İşinizi dəyişməli olduğunuzu göstərən 8 ƏLAMƏT

İşinizi dəyişməli olduğunuzu göstərən 8 ƏLAMƏTHər işin öz çətinliyi var. Lakin bəzi əlamətlər artıq işi dəyişməyin vaxtı çatdığını göstərir. Ən sevimli və maraqlı işdə də vaxt-vaxt fors-major hallar, rəhbərlik və ya həmkarlarla konfliktlər baş verə bilir. Ancaq əsəbləriniz tarıma çəkilsə də işdən çıxmaq haqqında ərizə yazmazdan əvvəl qısa bir fasilə verin, bir neçə dəfə dərindən nəfəs alın və verin. Daha sonra vəziyyəti obyektiv təhlil edin. Əgər aşağıda sadalananların ən az yarısı sizi təsvir edirsə, bu barədə ciddi düşünməlisiniz:
1) Özünüzü mühitə yad hiss edirsiniz.
Milli.Az gencaile.az-a istinadən bildirir ki, iş yoldaşlarınızın əksəriyyəti ilə işgüzar ünsiyyət qura bilərsiniz, ancaq psixoloqların qeyd etdiyi kimi, "bir qrupa aid olduğunuzu" hiss etmirsiniz. Bu o deməkdir ki, başqalarının söhbətləri sizdə maraq oyatmır, hədəfləri gülünc görünür və zarafatları qətiyyən gülməli gəlmir.
2) Bacarıqlarınızdan istifadə etmirsiniz.
Yəqin ki, sadəcə mövqeyinizi və ya şirkətinizi qabaqlayırsınız. Və ya bilikləriniz və imkanlarınız elə ən əvvəldən vakansiyanın tələb etdiyindən geniş idi. Bunun fərqinə vardınızsa, irəliləməyiniz üçün real perspektivləri nəzərdən keçirin. Üfüqdə karyera yüksəlişi görünmürsə, getmək vaxtı çatıb.
3) Artıq heç nə öyrənmirsiniz.
Karyeranı inkişaf etdirmək və qurmaq üçün peşəkar tələblərə cavab vermək lazımdır. Onları özünüz yarada bilərsiniz. Bir yerdə bacarıqlarınızı təkmilləşdirmək üçün böyük səy göstərirsiniz. İşiniz isə bunu sadəcə tələb etmir. Əgər belədirsə, niyə də əziyyətlə əldə etdiyiniz bilik və bacarıqları onların layiq olduğu dəyəri görəcəyi yerlərdə tətbiq etməyəsiniz?
4) Uğurlarınız və müvəffəqiyyətsizliyinizə qarşı etinasızsınız.
Niyə məhz burada işləyirsiniz? Əgər cavabınız "Öyrəşmişəm deyə", "Başqa iş axtarmağa həvəs var?" və ya "Məndən keçib" olarsa, deməli, motivasiyanızı itirirsiniz. Və tezliklə bunu təkcə özünüz deyil, ətrafdakılar da sezəcək.
5) Korporativ dəyərlər vecinizə deyil.
Ümumi əxlaqi prinsiplərdən və ətraf mühitə münasibətdən tutmuş ofisin dress-koduna, birlikdə tort və piroqla çay içmək adətinə kimi bir çox şey sizə lüzumsuz təfərrüat kimi gələ bilər. Əgər bu, indidən sizin ürəyinizcə deyilsə, bir gün xoşlayacağınızı gözləməyin.
6) Xroniki stress hiss edirsiniz.
"Yaxşı" stress bədənin ekstremal bir vəziyyətin öhdəsindən gəlmək və ondan qalib çıxmaq üçün bütün güclərini səfərbər etməsi deməkdir. Demək olar ki, heç vaxt normal vəziyyətlərin olmadığını görəndə isə stress ancaq "pis" olur. Xüsusilə də iş yerində.
7) Şəxsi həyatınızı tamamilə işə qurban verirsiniz.
Evə digər ailə üzvləri artıq yatanda gəlirsiniz və hələ yuxudan oyanmamış işə gedirsinizsə, aylardır, yaxınlarınızın üzünə həsrət qalmısınızsa, bir zamanlar zövq aldığınız işlərlə məşğul olmağa vaxt tapmırsınızsa, dayanın. Özünüzə sual verin: Yaşamaq üçün işləyirəmsə və həyatımı yaşaya bilmirəmsə, bu iş nəyimə gərəkdir?
8) Mütəmadi olaraq iş yükünüz artır, maaş isə olduğu kimi qalır.
Bəzən evdən işlədiyiniz təqdirdə aşağı əmək haqqı verilir və ya öhdəliklərinizi gün ərzində cəmi bir neçə saata yerinə yetirib, qalan vaxtınızı öz işlərinizə və hobbinizə həsr edirsinizsə, aşağı əmək haqqı məntiqlidir. Əgər gündə 8 saat işləyirsinizsə, onda maaş da zəhmətinizə müvafiq olmalıdır.
İş yerindən ayrılmaq yaxşı hazırlıq tələb edir. Özünüzü fiziki və mənəvi cəhətdən tamamilə tükənmə həddinə çatdırmayın. Adekvat düşünməyə gücünüz qalmalıdır. Ətraflı düşünün, peşəkar hədəflərinizi təmin edəcək bir iş axtarışına başlayın.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1499   Tarix: 07 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

kosmetoloq qadin sayti kosmetik vasiteler 2026 qadın ayaqqabı modelləri yay donları 2026 fitnes klubu xorionik qonadotropin kosmetika oyunlar şebnem tovuzlu toyuq salati veten haqqinda bayatilar tərəzi