Kəşfləri kişi həmkarları tərəfindən oğurlanan elm qadınları

Kəşfləri kişi həmkarları tərəfindən oğurlanan elm qadınlarıTarixə iz qoymuş kəşflərin çoxunun kişilərə məxsus olduğu, qadınların isə elm sahəsində mühim işlərə imza atmadıqları ilə bağlı fikirləri tez-tez səslənir. Halbuki, tarix bir çox elm qadınının kəşfini öz adına çıxan kişi alimlərlə doludur. Hətta bu o qədər geniş yayılmış bir hadisədir ki, məhz bu mənanı verən xüsusi termin də var – Matilda effekti. Elm tarixçisi Marqaret Rossiter bu sözü ilk dəfə 1993-cü ildə terminalogiyaya daxil edib.

Bəs Matilda effektinə məruz qalan elm qadınları kimlərdir?
Mikroskop dünya tarixini dəyişəcək gücdə kəşflərə imza atan qadınları təqdim edir:

Sesiliya Peyn – astronom, astrofizik.

Ulduzların hidrogen və heliumdan meydana gəldiyini kəşf edib. Bu kəşfini həmkarı Henri Rassel ilə bölüşən Sesiliya xəyal qırıqlığı yaşayır. Çünki H.Rassel onun əldə etdiyi nəticənin düzgün ola bilməyəcəyini, bunun elmi biliklərlə üst-üstə düşmədiyini deyir. Buna görə də Sesiliyanın məqaləsini çap etdirmir. 4 illik araşdırmalardan sonra Sesiliya ilə eyni nəticəyə gələn H.Rassel öz məqaləsində Sesiliyanın adını belə çəkmir. Ən maraqlısı odur ki, illər sonra Sesiliyaya H.Rassel mükafatı verilir.

Liza Meytner – nüvə üzrə fizikaçı

Nasistlərin dövründə Almaniyanı tərk etmək məcburiyyətində qalan Liza Meytner həmkarı Otto ilə məktublaşırdı. Otto laboratoriyada uran atomları ilə neytronları toqquşdururdu. Əldə etdiyi nəticədən baş aça bilməyən Otto L.Meytnerdən kömək istəyir. L.Meytner toqquşma nəticəsində üzə çıxan enerjini hesablayır, üstəlik nüvə füzyonunu, yəni atom nüvəsini parçalayan mexanizmi kəşf edir.
Bu kəşf atom bombasının hazırlanması yolunda bünövrə olur. Ancaq L.Meytner kəşfinin silah istehsalı üçün istifadə edilməsi ilə razılaşmır və layihədən çəkilir. Otto isə işə davam edir və illər sonra Nobel mükafatı alır. Mükafatı alarkən L.Meytnerin adını çəkmir. Uzun illərdən sonra L.Meytnerin elmə verdiyi töhvələrin qiyməti başa düşülür. Onun xatirəsini yaşatmaq üçün Mendeleyevin elementlərin dövri sistemində 109-cu elementə Meytnerium adı verilir.

Vera Rubin – astronom

Vera Rubin qalaktikadan kənardakı ulduzlarla mərkəzdəki ulduzların sürətinin eyni olduğunu deyir. Kişi həmkarları isə onunla razılaşmır. 1970-ci illərdə V.Rubin daha böyük bir kəşfə imza atır – qaranlıq maddəni tapır. Hansı ki, müasir elm kainatın 25 faizini qaranlıq maddənin təşkil etdiyini deyir. Bir sözlə, qaranlıq maddə bəşər övladının içində yaşadığı kainatı dərk etməsi üçün ən vacib kəşflərdən biri idi. Bu kəşfi edən alimin Nobel almamaq ehtimalı yox idi. Ancaq V.Rubinə yenə kişi həmkarları mane olur.

2006-cı ildə müasir teleskoplar sayəsində 150 milyon il öncə baş verən iki qalaktika qrupunun toqquşması müşahidə edilir. Əldə olunan nəticələr qaranlıq maddənin həqiqətən var olduğunu sübut edir.

Çyansuyun Vu – nəzəri fizikaçı

O, "Manhattan layihəsi" adı ilə tanınan atom bombası layihəsində işləyib. Alim elementar hissəciklərin zəif qarşılıqlı təsirində bərabərliyin mühafizəsi qanununun etibarsız olduğunu sübut edib. Ç.Vu elm dünyasının 30 ildir həqiqət kimi qəbul etdiyi qanunun yanlış olduğunu göstərib. Birlikdə işlədiyi 2 kişi həmkarı bu kəşfi öz adına çıxaraq Nobel alıb.

Rozalind Franklin – biofizik

Doktoranturanı bitirdikdən sonra universitetlərdən birində işləməyə başlayan Rozalind Franklin burada Uilkins ilə qarşılaşır. R.Franklin sərbəst formada öz layihəsi üstündə işləsə də, ona asistenti kimi davranan Uilkins onun araşdırmalarına göz gəzdirməkdən də geri qalmır. Bir gün R.Franklindən icazə almadan onun hazırda "Şəkil 51" kimi məşhur olan DNT görüntülərini Uatson və Krik adlı 2 akademiklə bölüşür. Onlar həmin şəkildən əldə etdikləri məlumatlarla bağlı birlikdə məqalələr yayımlayırlar. DNT ilə bağlı bir sıra mühüm məlumatların tapılmasına kömək edən həmin görüntünü R.Franklinin əldə etdiyini isə açıqlamırlar. Hər 3 akademik Nobel alıb.

Ester Lederberq – mikrobioloq

Ester birinci həyat yoldaşı Coşua Lederberq ilə birgə antibiotik müqaviməti ilə bağlı araşdırmalar aparır. Onlar əldə etdikləri nəticələri yayımlayırlar. Ancaq Nobel mükafatı C.Lederberqə verilir. Esterin adı belə hallanmır.

Netti Stivens – genetik

Netti Stivens 1900-cü ildə genetika tarixindəki ən mühim kəşflərdən birini edir. O vaxta kimi uşaqlarda cinsiyyəti nəyin müəyyənləşdirdiyi elm adamları üçün qaranlıq qalırdı. 39 yaşlı Netti elm dünyasına x və y xromosomlarının varlığını sübut etdi. Ancaq mükafat onları eyni ildə kəşf edən Tomas adlı alimə verilir.

İndiyə kimi verilən 826 Nobel mükafatından cəmi 43-ü qadınlara çatıb.

/mikroskop.media

Maraqlı     Baxılıb: 2888   Tarix: 21 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

turlar.az

gözəllik məhsulları hamilelikde qidalanma qadin dunyasi gil maskalari böyrək problemi yanıltmacalar silikon dodaq kosmetika intim munasibetler səməd vurğun tapmaca uşaq şeirləri azerb clpaq qadinlari