Kalsium çatışmazlığınız varsa, BU QİDALARI yeyin

Kalsium çatışmazlığınız varsa, BU QİDALARI yeyinAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir.
AQTA-dan Publika.az-a verilən məlumata görə, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsilə oxucuların diqqətinə çatdırılır.
Bu dəfəki maarifləndirici mövzu isə "Kalsium çatışmazlığının aradan qaldırılmasında qidalanmanın rolu" haqqında olacaq.
Kalsium elementi 20-25 yaşa kimi bədəndə toplanır, sonra bir müddət stabil hala keçir, yaşa dolduqca isə bədəndə miqdarı azalır. Qanda kalsium səviyyəsinin nəinki çatışmazlığı, artıqlığı zamanı da bir sıra problemlər yarana bilər. Kalsium çatışmazlığının hiss edilməyən, yüngül, şiddətli, hətta həyatı təhdid edəcək ölçüdə məlum olan simptomları var. Erkən diaqnoz qoyularsa, orqanizmdə kalsium çatışmazlığından yaranan problemlərin baş verməsinin qarşısı alına bilər. Kalsium çatışmazlığı zamanı əzələ spazmları, ürək ritminin pozulması, üz, əl və ayaqlarda uyuşma, hafizə zəifləməsi, depressiya, əzələ ağrıları, dəridə quruma, dırnaq qırılmaları kimi əlamətlər ortaya çıxır. Bu elementin orqanizmdə kəskin defisiti zamanı ürək çatışmazlığı, udmada çətinlik, səsin dəyişməsi, sümüklərdə kövrəklik, dəmrov xəstəliyi, katarakt, əzələ gücsüzlüyü kimi simptomlar yaranır. Orqanizmdə kalsium elementinin artıq miqdarı ürək və nəfəs çatışmazlığına səbəb olur. Uşaqlarda raxitlik də kalsium və D vitamini çatışmazlığının əlamətlərindəndir.
Nəinki kalsiumun, ümumiyyətlə bütün mineral və vitaminlərin orqanizmdə çatışmazlığının qarşısını almaq üçün balanslaşdırılmış qidalanmaya üstünlük vermək lazımdır. Gün ərzində tərkibində kalsiumla zəngin qidalar qəbul etməklə orqanizm üçün zəruri olan kalsium həcmini qəbul etmiş olarıq. Belə ki, qida rasionuna mütləq süd, qatıq, kəsmik, pendir, brokkoli, kahı, kələm, paxla, mərcimək, lobya, yaşıl noxud, badam, fındıq, çia və balqabaq toxumu, küncüt kimi qidaları daxil etmək lazımdır.
Kalsiumun orqanizmdə normal mənimsənilməsi üçün müəyyən şərait lazımdır. Belə ki, D vitamini çatışmazlığı olan şəxslərin orqanizmi tərəfindən kalsium da effektli şəkildə mənimsənilmir. Buna görə kalsiumla bərabər D vitamininin də qandakı səviyyəsi nəzarətdə saxlanılmalıdır. Bundan başqa qida rasionunda normadan artıq liflə zəngin qidalara üstünlük verildikdə, həzm sistemi pozğunluqları, artıq sink və alüminium qəbulu kalsiumun orqanizmdə sovrulmasına mane olur. Yaşıl yarpaqlı tərəvəzlər və taxılın tərkibindəki oksalat və fitin turşuları kalsiumun sovrulmasına mane olduğundan, adətən, vegeterianlarda da bu elementin mənimsənilməsinə mənfi təsir edir.
Qeyd edək ki, həkim məsləhəti olmadan qida əlavəsi kimi kalsium preparatının qəbulu rasional üsul deyildir. Çünki bu məhsulların tərkibindəki kalsium duzlarının hamısı insan orqanizmi üçün eyni dərəcədə faydalı deyildir. Belə ki, kalsiumun sitrat və qlisinat duzları daha faydalıdır, həm də gündəlik normanın təyin edilməsi zamanı qida rasionu da nəzərə alınmalıdır.

Sağlamlıq     Baxılıb: 1950   Tarix: 13 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

hamilelikde qidalanma qaşların formalari donlar 2026 xiyar tutmasi tüklərin təmizlənməsi ailə məktəbi qas qalinlasmasi ucun maskalar kosmetika şəhid xanim az atalar sözü uşaq nece olur aysel