İy və dadbilmənin olmaması şübhələnməyə əsas verir- Həkimdən XƏBƏRDARLIQ!

İy və dadbilmənin olmaması şübhələnməyə əsas verir- Həkimdən XƏBƏRDARLIQ!Bütün yaş qruplarında koronavirusa yoluxma halları olur. Yaşından asılı olmayaraq hamı yoluxma üçün risk qrupundadır.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
Onun sözlərinə görə, ölüm halları daha çox yaşlı, xroniki xəstəliyi olanlar, gec müraciət edib, uzun müddət xəstəxanada yatanlar arasında olur: "İy və dadbilmənin olmaması şübhələnməyə əsas verir ki, həmin şəxs koronavirusa yoluxub. Ola bilsin ki, həmin adamlarda qızdırma bir gün olsun, sonra olmasın. Qızdırma olmadan iy və dadbilmə itibsə, həmin şəxs mütləq koronavirus testindən keçməlidir. Çünki onlar daha çox risk qrupuna aiddir".
Həkim deyib ki, havanın soyuması ilə əlaqədar koronavirusa yoluxma sayı arta bilər. Son günlərdə hava soyuq keçir, qapalı məkanlardan istifadə sıxlığı daha da artacaq: "İndi insanlar bir-biri ilə açıq havada görüşmürlər və məsafə nə qədər daralırsa, virusun ötürülmə riski, faizi bir o qədər yüksəlir".
V.Əliyev qeyd edib ki, hazırkı durum heç də yaxşı deyil: "Testlərin sayı artırıldığı zaman yoluxma sayı da bir o qədər  çox olur. Bəzən yoluxma  sayının az olduğunu görürük, amma həmin günlərdə test sayı daha aşağı olur. Testlərin təxminən 10 faizi pozitiv çıxır. Test sayı 10 min olanda yoluxma sayı 1000, 12 min olanda təxminən 1200 olur. Yəni, test sayı nə qədər artarsa, testin pozitiv çıxması o qədər yüksəkdir. Havaların soyuması, xəstələrin çoxluğunu nəzərə alaraq yoluxma hallarının artacağanı düşünürəm".
Mütəxəssis onu da bildirib ki, Azərbaycanın müharibəni qalibiyyətlə başa vurması yaxşı xəbərdir: "İnsanların diqqəti ön cəbhədən daha çox arxa cəbhəyə yönələcək. İstər yaralılara baş çəkilməsi, istərsə də şəhid olanların dəfn mərasimləri insanların yığışması üçün bir səbəb olacaq. Burada da insanlar kütləvi halda toplaşdıqlarına görə COVID-li insanların bu cür mərasimlərə gəlməmələri tövsiyə olunur. Ən azından bunu gizlətməməli və insanlara bildirməlidirlər. Bəzən insanlar yaxşılıq etmək istədiyini düşündüyü zaman neçə insanı yoluxdura bilər. Ona görə xəstə insanlar evdən çölə çıxmamalıdırlar. Bu cür torplanışlara görə xəstəliyə yoluxma sayı yenidən artıma doğru gedə bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1437   Tarix: 29 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

donlar 2026 toy gecesi kosmetoloq intim məktəb qadın xəyanət vətən haqqında atalar sözləri tərəvəzlər kosmetika hakista hakışta qu quşu novruza aid hakisda baldiza aid hakisda