İynəbatırma və onun tətbiq sahələri

İynəbatırma və onun tətbiq sahələriQədim Çin təbabətinin müalicə üsullarından biri olan iynəbatırmadan hələ eramızdan əvvəl III əsrdə istifadə olunmağa başlanılıb. İndi istifadə olunan metal iynəni əvvəllər kənarları iti olan daşlar əvəz edirdi. Zaman keçdikcə öz əhəmiyyətini itirməyən iynəbatırma Çindən Avropaya, daha sonra isə okeanın o tayına adlayıb. 1991-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilən həmin müalicə üsuluna müraciət edənlərin sayı ildən-ilə artır.
Milli.Az bildirir ki, həkim-pediatr Məlahət Qasımova AZƏRTAC-a deyib: "Mikroiynələr bədəndə bir sıra həssas sinirlərə batırılaraq bir çox xəstəliklərin müalicəsi zamanı tətbiq olunur. Prosesin həyata keçirilməsi mütləq peşəkar həkimlər tərəfindən aparılmalıdır. Əks halda bu, müəyyən fəsadlar yarada bilər. Orqanizmdə tarazlığın pozulması zamanı xəstəliklər meydana çıxır, yəni enerji axınının pozulması nəticəsində xroniki xəstəliklər formalaşır. İynəbatırmanın da əsas nəzəriyyəsi enerji axınının paylanılmasında olan problemləri aradan qaldırmaqdır".
Ümumi müalicəsi 10-15 seans arasında dəyişən iynəbatırma müalicəsi zamanı bədənə 10-a yaxın iynə batırılır. Bir seans təxminən 30-40 dəqiqə davam edir. Mütəxəssislərin dediyinə görə, müasir tibdə iynəbatırmanın başqa metodları ilə də müalicə etmək mümkündür.
"İynəbatırma zamanı, həmçinin lazer şüası, sadə xüsusi nazik iynəciklər və mikroiynələrdən də istifadə olana bilər. Batırılan iynələr endorfin adlanan çox güclü ağrıkəsicilərin meydana çıxmasına, sintezinə səbəb olur və həmin endorfinlər orqanizmdə sintez olunaraq müxtəlif dərəcəli ağrıların müalicəsində köməyə çatır. Panik atak, depressiyalar, başağrıları, gərginlik və miqren başağrıları, onurğanın qamət pozulmaları ilə əlaqədar ağrıları iynəbatırma ilə aradan qaldırmaq mümkündür", - deyə həmsöhbətimiz bildirib.
Müasir dərman vasitələrindən fərqli olaraq iynəbatırma heç bir əlavə fəsad vermir. İynəbatırma ilə müalicə nəticəsində maddələr mübadiləsi, ürək-damar, tənəffüs, mədə-bağırsaq, qanda laxtalanma prosesi, mərkəzi sinir sisteminin fəaliyyəti yaxşılaşır və antidepressiv təsir göstərir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1091   Tarix: 12 dekabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

gelinlikler qadın geyimi gözəllik məhsulları mürəbbələr tanınmış qadın simalar çantalar gavalı salatı kosmetika irem derici vicdan dolca faydalı bilgilər vusale elizade