İştahkəsən ən təsirli qidalar

İştahkəsən ən təsirli qidalarGün ərzində tez-tez acır və çox yeməyinizə baxmayaraq, özünüzü tox hiss etmirsinizsə, bu yazımızı mütləq oxuyun. Moruq İştahkəsən ən təsirli meyvələrdən biridir. 100 qram moruqda 9 qram lif var. Üstəlik, sadəcə 80 kaloridir. C vitamini, manqan, kaliumla zəngin olan moruq ürək xəstəliklərindən qorunmaq, iflic və infarkt riskini azaltmaq, xərçəngə qarşı mübarizə aparmaq üçün ən yaxşı vasitədir. Moruğu meyvə salatlarına əlavə edərək yeyə bilərsiniz. Həmçinin, yağsız qatıq və yulafla qarışdırıb səhər yeməklərində və ya qəlyanaltı zamanı yemək olar. Su yosunu Asiyada yüz illərdir ki, istifadə edilən su yosunu artıq sizin də qida menyunuzun tərkib hissəsinə çevrilməlidir. Çünki su yosunu iştahanı azaldır və arıqlamağa kömək edir. Bununla yanaşı sağlamlıq üçün çox yararlıdır. Zülal və lif anbarı olan su yosunu həzmi yavaşladır, qanda şəkərin səviyyəsini sabitləşdirir, aclıq hissini aradan qaldırır. Fıstıq Elə bilirsiz ki, çərəzlər insanı kökəldir? Əslində, haqlısınız, qoz, fındıq kimi çərəzlərin tərkibində həddən artıq yağ və kalori var. Çox yedikdə kökəlməyə səbəb ola bilərlər. Ancaq fıstıq onlardan tamamilə fərqlənir. Araşdırmalar göstərib ki, fıstığın tərkibindəki yağlar orqanizm üçün faydalıdır və kökəlməyə səbəb olmur. Ancaq bu qovrulmuş və duzlanmış fıstıqlar üçün keçərli deyil. Fıstığı qatıq və yulafla qarışdırıb yesəniz, daha tez effekt verər. Paxlalı bitkilər Mərci, noxud, paxla, lobya kimi paxlalı bitkilər lif və zülalla zəngindirlər. Ona görə də iştahı azaldır və aclıq hissini aradan qaldırırlar. "Journal of Human Nutrition and Dietetics" adlı dərgidə yayımlanan araşdırma göstərib ki, qida menyusunda lobyaya üstünlük verən kök insanlar 16 həftə ərzində 5 kiloqram arıqlayıblar. Üstəlik, onlarda xolesterinin səviyyəsi aşağı düşüb. Başqa bir araşdırma isə göstərib ki, bir boşqab lobya və ya mərci salatı yeyənlər lifsiz qidalar yeyənlərlə müqayisədə özlərini daha tox hiss edirlər. Paxlalı bitkiləri yeməklərə, salatlara, şorbalara əlavə etmək olar. Yumurta "European Journal of Clinical Nutrition" adlı jurnalda nəticələri dərc olunan bir araşdırma isə sübut edib ki, səhər yeməyində eyni kaloridə olan digər qidaların əvəzinə yumurta yeyənlər gün ərzində daha az acırlar. Onlar həmişəkindən 438 kalori az qəbul edirlər. Buna rəğmən, xolesterinin səviyyəsinin qalxmaması üçün gündə bir ədəddən artıq yumurta yemək məsləhət deyil. Mənbə:publika.az

Xəbərlər     Baxılıb: 1799   Tarix: 11 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş

Bu gün saqqız adi və zərərsiz vərdiş kimi qəbul olunsa da, onun tarixi minilliklər əvvələ gedib çıxır. İnsanlar hələ qədim dövrlərdə müxtəlif bitki qatranlarını çeynəyərək həm ağızlarını təmizləməyə, həm də nəfəsi təravətləndirməy

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

turlar.az

toy makiyaji sekilleri geyim necə seçməli geyim şəkilləri qlazok yumurta dadlı yemək quymaq resepti abşeron tortu kosmetika sirin qogal faydalı bilgilər azerbaycan cinsi əlaqə qadin.az