Kimlər peyvənd vurdura bilməz? Vaksinasiya üçün hansı əks göstərişlər var?

Kimlər peyvənd vurdura bilməz? Vaksinasiya üçün hansı əks göstərişlər var?"Bəzi vətəndaşlar elə düşünürlər ki, vaksin olunandan sonra bu infeksiyadan 100 faiz qorunmuş olacaqlar və daha izolyasiya qaydalarına riayət etməyə, maska taxmağa, gigiyena qaydalarını, sosial məsafə prinsiplərini gözləməyə ehtiyac qalmayacaq. Bu, tamamilə yanlış fikirdir. Çünki əhali arasında hələ də xəstəlik keçirməyənlər, həssas qruplar var. Biz virus daşıyıcısı ola bilərik. Peyvənd tətbiq olunduğu gündən bir ay keçəndən sonra qoruyuculuğunu göstərməyə başlayır. Belə ki, ilkin doza tətbiq olunur. Ondan 21 gün sonra ikinci doza vurulur. İkinci dozadan təxminən 10 gün sonra müəyyən qədər qoruyucu hesab olunmaq olar. Çünki orqanizmə yeridilən vaksin immun sisteminə təsir göstərir və müəyyən immun zülalların formalaşmasına kömək edir. Formalaşma prosesi də müəyyən qədər vaxt alır. Odur ki, vaksin vurdurandan dərhal sonra onun effekt göstərməsi mümkün deyil".
Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
Həkim bildirib ki, dünyada, o cümlədən ölkəmizdə heç olmazsa, əhalinin 60 faizdən çoxu qısa müddət ərzində kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik.
Azərbaycanın Çin istehsalı olan "Sinovac" şirkətinin peyvəndinə üstünlük verdiyini xatırladan N. Mustafayevanın sözlərinə görə, ikitərəfli danışıqlar davam etdirilir, yaxın gələcəkdə ölkəmizə digər vaksinlərin də gətirilməsi nəzərdə tutulub: "Ümid edirəm ki, ilin sonunadək başqa vaksinlərdən faydalanmaq imkanımız olacaq".
Həkim-infeksionist bildirib ki, dünyanın hər yerində COVID-19 və ya başqa xəstəlik əleyhinə peyvənd üçün məcburiyyət yoxdur. Ölkəmizdə də bu proses tam könüllü əsaslarla aparılacaq: "Məcburiyyət olmasa da çalışırıq ki, insanları maksimum şəkildə bu prosesə cəlb edək. Vətəndaşlara vəziyyəti düzgün izah etməklə onların könüllülüyünü təmin etmək lazımdır.
Dünyada bir qrup şəxslər var ki, peyvəndləmə prosesinin qəti əleyhinədirlər. Bu, peyvəndin yan təsirləri ilə bağlıdır. Peyvəndin yüngül və ciddi yan təsirləri var. Yüngül yan təsirlərə peyvənd olunan nahiyədə qızarıqlıq, şişkinlik, müəyyən istilik, ümumi bədən temperaturunun yüksəlməsi, halsızlıq aiddir. Vaksin orqanizmdə müəyyən xəstəlik əlaməti formalaşdırmalıdır ki, ona qarşı immun sistemimiz aktivləşsin və immunitet formalaşsın. Bu hallar bir neçə gün ərzində baş verə bilər və əhəmiyyətsizdir. Ciddi yan təsirlərə anafilaktik şok, yəni allergik reaksiya aiddir ki, o da ilk 30-40 dəqiqə ərzində baş verir. Onsuz da peyvənd olunanlar 20-30 dəqiqə müddətində vaksin vurdurduqları məntəqədə gözləmə zalında nəzarətdə olacaqlar. Bu da çox nadir hallarda ölümlə nəticələnir. Yəni bu milyonda bir halda baş verə biləcək hadisədir. Belə hal daha çox əks-səda doğuracaq, nəinki peyvəndin müsbət tərəfləri. İstənilən dərman preparatına qarşı da insanda allergik reaksiya, anafilaktik şok baş verə bilər. Təəssüf ki, insanlar peyvəndin və ya hansısa dərman vasitəsinin yaxşı tərəfini düşünmürlər. Yəni kimsə peyvənd olundu xəstələnmədi, faydasını gördü hissəsini deyil, xəstələndisə və ya hansısa reaksiya, yan təsir baş verdisə onu yadda saxlayırlar. Bu da əhali arasında sürətlə yayılır, nəinki yaxşı təsirlər. Bu münasibət COVID xəstəliyinə qarşı da var. Daha çox bu xəstəlik səbəbindən vəfat edənlərin sayını yadda saxlayırlar, sağalanların sayı diqqətdən kənarda qalır. İnsanlar arasında təşvişə səbəb olan da məhz belə hallardır".
