Keratokonus - ağır göz xəstəliyi

Keratokonus - ağır göz xəstəliyiGözün şəffaf ön təbəqəsi olan buynuzlu qişa normada kürə formasında olmalıdır.
Keratokonus xəstəliyi zamanı buynuzlu qişa nazilir, uzanır və konus formanı alır.
Keratokonus çox ağır xəstəlikdir. Keratokonus korluğa səbəb ola bilər. Xəstəlik adətən uzun illər ərzində inkişaf edir. Əsasən yetkinlik yaşlarında başlanmasına baxmayaraq 20 yaşından sonra şikayətlərə səbəb olur.
Keratokonus nəticəsində göz heç bir obyeki fokuslaya bilmədiyindən insan yazı yazanda, televizora baxanda, maşın sürəndə, kompüterdə işləyəndə əziyyət çəkir.
Xəstəliyin səbəbləri tam olaraq bilinmir, amma risk faktorları kimi irsiyyət və gözün mexaniki travmaları önəmli rol oynayır. Sərt linza istifadə etmək və gözü tez-tez ovuşdurmaq prosesi gücləndirir.
Xəstəliyin əlamətləri:
- Gözdə uzun müddətli allergiya və qaşınma halları
- Sürətlə artan miopiya və astiqmatizm (xəstə eynəkləri tez-tez dəyişir)
- Eynək taxılmasına baxmayaraq aydın görməmə
- İşığa qarşı yüksək həssaslıq
- Göz qamaşması
Müalicə:
Keratokonusun müalicəsi iki hissədən ibarətdir. Birinci nazilməkdə olan buynuzlu qişanı  möhkəmləndirmək, ikinci isə pozulmuş görməni bərpa etmək.
Prosesi dayandırmaq üçün "kornea kross-linking" (CCL) proseduru vahid standartdır. Prosedur zamanı buynuzlu qişanın səthi söyulur. Əgər buynuzlu qişa həddindən çox incəlibsə, halqalar qoyulur. Sonra pasientin gözünə 30 dəq. ərzində B2 vitamini damızdırılır və buynuzlu qişa tam bu maddə ilə hopdurulur. Daha sonra ultrabənövşəyi işıqla 5-30 dəq. ərzində ekspozisiya etdirilir. Sonda gözə müvəqqəti olaraq kontakt linza taxılır və pasient evə yazılır.
Görməni artırmaq üçün:
- Skleral linzadan istifadə edilir
- Fərdi proqramlaşdırılmış eksimer lazer əməliyyatı tətbiq olunur
Nəzərə alınmalıdır ki, keratokonusun müalicəsi nə qədər erkən başlanarsa,  əməliyyatların sadə və uğurlu alınması şansı bir o qədər artır. Gecikmiş hallarda xəstəyə donor buynuzlu qişa (meyitdən götürülür) transplantasiyası olunur.
Azər Kərimov
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1081   Tarix: 04 noyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

yemek reseptleri makiyaj etmek qaydalari sac duzumleri hakışta xınayaxdı hicab haqqinda zorlama biskvitli tort resepti kosmetika novruz bayramına aid hakışta novruza aid hakistalar novruz bayramina aid toy gecesı novruz hakisdalari