İsti havada DÜZGÜN QİDALANMA belə olmalıdır

İsti havada DÜZGÜN QİDALANMA belə olmalıdırÇox isti hava insan sağlamlığı üçün müəyyən təhlükələr yaradır. İstidə bütün orqan və sistemlərə (xüsusilə ürək-damar, nəfəsalma, endokrin, sidik ifrazı və s.) olan yükləmələr artır ki, bu da onlarda pozulmaların inkişafı riskini artırır. Belə vəziyyətdə sağlamlığı qorumaq üçün həkimlərin bəzi tövsiyələrinə əməl etmək lazımdır. Xanim.az saglamolun.az-a istinadən isti havada düzgün qidalanma ilə bağlı həkim tövsiyələrini təqdim edir.

1. İlk növbədə qəbul etdiyimiz qidaların miqdarını azaltmaq lazımdır. Gün ərzində daha tez-tez (4-5 dəfə) və daha az yeyin, yemək porsiyalarını azaldın.

2. Qidalanmanızda süd məhsullarını (qatıq, ayran, kəsmik və s.) artırın. Bu məhsullar orqanizmin isti havada pozulan turşu-qələvi balansını bərpa edir, onu daha "qələvi" edir. Alimlərin fikrinə görə, orqanizmin turşu-qələvi balansının pozulması, onun daha "turş" olması bir çox xəstəliklərin, o cümlədən xərçəngin əsas səbəblərindən biridir.

3. Qidalanmanızda meyvə, tərəvəz, göyərti daha çox, ət daha az olmalıdır. Meyvə-tərəvəz və göyərtilər də pozulmuş turşu-qələvi balansını bərpa edir.

4. Yağlı və qızardılmış qidaları, şirniyyatları (tort, pirojna və s.) rasiondan xaric edin.

5. Gün ərzində 2 l təmiz qazsız su için. Su soyuq olmamalıdır.

6. Spirtli içkilərdən imtina edin.

7. Ədviyyatlardan daha az istifadə edin. Ədviyyatlar qan dövranını və maddələr mübadiləsini sürətləndirir, orqanizmə istilik verir.

8. Buna əks göstərişlər yoxdursa, qidalarda duzun miqdarını bir qədər artırmaq olar. Duz orqanizmdə mayeni saxlayır və susuzlaşmanın qarşısını alır.

Mətbəx     Baxılıb: 3864   Tarix: 10 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Bulkada julyen

Tərkibi. 2 ədəd bulka (hamburger bulkası). 5 ədəd göbələk. 1 ədəd toyuq filesi. 100 qr Holland pendiri. 400 ml süd. 4 xörək qaşığı un. 30 qr kərə yağı. duz. istiot. Hazirlama qaydasi. Öncə toyuq filesini xırda kub şəklind

.

Ev Sayağı kumpir resepti

Tərkibi. Kartof – 3 ədəd (böyük olsa daha yaxşı olar). Kök – 1 ədəd. Yumurta – 2 ədəd. Xiyar turşusu – 1 ədəd. Yaşıl noxud (konservləşdirilmiş) – 60 qram. Qarğıdalı (konservləşdirilmiş) – 60 qram. Pomidor – 1 ədəd. Mayonez

.

Ənənəvi bolognese və parmigiano ilə Tagliatelle Salumeri aşbazın resepti Casale Luciano

Tərkibi (xidmət başına. Tagliatelle pastası (sarı) - 100 q. Bolonya sousu - 150 qr. Kərə yağı - 20 q. Əlavə zeytun yağı - 10 q. Parmesan pendir - 10 q. Yeməli duz - 0,2 q. Qara bibər qarğıdalı - 1 q. Toyuq suyu - 150 ml

.

Bulqur salatı (Kısır)

Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərin

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq

Yumşaq qat-qat xəmirdən müxtəlif cürə yeməklər hazırlaya bilərsiniz. Qeyd edək ki, qat-qat xəmir mağazalarda hazır satılır. İstəsəniz evdə də hazırlaya bilərsiniz. Tezliklə qat-qat xəmirin resepti də saytımızda hazır olacaq

turlar.az

reseptler makiyaj etmek qaydalari həkim məsləhəti hikmətli hekayələr geyim şəkilləri qrip haqqında zoğalın faydaları kosmetika maraqlı sac modelleri oğlan evine aid hakisda qizliq perdesi əfsanələr