"Kim deyir ki, Omikron pandemiyanın sonu olacaq?" - Məşhur alim ÜST-ü təkzib etdi
COVID-19-un "omikron" ştamı pandemiyanın son mərhələsi sayıla bilməz.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Qintsburq "Rossiya 1" telekanalının efirində bildirib."Mən bunun son mərhələ olduğunu güman etmirəm, bu fikir tamamilə yanlış olardı. COVID-19 patogenlərinin sonsuz sayda yeni variantları ortaya çıxır" - mərkəz direktoru deyib.
Qintsburqun sözlərinə görə, pandemiyanın nəticələri ilə mübarizə hələ də davam edir. Bir sıra virusoloqlar da eyni fikri dəstəkləyirlər. Belə ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin kafedra müdiri Vitali Zverev bildirib ki, "omikron" pandemiyanın son mərhələsi olmayacaq, lakin ondan sonra koronavirusa yoluxma halları azalacaq.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, "omikron" ilə Avropada koronavirus pandemiyası sona çata bilər.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi