Kələm şirəsi. Müalicəvi içki

Kələm şirəsi. Müalicəvi içkiKələm şirəsi çox faydalı, müxtəlif vitaminlər və minerallarla zəngin olan müalicəvi içkidir.
Kələmin tərkibində mədə və 12 barmaq bağırsağı xoraların sağalmasına kömək edən nadir U vitamini var. Bu səbəbdən kələm şirəsi bu xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər. Lakin burada nəzərə almaq lazımdır ki, kələm şirəsi yalnız mədə şirəsinin turşuluğunun azalması ilə müşayiət olunan xəstəliklər zamanı istifadə oluna bilər. Mədə şirəsinin turşuluğu yüksəkdirsə, kələm şirəsi istifadə olunmur.
Kələm şirəsi orqanizmi ziyanlı maddələrdən çox yaxşı təmizləyir, "pis" xolesterinin səviyyəsini aşağı salır. Kələm şirəsi ən yaxşı detokslardan biridir.
Kələm şirəsi sidikqovucu təsirə malikdir, böyrəkləri, sidik kisəsini və sidik yollarını təmizləyir.
Kələm şirəsinin balla qarışığı öskürək zamanı çox yaxşı kömək edir.
Boğaz ağrısı zamanı kələm şirəsini bir qədər qızdırın və boğazınızı gün ərzində dir neçə dəfə yaxalayın. Bu vasitə iltihabı azaldır.
Kələm "qadın tərəvəzi" sayılır. Kələm şirəsi dərinin, dırnaqların, saçların vəziyyətinə çox müsbət təsir edir, orqanizmi cavanlaşdırır.
Kələm şirəsinin kök şirəsi ilə qarışığı qəbizlik zamanı yaxşı kömək edir. Həmçinin bu qarışıq immun sistemini möhkəmləndirir.
Kələm şirəsi arıqlamağa kömək edir.
Kələm şirəsi yanıqlar və müxtəlif dəri problemləri zamanı çox effektlidir - yanıqların daha tez sağalmasına kömək edir, dərini yaxşı təmizləyir, iltihabları azaldır. Dərini təmizləmək üçün belə sadə maskadan istifadə edin: kələmin şirəsini sıxın, pambıq parçadan ağız və gözlər üçün dəliklər olan maska kəsin, maskanı kələm şirəsində isladın, üzünüzə qoyun və 10 dəqiqə saxlayın. Daha sonra üzünüzü ilıq su ilə yuyun və qidalandırıcı krem çəkin. Bu maska həmçinin dərini çox yaxşı ağardır, piqment ləkələri və çilləri daha görünməz edir.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2230   Tarix: 02 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

turlar.az

hamiləlik toy makiyajlari toy makiyaji sekilleri bürclər nişanlılıq bayatilar evlilik kosmetika bahar sirin qogal burclerin uyumu qogal qiz burcu