İslamı qaydalara görə qadın və kişinin bir-biri üzərində haqqları

İslamı qaydalara görə qadın və kişinin bir-biri üzərində haqqlarıİslamı qaydalara görə qadın və kişinin bir-biri üzərində haqqları

Gözəl ailəyə malik olmaq istəyən hər bir kəs ailədə sevgi, dostluq, qarşılıqlı anlaşma, hörmət, bir-birinin haqqına riayət etmək kimi mövzulara xüsusi əhəmiyyət verməlidir. İslam dini hər bir müsəlman qadın və kişinin xoşbəxt yaşaması üçün qanunlar təyin etmişdir ki, hər biri onu yerinə yetirməlidir.

"Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır". ("Rum" 21).

Evlilik - insanın ruhi ehtiyacını təmin edər və insan da bu ehtiyacın təmin olunmasına görə hüzur içində yaşayar.

1. İmam Sadiq (ə) buyurur: "Hər kim bizi daha çox sevər, xanımı ilə daha çox dostluq edər".

2. Əmirəl-möminin (ə) buyurur: "Həyat yoldaşınla həmişə mehriban ol və onunla yaxşı yoldaş ol ki, həyatın səfalı olsun".

3. Həzrət Peyğəmbər (s) buyurur: "Bəndənin imanı hər nə qədər çox olarsa, xanımına olan sevgisi də çox olar".

4. Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətimin ən yaxşı insanı o kəsdir ki, ailəsinə qarşı kobud və təkəbbürlü olmasın. Onlara rəhm etsin və onlara nəvaziş etsin. Onlara əziyyət verməsin".

5. Həzrət Peyğəmbər (s) buyurur: "Qadının əri üzərindəki haqqı budur ki, onu doyuzdursun, paltar geyindirsin, namazı, orucu və zəkatı ona öyrətsin. Qadın da bu məsələlərdə onunla müxalifətlik etməsin".

6. İmam Rza (ə) buyurur: "Hər kim halal yolla ailəsinin rifahını təmin etməyə səy göstərərsə, Allah yolunda cihad edən mücahid kimi olar".

7. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim bazara gedər və ailəsi üçün hədiyyə alarsa, (mükafatı) o kəs kimidir ki, yoxsullara sədəqə aparar. (Hədiyyəni evə aparan zaman) oğlanlardan əvvəl gərək qızlara versin. Çünki o kəs ki, qızını sevindirər, ona bənzəyir ki, İsmayil övladlarından olan bir qulu azad etmişdir. Hər kəs oğlunun gözünü aydın edər, sanki Allah qorxusundan ağlamışdır. Nə zaman Allah qorxusundan ağlasa, Allah onu behişt nemətlərinə daxil edər".

8. İmam Baqir (ə) buyurur: "Necə ki, kişilər xanımlarını bəzənmiş və zinətdə görməyi sevirlər, qadınlar da istəyirlər ki, həyat yoldaşlarını bəzənmiş və zinətdə görsünlər".

9. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim xanımının üzünə sillə vurar, Allah cəhənnəm atəşinin gözətçisinə əmr edər ki, cəhənnəm atəşində üzünə yetmiş sillə vursun".

10. Həzrət Peyğəmbər (s) buyurur: "Kişinin həyat yoldaşına dediyi bu söz: "Mən səni sevirəm", heç bir zaman qadının ürəyindən çıxmaz".

Ailə və Uşaq     Baxılıb: 4404   Tarix: 16 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

turlar.az

reseptler geyim dəbləri geymler 2026 ayaq sismesi veten haqqinda atalar sözü intim heyat daginiq skleroz mualicesi kosmetika kökəlmək üçün vətən haqqında atalar sözləri arxadan olmag vusale elizade vətən