İspanaq haqqında bilmədikləriniz

İspanaq haqqında bilmədiklərinizİspanaq birillik göyərtidir. İspanaq toxum vasitəsilə artırılır və 35-40 santimetrə qədər uzana bilir. İspanaq yez yetişən göyərtilərdən olub tünd yaşıl yarpaqlara sahib olur. Havalar isti olduqda ispanaq qısa bir zamanda cücərir və toxumlayır. Onun toxumları xırda, yumru və yaşıl rəngdə olur.İspanaq toxumları cücərməyə başladığı andan 1 ay müddətinə yetişmək qabiliyyətinə malikdir. İspanaq külək vasitəsilə tozlanır.
İspanağın vətəni Qədim İrandır. İranlılar bizim eradan əvvəllər də ispanaqdan istifadə etmişlər. O Avropa ölkələrinə orta əsrlərdə gətirilmişdir. İspanağın artırılması ilə ilk dəfə Avropada İspan monarxları məşğul olmuşlar. Ilk illər Avropada ispanaq monastrlarda yetişdirilmiş, sonralar isə bütün ətraf ölkələrə yayılmışdır. MDB ölkələrinə ispanaq 200 il əvvəl gətirilmişdir. Qafqaz dağlarında, Türkmənistanda və Əfqanıstanda yabanı halda yetişən ispanağa da rast gəlmək mümkündür.
İspanaq soyuğa davamlı göyərtilərdəndir. Onun toxumlarını avqust ayının axırlarında səpdikdə sentyabra xırda cücərtiləri çixir. Cücərtilərin üstünü soyuq havalarda plyonka ilə örtdükdə isə qış aylarında ispanaq istifadəyə etməyə yayarlı olur. İspanaq -6*C tempratura davamlıdır. O qarın altında da təravətini qoruyub saxlaya bilir. Qarın altında qalan ispanaqlar yaz aylarına daha da püxtələşib böyüyür. İspanaq məhsuldar bitkilərdən hesab edilir.
İstifadə etmək üçün təzə ispanaq almaq lazımdır. Onun yarpaqlarının tünd yaşıl, şux və ləkəsiz olması təzəliyinin göstəricisidir. Təzə ispanağın yarpaqları parıltılı, kövrək və şax olur. Bu xüsusiyyətlərə malik olmayan ispanağı almaq məsləhət görülmür.
İspanağı saxlayarkən onun kökünü kəsmək lazımdır. Köksüz ispanaq yarpaqları köklü saxlanılan ispanaqdan daha uzunömürlü olur.
İspanaqnın Tərkibi
100 qram ispanağın tərkibində olanlar:
- Zülallar - 2,9 qr
- Yağlar - 0,3 qr
- Karbohidratlar - 2 qr
- Su - 91,6 qr
 Kalori dəyəri - 22 kKal.
İspanaq yarpaqlarının tərkibi C, A, B1, B2, B6, PP, P, E, D2, K vitaminləri, çoxlu minerallar var. İspanaq orqanizmdə sağlamlıqla əlaqədar olan bir çox problemlərin aradan qalxmasına səbəb olur. O ən çox da yod çatışmazlığından əziyyət çəkənlər üçün əla qida vasitəsidir.
İspanağın tərkibində olan zülallar noxudun və lobyanın tərkibində olan zülalların miqdarından çoxdur.
İspanaqnın Xeyri
Gündəlik qida rasionunda ispanaqdan istifadə etmək orqanizmdə bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alır. Onkoloqlar şüa müalicəsi alan xəstələrə ispanaq yeməyi məsləhət bilir.
İspanağın tərkibində olan zülallar və yağlar orqanizm tərəfindən asan sorulur.
İspanaq lifli qidadır.O bağırsaqlar üçün əla təmizləyici hesab edilir. O bağırsaqların peristaltikasını aradan qaldırır, qəbizliyin sağalmasına səbəb olur. İspanaq bağırsqaq möhtəviyyatının yumşaltmaqla, onun xaric olunmasını sürətləndirir.
İapanaq sinir xəstəlikləri ilə bağlı problemlərin aradan qalxmasına yardım edir. Ondan qan azlığında, yüksək təzyiq zamanı, şəkərli diabetdə, qastritlərdə, enterekolitlərdə istifadə edildikdə çox faydalı olur.
İspanaq orqanizmə tonuslandırıcı, qəbizlik əleyhinə, sidik qovucu, iltihab əleyhinəı təsir göpstərir.
İspanaq qanda şəkərin miqdarının aşağı düşməsinə səbəb olur.
İspanaq yemək dərini gözəlləşdirir, dişlərin və dırnaqların möhkəmlənməsinə səbəb olur. Onun şirəsi dəridəki xırda qırışların aradan qaldırır.
İspanağın tərkibində olan dəmir sellüidin aradan qalxmasına səbəb olur.
Xalq təbabərtində ispanaqdan sinqa , qəbizlik xəstəlikləri, sidikqovucu məqsədlə və iltihab əleyhinə istifadə olunur.
İspanaqnın Ziyanı
Sidik kisəsi, böyrək və öd kisəsinin daş xətəliyindən əziyyət çəkənlərə ispanaqdan istifadə edərkən diqqətli olmaq tövsiyə edilir.
İspanağı tərkibində azot turşu duzları olan qidalarla birlikdə istifadə etmək məsləhət görülmür. Bu orqanizmdə azot duzlarının zəhərli təsirini artırır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1613   Tarix: 24 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş

Gündəlik həyatda lift əvəzinə pilləkəndən istifadə etmək fiziki aktivliyi artırmağın ən sadə yollarından biri hesab olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm olaraq pilləkənlə qalxmaq ürək-damar sistemini

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

.

Soyuducunuzda varsa, ölüm saçır

Süd, yumurta, pendir, kolbasa, eləcə də bişmiş yeməklərin düzgün saxlanılmaması ciddi sağlamlıq riskləri yarada bilər. -a istinadən bildirir ki, mütəxəssislərin tövsiyələrinə əsasən, mətbəxdə və soyuducuda tez-tez rast gəlinə

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Stress bu xəstəliyini kəskinləşdirə bilər

Güclü və uzunmüddətli stress orqanizmdə gizli qalan herpes viruslarının yenidən aktivləşməsinə səbəb ola bilər. Herpes simplex viruslarının I və II tipləri, eləcə də suçiçəyi virusu ilkin infeksiyadan sonra sinir hüceyrələrind

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

turlar.az

geyim və ayaqqabılar qadın geyimi geyim seçimi intim piercing peçenyelər saclarin yigilmasi yuxusuzluq kosmetika novruz hakışdaları 8 mart banan masqalar öpüşme