Kişi sənindir, onu əlində saxlamağı da bacarmalısan!
Kişi sənindir, onu əlində saxlamağı da bacarmalısan!
Hər şey yaxşı idi: sevgi dolu günlər, məhrəm gecələr, odlu sözlər, baxışlar. «Səninlə dünyanın sonuna da gedərəm» kəlmələri. Düz 2 il… yox 5 il… azı-çoxu 5 il yarım belə davam etdi və bitdi. Məhəbbət söndü? Hisslər soyudu? Sən adiləşdin? Yoxsa, o, dəyişdi? Bir sözlə, kişi səndən soyudu. Onu əvvəlki halına qaytarmaq çətindir, bəlkə də mümkün deyil. Amma onu heç kimə asanlıqla güzəştə getmək fikrin də yoxdur.
Kişi sənindir, onu əlində saxlamağı da bacarmalısan.
Səbəblər:
Boş vaxtınızı hədər yerə keçirirsiz.
Təzə tanış olduğunuz zamanları xatırlayın. Sən boş vaxt axtarırdın ki, sevdiyinlə birgə vaxt keçirəsən, gəzməyə çıxasan. Dəridən-qabıqdan çıxırdın ki, onun hobbisini bölüşəsən. Xoşladığı musiqilərə birgə qulaq asmaq, futbola getmək, xoşladığı restoranda nahar etmək. O da səninlə birgə kosmetika mağazalarını gəzər, sənə hər ay yeni ətir alardı.
Bəs indi? Sən səhərdən axşama kimi ev işləri görür, ya da işdən gələn kimi hamama girib, saatlarla çıxmırsan. Sənin kosmetikanın, duş gellərinin əlindən güzgünün qabağında yer yoxdur. Axşam ərinin harda olmağı səni maraqlandırmır: o, ya dostları ilə çayxanada domino oynayır, ya da pivə içir. İndi o, futbola da, kabab yeməyə də sənsiz gedir. Çünki bilir ki, sənin vaxtın və həvəsin olmayacaq. Gecə televizorda kinoya baxır, sənsə telefonda «çənə döyürsən». Azadqadin.az bildirir ki, baxmayaraq ki, siz birgə yaşayırsız, əslində ayrı-ayrı aləmlərdəsiz. Getdikcə yadlaşırsız. Sən onun həyatından çıxırsan. Sənə elə gələ bilər ki, o, bu gün dostları ilə vaxt öldürür. Amma kişiyə hər şeydən əvvəl qadın lazımdır və həmin qadın nə vaxtsa gəlib onu tapacaq. Onda çox gec olacaq.
Hərəkətə keç: Başa düşürük ki, ömrü boyu kişinin arzuları ilə oturub-durmaq və onun yarı olmaq çətin məsələdir. Amma soyuyan münasibətləri isitmək üçün heç olmasa ildə bir dəfə təzə tanış olduğunuz günlərə qayıtmaq məsləhətdir. Nə olsun ki, illər keçib? Günü bu gün taktikanızı qurun: axşamlar onunla qəhvə və ya çay içə-içə söhbət etməli, səhər ona üz qırxmaqda kömək etməli, bazar günü birgə nahar və ya balıq kababı yeməyə getməli, işdən yorğun gəlibsə, onu yüngülcə masaj etməli, ona kiçik hədiyyələr almalı, sevdiyi filmin diskini alıb, birgə baxmalı və s. Özünüz də görəcəksiz, onun sizə baxışları və münasibəti necə dəyişəcək... Onun özünə inamı artacaq və bir daha əmin olacaq ki, hələ hər şey bitməyib. Siz elə əvvəlki istiqanlı, düşüncəli və mehriban qadınsız. �?gər qəflətən dəyişməyinizin səbəbini soruşsa, deyin ki, onsuz da iş sizi bir-birinizdən ayırır. Bundan sonra qalan boş vaxtınızı ona həsr etmək fikrindəsiz.
