Kəskin respirator virus infeksiyalarının səbəb olduğu xəstəliklərin profilaktikası və müalicəsi üçün tədbirlər

Kəskin respirator virus infeksiyalarının səbəb olduğu xəstəliklərin profilaktikası və müalicəsi üçün tədbirlərKRVİ - dünyada ən geniş yayılmış kəskin respirator virus xəstəliyi olub - qrip, rinovirus, koronavirus, adenovirus və tənəffüs yollarının kataral iltihabına səbəb olan digər xəstəlikləri birləşdirən qrupdur. Statistika göstərir ki, dünyada hər il 450 milyona yaxın insan bu xəstəliyə yoluxur, və 2 milyon  insan bu xəstəliklərin törətdiyi fəsadlara görə dünyasını dəyişir.
Viruslar orqanizmin müdafiə sistemini əhəmiyyətli dərəcədə zəiflədir, buna görə xəstəlikdən sonra müxtəlif fəsadların yaranma ehtimalı çox yüksəkdir. Xəstəlik  tənəffüs, ürək-damar və mərkəzi sinir sisteminin zədələməsinə və fəsadların yaranmasına görə təhlükəlidir.
KRVİ-yə insanlar yaşından və cinsindən asılı olmayaraq yoluxa bilər. Rinoviruslar xüsusilə yaşlılar, uşaqlar, hamilə qadınlar, həmçinin xroniki xəstəlikləri (ürək çatmamazlığı, şəkərli diabet, yüksək arterial təzyiq, piylənmə) olanlar üçün təhlükəlidir. Rinoviruslara yoluxma insandan insana, əksər hallarda öskürək, asqırma və ya danışarkən hava-damcı yolu ilə burun, ağız, gözlərin selikli qişasına düşən viruslar sayəsində baş verir. Viruslar selikli qişaların hüceyrələrinə daxil olaraq sürətlə çoxalmağa başlayır. Bu zaman tənəffüs yollarının selikli qişasının qoruyucu örtüyü zədələndiyindən öz müdafiə funksiyasını yerinə yetirə bilmir, nəticədə hüceyrə məhv olur və infeksiya daşıyıcısı isə yoluxucu xarakter qazanır.
KRVİ-nın müxtəlif törədiciləri rinit, faringit, tonzillit, sinusit, otit, evstaxit, larinqotraxeit, bronxit və ya pnevmoniyanın yaranmasının səbəbi ola bilər. Xəstəliyin səbəbindən, gedişatından asılı olaraq aşağıda sadalanan simptomlar müşahidə oluna bilir: bədən hərarətinin artması, titrətmə, tərləmə, asqırma, burun tıxanıqlığı və ya axması, qoxu və dad bilmənin pozulması, öskürək, tənəffüsün çətinləşməsi, boğulma, ümumi halsızlıq, baş, əzələ, oynaq ağrıları və s.
KRVİ-nın  profilaktikası:
1. Əllərin tez-tez sabunla yuyulmalı, spirt tərkibli vasitələr ilə dezinfeksiya edilməli, otaqlar tez-tez havalandırılmalı və dezinfeksiyaedici vasitələrlə nəm təmizlənməli, ümumi nəqliyyat vasitələrindən minimum istifadə edilməli, əhalinin kütləvi olduğu yerlərdən uzaq olmalı. 
2. Xəstə insanlarla ünsiyyətdən qaçmaq.
3. Vitaminlər və minerallarla zəngin qidaların və bol maye qəbulu vacibdir.
4. İmmun sistemi qüvvətləndirmək.
5. Virusların əsas giriş qapısı burun boşluğu  olduğu  üçün onların buruna daxil olmasının və  burunun selikli qişasında çoxalmasının  qarşısını almaq profilaktikanın əsas amillərindəndir. Bunun üçün  müxtəlif  gigiyenik yerli vasitələrdən (tərkibində müxtəlif bitkilərin efir yağları olan məlhəmlər, gellər, antiseptiklər, yuyucu vasitələr, sprey, dezinfektantlardan) istifadə edilməlidir. Bu yerli vasitələr virusların burun boşluğunun selikli qişasında inkişafının qarşısını almaqla, onların aşağı tənəffüs yollarına nüfuz etməsinə və virus infeksiyalarının ağırlaşmasına mane olur. O cümlədən hamilələr, uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olanlar risk qrupuna daxil olduğu üçün, bu insanlarda profilaktik olaraq burun boşluğunun gigiyenası zəruridir.
Materialda  əks  olunmus  məlumatlar müxtəlif  qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aif.ru/health/life  saytına istinad olunma  mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr /news.milli.az

Xəbərlər     Baxılıb: 2151   Tarix: 02 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

makiyaj instagram geyim seçimi qis geyimləri 2026 2026 payiz qis kolleksiyasi sabir haciyev qizilgul haqqinda melumat karikatura kosmetika vusale elizade gəncə kahfe kali hesaplama burcler haqqinda