Kəskin xolesistitin səbəbi nədir?
5-10% hallarda kəskin xolesistitə görə aparılmış cərrahi əməliyyat zamanı öd kisəsində daşın olmaması müəyyən olunur. Bu halların 50%-ində kəskin xolesistitin əsasında duran faktorun nə olmasını təyin etmək olmur. Daşsız xolesistitin əmələ gəlməsində aşağıdakı risk faktorları müəyyən olunur: ciddi travmanın və ya yanığın keçirilməsi, doğuşdan sonrakı dövr, ortopedik və digər öd yollarına aid olmayan böyük əməliyyatlardan sonrakı dövr.
Milli.Az axar.az-a istinadən bildirir ki, bəzi hallarda öd kisəsində çöküntünün olması kəskin xolesistitin səbəbi ola bilər. Digər mümkün səbəblər arasında vaskulitlər, öd kisəsini qapayan öd kisəsi adenokarsinoması, şəkərli diabet, öd kisəsinin burulması, öd kisəsinin "qeyri-adi" inkesiyaları (məsələn, Leptospira, Streptococcus, Salmonella və ya VibrioCholera) və ya parazit invaziyaları qeyd oluna bilər. Daşsız xolesistit müxtəlif fərqli system xəstəlikləri (sarkoidoz, ürək-damar xəstəlikləri, vərəm, sifilis, aktinomikoz və s.) zamanı da rast gəlinə bilər.
Daşsız xolesistitlərin əlamətləri daşlı xolesistitlərin əlamətlərinə oxşar olur.
Daşsız xolesistitlərin ağırlaşmaları daşlı xolesistitlərin ağırlaşmalarından çox və ciddi olur.
Kəskin daşsız xolesistitlərin uğurlu müalicəsi diaqnozun zamanında qoyulmasından və erkən cərrahi müdaxilənin aparılmasından aslıdır.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Bu yaşda ət yemək ömrü uzadır