Kifayət qədər su içirsinizmi? Bədəndə suyun çatışmadığını göstərən 10 əlamət

Kifayət qədər su içirsinizmi? Bədəndə suyun çatışmadığını göstərən 10 əlamətNormal fəaliyyət göstərən orqanizm suyun qəbulunu bir sadə yolla - susuzluq hissi ilə tənzimləyir.
Bəs suya olan bu qədər həssaslıq və diqqət hansı səbəbdəndir? Əslində hər şey göründüyü kimi sadə deyil. Bəzən problemlər ondan yaranır ki, bir çox insanlar adi suyun əvəzinə çay, kofe, smuzi, qazlı içkilər, kompotlar, kvas, şərab, pivə və s.içirlər. Bütün bu mayeləri isə orqanizmin suya olan təlabatını ödəmir, hətta onlardan bəziləri (spirtli içkilər, çay, qəhvə) əksinə orqanizmdən mayenin çıxamasını sürətləndirir.
Saglamolun.az bildirir ki, su çatışmazlığı səbəbindən orqanizmdə maddələr mübadiləsi pozulur, toksinlərin bədəndən xaric olunması prosesi ləngiyir, bir çox orqan və sistemlər (beyin, böyrəklər, ürək və s.) əziyyət çəkir.
Bədəndə suyun çatışmazlığ bəzən nəzərəçarpan dərəcədə olmur. İnsan bədəni bu hala öyrəşir. Ancaq çox miqdarda maye itkisinə səbəb olan amillər varsa (məsələn, isti yay günləri), o zaman huşun itirilməsi, şüurun qarışması və müalicə tələb edən başqa ağır halların baş verməsi mümkündür.
İçdiyiniz suyun yetərli olub-olmadığını bilmək istəyirsinizmi?
O zaman özünüzü yetərincə su içib-içmədiyinizi göstərən 10 əlamət üzrə yoxlayın.
Bədəndə suyun çatışmadığını göstərən əlamətlər:
1. Ağızda quruluq. Bu, bədəninizin suya ehtiyacı olduğunun birinci və aşkar əlamətidir. Bu anda orqanizm artıq susuzlaşmanı hiss edir. Təbii ki, ağızda quruluq hissini çay, qazlı içkilər və ya paket şirələri dəf etməyə çalışmaq doğru deyil. Bu an orqanizm məhz su tələb edir.
2. Quru dəri. Dərimiz orqanizm daxilində baş verən bütün prosesləri güzgü kimi əks etdirir. Əgər həddindən artıq dəri quruluğundan əziyyət çəkirsinizsə, bu, böyük ehtimalla, bədəndə su çatışmazlığı ilə əlaqədardır.
3. Bəzən güclü susuzluq. Bəzən elə olur ki, nə qədər su içsəniz də, heç cür susuzluğunuz yatmır. Bu, orqanizmin susuzlaşdığı deməkdir. Bu hal artıq sadəcə ağızda quruluq deyil, orqanizmin kifayət qədər ciddi şəkildə susuzlaşmasıdır ki, bu zaman beyin aktiv SOS siqnalları göndərməyə və su tələb etməyə başlayır. Spirtli içkilər orqanizmi çox güclü surətdə susuzlaşdırır, ona görə də içkili olan zaman durmadan su içmək ehtiyacı duyulur.
4. Gözlərdə quruluq. Əgər gözlərdə quruluq, hətta azacıq göynəmə hiss edirsinizsə, gözlərinizin ağı qanla dolubsa, o zaman təcili surətdə su içmək lazımdır. Orqanizmdə su kifayət qədər olmadıqda gözyaşı kanalları quruyur və bu da gözlərə xeyli zərər verə bilər. Bu əlamətə kontakt linzalardan istifadə edənlər daha həssas yanaşmalıdır.
5. Sidiyin miqdarının azalması və rənginin dəyişməsi (sidik tünd rəngdə olur).
6. Ürək ritminin artması, güclü ürək döyüntüsü. Qan dövranı sistemində su azaldıqda qan qatılaşır, həcmi azalır və yavaş dövran etməyə başlayır. Nəticədə ürəyə düşən yük artır, qan dövranı pozulur, orqanlar lazımi qədər oksigen qəbul edə bilmir.
7. Oynaqlarda ağrı hissi. Bir çox insanlar, hətta cavanlar belə, oynaqlarında ağrı hiss edirlər. Bəzilərində bu hal qaçışdan və tullanma hərəkətlərindən sonra meydana gəlir. Orqanizmimiz ən kiçik detallara qədər proqramlaşdırılıb. Qığırdaq disklərinin 80%-i sudan təşkil olunub və bu da oynaqların bir-birinə sürtülməməsi və xüsusilə də intensiv yüklənmə zamanı bir-birindən ayrılmamasını təmin edir. Bu səbəbdən də suyun çatışmazlığı ağrılı hisslər verir.
8. Əzələ kütləsinin azalması. Qığırdaqlar və oynaqlarda olduğu kimi, əzələlər də yarıya qədər sudan ibarətdir. Təbii ki, orqanizmdə su çatışmazlığı olduqda, susuzlaşma halında nəmlilik itir və əzələ kütləsinin həcmi azalır. Bütün təlimçilər və həkimlər o qənaətə gəliblər ki, hətta məşqlər zamanı belə periodik olaraq mütləq su içilməsi zəruridir.
9. Xroniki yorğunluq və yuxululuq. Əgər orqanizmdə su çatışmırsa, o, suyu axtarmağa başlayır və xaricdən tapmadıqda onu daxildən, həmçinin də qandan götürməyə başlayır. Bu da bütün orqanlara sirayət edən oksigen çatışmazlığına gətirib çıxarır ki, bu da öz növbəsində yuxululuq və yorğunluq hissi verir. Beləliklə də günü-gündən siz özünüzü daha çox yorğun hiss edirsiniz, hətta 8 saat möhkəm yatdıqda belə yuxudan doymursunuz, çay və kofe belə artıq sizə gümrahlıq verməyə kifayət etmir, az qala ayaqüstdə yatırsınız.
10. Həzm sistemi ilə bağlı problemlər. Ağzın selikli qişasını nəmləndirmək zəruridir. Ancaq bu, bütün həzm sisteminə aiddir. Lazımi nəm olmadan mədənin selikli qişasının keyfiyyəti və sıxlığı azalır ki, bu da mədə turşusunun daxili orqanlara ziyan vurmasına şərait yaradır. Bu adətən mədə yanğısı və mədə pozğunluğu deyilən hallara gətirib çıxarır.
Susuzlaşma qəbizliyin əsas səbəblərindən biridir. Bəzən adi su rejiminin tənzimlənməsi qəbizlikdən xilas olunmağa yardım edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1283   Tarix: 02 noyabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

yemek reseptleri makiyaj etmek qaydalari sac duzumleri hakışta xınayaxdı hicab haqqinda zorlama biskvitli tort resepti kosmetika novruz bayramına aid hakışta novruza aid hakistalar novruz bayramina aid toy gecesı novruz hakisdalari