İsti yemək və içkilərin ZƏRƏRLƏRİ
İsti yemək və içki içmək xərçəng riskini artırır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, mütəxəssislərin məlumatına görə, 60 - 70 dərəcədən çox istiliyə malik içki və yeməklər xərçəng riskini artırır. İsti qidalar xüsusilə qida borusu xərçəngi, ağız içi yaralar, mədə ağrısı və mədə xərçəngi, qırtlaq xərçəngi riskini artırır, dil və dişlərə ziyan verir.
Ağızdan başlayaraq mədəyə qədər olan bölgədəki orqanların illərlə yüksək istiliyə məruz qalması toxumaların və zülalların denaturasiyasına, yəni quruluşunun pozulmasına səbəb olur. Bu isə xərçəngin meydana gəlməsi üçün risk faktorudur.
Fərqində olmadan 1-2 dəfə isti yemək və ya içki içmək ziyan vermiz. Amma bunu vərdiş halına gətirmək olmaz.
Proteinlərin quruluşunu pozan digər amillər, məsələn, ədviyyatlı və ədvalı qidalar istiliklə birləşdirildikdə mədə və qida borusu üçün daha çox risk yaradır. Həmçinin illərlə siqaret və alkoqol istifadəsi də bu riski artırır.
Eyni zamanda isti yemək və ya içki mədə ağrısına səbəb olur.
Sağlamlığımız qorumaq üçün bütün bunlara diqqət etməliyik!
Milli.Az /news.milli.az









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
D vitamininin ziyanı üzə çıxdı
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
Səhər və axşam fərq etmədən zəhər istehlak edirik
Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün
Ramazandan sonra necə qidalanmaq lazımdır?
"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"