsbət təsirləri olduğu elmi faktlarla sübut edilib. Bəs ən faydalı çərəz hansıdır?.  xəbər verir ki, çərəzlərdoymamış yağlar, bitk

.

Dənizlərin altında gənclik iksiri: İnsan ömrü 200 ilə qədər uzana bilər

Rochester Universitetinin alimləri Qrenlandiya balinalarının 200 ili aşan ömürlərinin genetik səbəblərini kəşf ediblər. Bu nəhəng məməlilərdəki xüsusi bir zülalın (protein) DNA bərpasını sürətləndirdiyi və beləliklə, insanlard

.

Səhər və axşam fərq etmədən zəhər istehlak edirik

Fransa Milli Qida Təhlükəsizliyi Agentliyinin (Anses) apardığı son araşdırmalar qidalarımızdakı qorxulu mənzərəni ortaya qoyub. Təhlil edilən 700 birləşmədən 250-dən çoxunun sağlamlıq üçün ciddi risk daşıdığı məlum olub

.

Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün

Menyulardakı bir çox şirniyyat hər zaman təzə və əl işi olmaya bilər. Ekspertlərin fikrincə, bəzi klassik təamlar çox vaxt kütləvi istehsal məhsulu və ya hazır qarışıqlarla hazırlanır.  xəbər verir ki, restoranlarda təqdi

.

Bu vərdiş narahatlıq riskini artırır

Gənclərin gündəlik həyatında geniş yayılmış bəzi vərdişlər, fərqində olmadan onların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə şəkərli içkilərin müntəzəm qəbulu yeniyetmələrdə narahatlıq səviyyəsinin artmas

.

Ürək tutması və insult riskini 67% artıran qidalar açıqlanıb

Ultra emal olunmuş qidaların tez-tez istehlakı ciddi ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artıra bilər. report-a istinadən xəbər verir ki, çips, kolbasa, şəkərli içkilər, hazır yeməklər və fast food səhə

.

Ramazandan sonra necə qidalanmaq lazımdır?

Ramazan ayının başa çatması ilə orqanizmin adi qidalanma rejiminə keçidi diqqətlə tənzimlənməlidir. xəbər verir ki, mütəxəssislər bildiriblər ki, uzun müddət oruc tutduqdan sonra birdən-birə ağır və yağlı qidalara üstünlü

turlar.az

geyim şəkilləri geymler 2026 geyim seçimi byanka dini geyimler badımcan yeməyi qadın sinəsi kosmetika burclerin uygunlugu sevgi maskalar tərəzi qardasa aid haxistalar