Kiçik meyvənin 7 böyük faydası
Cənnət almasının faydaları saymaqla bitməz.
Digər alma növlərində olduğu kimi cənnət almasının tərkibində də bir çox faydalı vitamin (A, C, PP, B) və minerallar (kalsium, mis, dəmir, sink, marqans və s.), pektinlər, fitonsidlər, antioksidantlar, büzücü maddələr və s. var.
Lakin digər alma sortları ilə müqayisədə cənnət almasının tərkibində bioloji aktiv maddələr qat-qat daha çoxdur.
Hələ dahi Hippokrat öz elmi işlərində cənnət almalarının faydasını qeyd edirdi və onları ürək, böyrək və dəri xəstəlikləri zamanı yeməyi tövsiyə edirdi.
Saglamolun.az sizə kiçik almaların 7 böyük faydasını təqdim edir:
Ürək və damarlar üçün çox faydalıdır, təzyiqi tənzimləməyə kömək edir, damarları möhkəmləndirir.
Qanda xolesterinin səviyyəsini aşağı salır, ateroskleroz, infarkt və insultun riskini azaldır.
Bağırsaqların fəaliyyətini aktivləşdirir, qəbizliyin qarşısını alır.
Böyrəklər üçün çox faydalıdır.
Polifenol maddələri ilə zəngin olduğundan xərçəngin (xüsusilə qaraciyər və yoğun bağırsağı xərçənginin) riskini azaldır.
Sərbəst radikalları neytrallaşdırır və bununla da orqanizmdə qocalma proseslərini ləngidir.
Dərinin vəziyyətinə müsbət təsir edir, gözlər üçün faydalıdır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi