Kələm bir çox xəstəliklər zamanı əvəzsiz qida mənbəyidir

Kələm bir çox xəstəliklər zamanı əvəzsiz qida mənbəyidirKələm ilin bütün fəsillərində yetişdirilməsi mümkün olan bostan bitkilərindəndir. Qalın yarpağı hətta qarlı qışda da onu qoruyur. Həkimlər mədə, onikibarmaq bağırsağın xoraları, kolit, qastrit, ateroskleroz və s. xəstəliklər zamanı kələmin əvəzsiz qida mənbəyi olduğunu söyləyirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sarılıq və dalaq xəstəliklərinin müalicəsində kələm şirəsinin daxilə qəbul edilməsi tövsiyə olunur. Şəkərlə bişirilmiş kələm şirəsi sərxoşları ayıltmaq üçün istifadə edilir. Ağız boşluğunun iltihabı prosesləri zamanı su ilə durulaşdırılmış kələm şirəsi ilə qarqara etmək çox faydalıdır. İrinli yara, xora, əzik və yanıqların üzərinə xırda doğranmış kələm yarpaqları qoyulduqda onların sağalması xeyli sürətlənir. Kələmin təzə şirəsi mədə və onikibarmaq bağırsaq xoralarında, qastritdə, qaraciyər, öd daşı, podaqra, ateroskleroz və başqa xəstəliklərdə tətbiq edilir.
Bostan kələminin yarpağı yerkökü, çuğundur və qara turpun kök-meyvələrinin şirəsi ilə 100 qram spirtdə qarışdırılır, 4-6 saat müddətində saxlanılıb süzülür və vərəm xəstəliyi əleyhinə istifadə edilir. Onun turşuya qoyulmuş yarpaqları şəkərli diabet əleyhinə də səmərəli vasitədir.
Kələm şirəsi mədənin sekresiyasını artırır və turşuluğun azalması ilə gedən qastrit əleyhinə yaxşı təsir göstərir. Bundan başqa bağırsağın fəaliyyətini yaxşılaşdırır, qıcqırmanın qarşısını alır, peristaltikanı sürətləndirir, spastik ağrıları zəiflədir.
Kələm aterosklerozda, piylənmədə əvəzedilməz pəhriz vasitəsidir, çünki qanda xolesterinin miqdarını azaldır, maddələr mübadiləsini, o cümlədən yağ mübadiləsini normallaşdırır. Kələm şirəsi saxlanılanda keyfiyyətini tez itirir. Ona görə də müalicə müddətində hər gün sıxılmalı, emallı və şüşə qabda saxlanılmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1454   Tarix: 29 noyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

donlar 2026 toy gecesi kosmetoloq intim məktəb qadın xəyanət vətən haqqında atalar sözləri tərəvəzlər kosmetika hakista hakışta qu quşu novruza aid hakisda baldiza aid hakisda