İshal və zəiflikdən xilas olmaq üçün təsirli meyvə
Bol vitamin ehtiva edən iydə bağırsaqları işlədir və soyuqdəymənin qarşısını alır. Sidik yolları infeksiyaları, böyrək daşları və ishal kimi problemləri aradan qaldırmağa kömək edir.
Milli.Az aztibb.az-a istinadən bildirir ki, mütəxəssislər böyrək xəstələrinə çoxlu iydə yeməyi tövsiyə edir. Bağırsaqlarınızda və həzm sisteminizdə problemlər yaradan bəzi narahatlıqları önləmək üçün də tövsiyə olunur.
Böyrəklərimiz istehlak etdiyimiz qidaların tərkibindəki faydalı maddələri emal edərkən zərərli olanları ayıraraq sidiklə bədənimizdən xaric olmasını təmin edir. Bu maddələr böyrəklərdən keçdiyi üçün insan kifayət qədər su qəbul etmədikdə bəzi qalıqlar sərtləşərək böyrək daşı əmələ gətirir.
Çiçəyindən tutmuş toxumuna qədər meyvənin hər bir hissəsi böyrək xəstəliklərinə faydalıdır. İshalın kəsilməsində təsirli meyvədir.
Şiddətli ishal hallarında xəstələr gündə litrlərlə maye itirə bilərlər. İshal və zəiflikdən xilas olmaq üçün iydə yarması da faydalıdır. Bu zaman iydəni qaynadıb suyunu içmək lazımdır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi