"Johnson & Johnson" dan istifadə edənlərə XƏBƏRDARLIQ ! Xərçəng yaradır? - FOTO

ABŞ-ın Missuri ştatındakı Sent-Lüis şəhərinin andlılar məhkəməsi dünyanın ən böyük şirkətlərindən olan "Johnson & Johnson" korporasiyasına qarşı iddianı tam təmin edib.

Məhkəmənin qərarına görə, korporasiyanın məhsulundan istifadə edəndən sonra xərçəng xəstəliyinə tutulmuş Debora Cannekiniyə mənəvi təzminat qismində 70 milyon dollar ödənilməlidir.

Kaliforniya ştatındakı Modesto şəhərinin sakini D.Cannekininin dediyinə görə, "Johnson & Johnson" un istehsal etdiyi "Johnson's Baby Powder" uşaq talkından illər uzunu istifadə edib. 2012-ci ildə həkimlər müayinə zamanı onda yumurtalıq xərçəngi aşkarlayıblar.

62 yaşlı Debora da xəstəliyin yaranmasında şirkəti suçlayıb.

Məhkəmə iddianın baxışına sentyabrın 26-da başlamışdı.

"Şadıq ki, məhkəmə dürüst qərar qəbul etdi. "Johnson & Johnson" şirkəti uşaq talkından istifadə edənləri xəbərdar etməlidir ki, bu məhsul onlarda xərçəng xəstəliyi yarada bilər", - iddiaçının vəkili Cim Onder deyib.

"Johnson & Johnson"un nümayəndəsi Kerol Qudriç isə söyləyib: "Yumurtalıq xərçəngi xəstəsi olan bu qadına və ailəsinə dərin təəssüflərimizi çatdırırıq. Məhkəmənin qərarından şikayətlənmək niyyətindəyik, çünki "Johnson's Baby Powder" talkının tam təhlükəsiz olduğu elmi araşdırmalarla sübut edilib".

"Johnson & Johnson"un istehsal etdiyi "Johnson's Baby Powder" uşaq talkı ilə artıq 3-cü dəfədir ki, məhkəmə qərar qəbul edir.

Bir qədər əvvəl Sent-Lüis məhkəməsi "Johnson & Johnson" korporasiyasını bu məhsulla bağlı iki iddiaya görə 127 milyon dollar məbləğində təzminat ödəməyə vadar etmişdi.

ABŞ-da artıq təqribən 1700 qadın "Johnson & Johnson" korpoarasiyasını məhkəməyə verərək "Johnson's Baby Powder" uşaq talkının xəstəliklər yaratdığını deyiblər. Minlərlə iddia da yaxın vaxtlarda məhkəmələrə təqdim olunacaq.

İddiaların əksəriyyəti Sent-Lüisdə məhkəmələrə verilib. 300 iddia Los-Anceles, 200 iddia isə Nyu-Cersi ştatında qeydə alınıb.

Aparılan araşdırmalar uşaq talkı ilə yumurtalıq xərçənginin yaranması arasında birbaşa əlaqələri aşkarlamayıb.

Lakin "Onder of the Onder" hüquq şirkəti bildirir ki, uşaq talkının qadınlarda yumurtalıq xərçəngi yaratması hələ 1970-ci illərdə sübut olunub. Həmin tədqiqatlara görə, uşaq talkından istifadə edən qadınlarda yumurtalıq xərçənginin yaranma riski 40 faiz artır.
"Johnson & Johnson" dan istifadə edənlərə XƏBƏRDARLIQ ! Xərçəng yaradır? - FOTO"Johnson & Johnson" dan istifadə edənlərə XƏBƏRDARLIQ ! Xərçəng yaradır? - FOTO"Johnson & Johnson" dan istifadə edənlərə XƏBƏRDARLIQ ! Xərçəng yaradır? - FOTO

Sağlamlıq     Baxılıb: 2056   Tarix: 29 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

turlar.az

həkim məsləhəti makiyaj instagram yay kolleksiyasi günay musayeva nagillar uz ucun cavanlasdirici maskalar südlü şirniyyat kosmetika oxu az oyunlar naz mila geyim sanamalar