İspanaqlı beşəməl souslu toyuq - RESEPT

İspanaqlı beşəməl souslu toyuq - RESEPTBu dəfə sizə pəhrizdə olanların da rahatlıqla yeyəcəyi, dadından doymayacağınız resept təqdim edəcəyik.

Metbuat.az beşəməl souslu toyuğun hazırlanma qaydası ilə sizi tanış edir.
Lazım olan ərzaqlar:

2 ədəd bötöv toyuq sinəsi
1 dəstə ispanaq
2 ədəd soğan
1 ədəd qırmızı bibər
3 diş sarımsaq
1 çimdik ətotu
3 ədəd pomidor
Zeytun yağı
Duz və istiot

Beşamel sous üçün:
1,5 stəkan süd
1 xörək qaşığı un
1 xörək qaşığı kərə yağı
Duz, istiot
Muskat qozu

Üzəri üçün:
Kaşar pendiri

Hazırlanmasına gəldikdə isə, soğanları doğrayın. Qırmızı bibəri və sarımsaqları nazik formada doğrayın. Tavaya zeytun yağı töküb soğan və qırmızı bibəri qovurun. Daha sonra ispanaq yarpaqlarını da tavaya əlavə edin. Duz-istiot vurun. 1-2 dəqiqə qarışdırıb ocağı söndürün. Toyuğun döş ətini ortadan 2 hissəyə bölün. Böldüyünüz ətdən cib formasında hissə açın. Hazırladığınız içliyi ora əlavə edin. Yağlanmış soba qabına içini doldurduğunuz toyuqları düzün. Üzərinə zeytun yağı, duz və istiot töküb ətotu vurun.

Əvvəlcədən 220 dərəcə qızdırılmış sobada bişirin. Kənarda pomidorları kub formasında doğrayıb toyuq bişməyə yaxın sobaya əlavə edin.

Beşəməl sousu üçü, kiçik bir qazana unu və kərə yağını əlavə edib qovurun. Unun iyi çıxanda soyuq südü tökün və əl blenderi ilə qarışdırın. Duz-istiot vurun. Muskat qozunu sürtgəcdən keçirib əlavə edin. Sous qaynayanda ocağın altını söndürün.

Toyuq bişəndə sobadan götürüb hazırladığınız beşəməl sousunu üzərinə tökün. Son olaraq kaşar pendirini sürtgəcdən keçirib əlavə edin və 3 dəqiqə qızardın.

Qeyd: Hazırlanması vaxtınızı alsa da, dadından doymayacaqsınız.

Nuş olsun!

Mətbəx     Baxılıb: 4011   Tarix: 23 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Qara dəniz dadı: Kumak Recipe

Kuymak Resepti üçün Tərkibi. 2 -ci. yığılmış yemək qaşığı. kərə yağı. 2 -ci. yığılmış yemək qaşığı. qarğıdalı unu. bir. su şüşəsi. Bu. (otaq temperaturunda). bir. Damğa. kəsmik. 1 çay fincanı. Qaynar su. bir. çay qaşığı silin

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

.

Padimcan pancake resepti

Nə vaxtsa badımcanlı pancake alacaqsınız? Damağınızı qıracaq dadlı bir reseptlə buradayıq. Çalışdığımız dadlardan birindən badımcanlı pancake resepti. Gündüz masası üçün, çayın yanında, qonaqlarınıza yemək və ya isti qəlyanalt

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Balqabaq yeməyi resepti üçün maddələr 5 nömrə orta balqabaq bir nömrə orta soğan 3 diş sarımsaq 4 yemək qaşığı zeytun yağı bir nömrə böyük pomidor 1/2

Balqabağın toxumlu hissələrini yemək hazırlayarkən istifadə etməyin, çünki yeməyi sulandırmaz. Rəndələnmiş balqabaqlı balqabağın hazırlanmasında da istifadə edə bilərsiniz. İstəsəniz balqabağı yarıya bölün. Tava içərisin

turlar.az

yemek reseptleri geyim və ayaqqabılar geyim necə seçməli xına bəzəkləri veten haqda atalar sözləri maraqli hind filmleri baş ağrısı kosmetika sanama nagillar azerbaycan veten haqqinda atalar sozleri xeyanet