Mütəxəssisin sözlərinə görə, peyvənd vurdurmaq üçün əks-göstəriş yoxdur: "Xəstəliyi keçirib qanında İgG formalaşanlar da peyvənd vurdura bilərlər. Yetər ki, xəstəliyin aktiv dövründə olmasınlar. Xəstəlikdən yeni sağalmış şəxslərə belə peyvənd vurula bilər. Elmi olaraq bunun üçün heç bir əks-göstəriş yoxdur. Tədqiqatlar göstərir ki, son 6 ay ərzində xəstəliyi keçirmiş şəxslərdə immunitet davam edir, yəni onlar qoruyucu hesab olunurlar. Peyvəndə tələbat daha çox olduğu və vaksin sayı az olduğu üçün həmin şəxsləri müəyyən müddət peyvəndləmə prosesindən uzaqda saxlamaq tövsiyə olunur. Əgər sistemdə son altı ay ərzində pozitiv nəticəsi qeydə alınan şəxs varsa, o, peyvənd üçün müraciət etdikdə sistemdə görünəcək. Həmin şəxslər bir müddət peyvəndə cəlb olunmayacaqlar. Digər qruplara, yəni əhalinin xəstəliyi keçirtməyən hissəsinə, keçirmiş olsa belə risk qrupuna daxil olan şəxslərə ilkin olaraq daha çox üstünlük veriləcək".
Mütəxəssis bildirib ki, 18 yaşına qədər uşaqlara peyvənd vurdurmaq olmaz, çünki onlar üzərində sınaqlar həyata keçirilməyib və nəticələr yoxdur: "Hazırda COVID xəstəsi olanlar yalnız sağaldıqdan sonra peyvənd oluna bilərlər. Hamilə qadınlara xüsusilə ilk trimestrdə vaksin vurdurmaq tövsiyə olunmur. Onlarda risk qiymətləndirilməsi aparılmalıdır. Əgər risk qrupundadırlarsa, yanaşı xəstəliyi, xəstəliyi ağır keçirmə ehtimalları varsa, işi ilə əlaqədar olaraq insanlarla çox sıx təmasdadırlarsa, bu halda növbəti trimestrlərdə hamilələrin həkimləri ilə məsləhətləşərək onlara vaksin vurula bilər. Ciddi immunsupressiv vəziyyətdə olanlara, məsələn, orqan transplantasiyası keçirən xəstəyə peyvənd vurulmasına dair qəti əks-göstəriş yoxdur. Həmin şəxslər risk qrupuna daxildirlərsə, onlar həkimləri ilə məsləhətləşmədən və immun statusları dəyərləndiriləndən sonra peyvənd oluna bilərlər.
Bir neçə ay öncə ölkəmizdə qrip peyvəndinin tətbiqinə başlanılıb. Hazırda bu proses də davam etdirilir. İnaktiv peyvəndlərdə peyvənddən iki həftə sonra növbəti vaksin vurula bilər. Qrip, meninqokok, pnevmokok, hepatit A, B əleyhinə vaksin vurulanlar iki həftədən sonra koronavirusa qarşı peyvənd oluna bilərlər. Canlı peyvənd - suçiçəyi, vərəm əleyhinə vaksin vurduranlar isə bir aydan sonra koronavirusa qarşı peyvənd oluna bilərlər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1941   Tarix: 06 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

qadin sayti yay geyimləri 2026 geyim şəkilləri geyim qaydaları yay paltarlari biliye aid atalar sozleri suni usaq yemekleri kosmetika faydalı məsləhətlər arxadan olmag xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır bedii edebiyyat ziyafet geyimleri