İsti havada ürəyi necə qorumaq lazımdır?

İsti havada ürəyi necə qorumaq lazımdır?Yayda, havaların isti keçdiyi dövrdə adətən ürək problemi olanların şikayətləri artır. Bu səbəbdən mütəxəssislər ürək-damar problemi olanlara isti havalarda daha diqqətli, ehtiyatlı olmağı tövsiyə edirlər. Hesab olunur ki, yayda ürəyin fiziki yükünü də azaltmaq lazımdır. Bunu necə etmək olar?
Milli.Az e-tibb.az-a istinadən Respublika Diaqnostika Mərkəzinin həkimi, kardioloq Şəmşir Vəliyevin bununla bağlı tövsiyələrini təqdim edir:
İsti havalarda ürəyin fiziki yükünü necə azaldaq?
1. Qida rasionunuza diqqət edin. Yağlı, ağır yeməklərdən imtina edin, duzun istifadəsini minimuma endirin. Tez-tez və az-az yeyin. Daha çox meyvə və tərəvəzlərdən istifadə edin. Çoxlu moruq  yeyin. Çünki moruq qanı duruldur. Ətdən çox yağsız balığa üstünlük verin və yeməklərinizi bitki yağları ilə hazırlayın.
2. Bədənin su balansını qorumaq üçün gündə minimum 1,5-2 litr su için. Çünki isti havalarda bədən xeyli miqdarda su itirir. Qazsız sulara üstünlük verin. Qəhvə və kofein tərkibli içkilərdən, spirtli içkilərdən uzaq durun. Bu növ içkilər damarları genişləndirir, ürəyin yükünü artırır. Mineral sular, təzə çəkilmiş meyvə şirələri, süd məhsulları içə bilərsiniz.
3. Fiziki aktivliyinizi azaldın. Ən əsası ürək-damar sistemində problemi olanlar və bağ evində torpaqla işləyənlər əyilərək və başınızı aşağı salaraq, saatlarla iş görməyin. Bu poza başda qan dövranının işinə mane olar, arterial təzyiq qəfildən qalxar, bu da huşun itirilməsinə və insulta səbəb ola bilər. 30-40 dəqiqə işlədinizsə, 15-20 dəqiqə dincəlin. Əgər təngnəfəslik, ürəyin fəaliyyətində ritm pozğunluğu, halsızlıq, baş gicəllənməsi, döş qəfəsində ağrılar hiss edirsinizsə, dərhal fiziki hərəkəti dayandırın. Səhər saat 11-ə qədər və saat 4-dən sonra işləmək məsləhətdir. Əgər sizin ürəklə bağlı narahatlıqlarınız varsa, hər zaman yanınızda ürək və təzyiq dərmanları gəzdirin.
4. Günün ən isti çağında küçəyə çıxmamağa çalışın. Günəş altında 15-20 dəqiqədən artıq qalmayın. Təngnəfəslik, halsızlıq hiss edən kimi kölgəyə çəkilin və ya sərin yerə keçin.
5. Əgər siqaret istifadə edənsinizsə, heç olmazsa sutka ərzində istifadə sayını azaldın. Siqaret qanın oksigenlə dolmasına mane olur və damarların spazmına səbəb olur.
6. İstilərdən xilas olmağın yolu həddən artıq sərin suda, soyuq duş qəbulunda deyil. Bu, əsasən də işemiya xəstəliyi olanlara aiddir. Bu hal damarların əlavə spazmına səbəb ola bilər. Nəticədə isə infarkt və stenokardiya tutmasına gətirib çıxarar.
7. Başınızı günvurmadan qorumaq üçün papaq taxın və həkiminizin məsləhətlərinə diqqət edin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1243   Tarix: 25 iyul 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

makiyaj etmek qaydalari geyim necə seçməli kosmetik vasiteler ariqlamaq ucun yasil cay salatlarin dizayni abqoranin hazirlanmasi balqabağın faydaları kosmetika hakistalar saglam qidalanma novruz hakıştası bayatı efsane