Kim koronavirusa yoluxmur? – Mühüm statistika

Kim koronavirusa yoluxmur? – Mühüm statistikaDünyanın 25 ölkəsində yayılan və ümumilikdə 3 minə yaxın insanın ölümünə səbəb olan koronavirus heç də hər kəsin ölümünə səbəb olmur. İndiyə qədər bu virusa yoluxanlar arasında ölənlərin əksəriyyəti 55 yaşdan yuxarı olanlardır.
Axar.az xəbər verir ki, yeni koronavirusa 35-40 yaşdan yuxarı olan şəxslərin yoluxma riski yüksəkdir. Məlumata görə, bu virus sosial vəziyyətindən asılı olmayaraq, 35 yaşdan yuxarı kişilər üçün böyük təhlükə yaradır. Buna görə də ölən və yoluxanlar arasında bu yaş kateqoriyasından olan kişilər xüsusilə üstünlük təşkil edir. Uşaqlar və hamilə qadınlar isə demək olar ki, yoluxmur. İndiyə qədər bu virusdan dünyasını dəyişənlər arasında uşaq və hamilə qadın yoxdur.
Çin Beynəlxalq Sağlıq Komissiyasının rəsmi açıqlamasına görə, indiyə qədər bu xəstəlikdən ölənlərin 80 faizi 60 yaşdan yuxarı olanlardır. Ölənlərin 75 faizi isə əvvəlcədən müəyyən xəstəlikləri olanlardır. Bura xüsusi olaraq ürək problemi olan və diabetdən əziyyət çəkənlər daxildir.
Yaşı 60-dan yuxarı olan, ürək problemi yaşayan, şəkər xəstəliyindən əziyyət çəkənlərin sağalma şansı olduqca aşağıdır. Ən yüksək risk qrupuna isə 75-80 yaşlılar daxildir.
Yaş artdıqca yoluxma və ölüm riskinin də artdığı deyilir.
Mütəxəssislər bunu onunla izah edir ki, xroniki xəstəlikləri olan böyüklərin immun sistemi virusa qarşı daha zəif mübarizə aparır. Bu səbəbdən diabet və ya ürək-damar sistemi xəstəlikləri koronavirusun daha ağır keçməsinə və daha kəskin ağırlaşmalara səbəb olur.
Redinq Universitetinin professoru, alim-virusoloq Consun sözlərinə görə, koronavirusun daha tez-tez rast gəlinən ağırlaşmış halı olan pnevmoniya immun sistemi zəif olan adamlarda müşahidə olunur. Koronavirus diaqnozunun qoyulduğu Uhan xəstəxanasındakı pasiyentlərin təxminən yarısında əvvəlcədən xroniki xəstəliklər olduğu aşkar edilib.
Ancaq ən maraqlı məqam isə az qala dünya ölkələrinin əksəriyyətini cənginə alan bu virusa heç bir ölkədə uşaqların yoluxma halının qeydə alınmamasıdır. Bunu izah edən çox sayda versiya mövcuddur, ancaq ekspertlər virusun uşaqlara nə üçün daha az yoluxduğuna hələ qəti cavab verə bilmirlər. Hələlik məlum olmayan səbəblərə görə koronavirus azyaşlılara ya ümumiyyətlə təsir etmir, ya da xeyli yüngül nəticələnir.
Bu təhlükəli və ölümcül epidemiyanın uşaqlara yoluxmaması ilə bağlı ən ağlabatan versiyanı isə London Universiteti kollecinin müəllimi Natali Makdermott irəli sürüb. Onun fikrincə, adətən, 5 yaşına qədər uşaqların, o cümlədən yeniyetmələrin orqanizmləri viruslara qarşı çox yaxşı mübarizə apara bildiyi üçün uşaqlarda yoluxma qeydə alınmayıb. N.Makdermott bildirib ki, uşaqlarda xəstəlik daha yüngül keçir, ya da simptomları üzə çıxmır. Koronavirus yayıldığı gündən 3 körpə doğularkən bu virusa yoluxub. Lakin hər üçü sağalıb.
Bir başqa həkim isə uşaqların bu virusa yoluxmamasını belə izah edir:
"Uşaqlarda anadangəlmə immunitet, yəni yad patogenlərə erkən reaksiya və mübarizə daha aktivdir. Anadangəlmə immun sistemi viruslardan qorunmada birinci xətt mühafizədir. Uşaqda immun-cavab güclüdür, bu səbəbdən koronavirus orqanizmə düşən kimi aşkarlanır və mübarizə başlayır. Təəssüf ki, böyüklərdə bu kəskin reaksiya yoxdur, xəstəlik gec aşkarlanır və ağırlaşır".
Maraqlıdır ki, eyni mənzərə 2003-cü ildə SARS virusu epidemiyası yayılarkən də müşahidə olunmuşdu. Onda 800 nəfər - bu virusa yoluxanların 10 faizi vəfat etmişdi. Bu virus da uşaqlara toxunmamışdı.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1513   Tarix: 18 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

yemek reseptleri qadın geyimi geyim dəbləri soz ehtiyati artirmaq monika belluççi qonaq otaqi dizayni ləkələr kosmetika yumurta həsən bəy zərdabi veten seirleri burcler nagillar