İçində «basdırdığın» hisslər, vəziyyətlə barışmaq
Bu vəziyyət bizim qadınların, özü də ağıllı və müdrik xanımların üzləşdiyi haldır. Azadqadin.az bildirir ki, onlar sevdikləri, ailə qurduqları insanı bütün çatışmazlıqları ilə qəbul edib, taleləri ilə barışırlar. Elə bilirlər ki, kişinin xasiyyətini dəyişmək olmaz, ya da artıq gecdir. Kişinin qıcıqlandırıcı hərəkət və sözlərinə dözmək, bütün günü mübahisə etməkdən yaxşıdır, deyə fikirləşən qadınlar, bütün acılarını, narazılığını içində boğur. Belə qadınlar gündən-günə solur, baxmayaraq ki, evdə sakitçilik hökm sürür. İçində özünü didib parçalayır, ya da arzuladığını başqa insanda axtarmağa başlayır. Belə qadından kişilər gec də olsa, soyuyurlar.
Hərəkətə keç: Bəsdir içinizə qapılıb, qaldınız. Açıq danışın, özünüzə qarşı düzgün olun. İstənilən problemin həlli yolu var, əgər sən onu bölüşsən. Məsələn: bir qadın ərinin hər gün ayaqlarını yumadan yatağa girməsinə görə narahat olur, qıcıqlanırdı. Təzə ailə quranda etiraz etməyə utanır, sonra isə buna alışmağa qərar verir. Hər dəfə yatağa girəndə narahat olan qadın üzünü divara çevirməyə və çarpayının yanına ətirli pambıq qoymağa adət edir. Sonradan isə daha qorxulu vəziyyət baş verir: qadın uşağı bəhanə gətirərək, yatağını ayırır. Nəticə: qadın ərindən, ər isə qadınından soyuyur. Və bir gün sirrin üstü açılır. Təsəvvür edin, yazıq kişi heyrətindən donmuşdu.«Əgər sən desəydin və şərait yaratsaydın, mən böyük məmnuniyyətlə hər gün axşam ayaqlarımı yuyardım, hələ üstəlik ayaqlarıma ətirli krem də çəkərdim». Sözünüzü vaxtında deyin, acığınızı, hirsinizi, narazılığınızı içinizə salmayın.
Sükut.
Yəqin ki, yadınızdadır: sevdiyinizlə, nişanlınızla saatlarla telefonda danışardız: uşaqlığınızdan, hisslərinizdən, özünüzdən, insanlardan, hər şeydən. O da yorulmadan sizə qulaq asardı. Sənə elə gəlirdi ki, sən ondan heç nəyi gizlətməməlisən, çünki o, sənə əzizdir. Kişilərin çoxu danışmağı xoşlamasalar da, qulaq asmağa tənbəllik etmirlər. Amma indi… Səhərdən axşama kimi ancaq bazar-dükandan, xərcdən-borcdan, uşaqların məktəbindən, işdəki dedi-qodudan danışıb, qonşuların və qohumların dalınca gileylənirsən. Sonra isə uzun bir sükut başlayır. Hərə öz işi ilə məşğuldur, hər kəs öz fikrindədir. Sən hər şeyin dərdini çəkirsən, bəs kişi? Kim zəmanət verə bilər ki, o, ehtiraslı qadın arzusunda deyil?
Hərəkətə keç: danışmaq, danışmaq, yenə də danışmaq. Çox xahiş edirik, bunu deyinməklə səhv salmayın. Azadqadin.az bildirir ki, Keçmiş, gözəl günlərdə olduğu kimi, təbiətdən, hisslərdən, sevgidən, ehtirasdan danışın. Özünüzdən danışın, qonşuları, qohumları, qaynananı və baldızı, iş yoldaşlarını bir kənara qoyun. Axşamlar kişini ürəksıxan sükutla baş-başa buraxıb, mətbəxdə itməyin. Yoxsa bir gün gözünüzü açıb, kişisiz qaldığınızı görəcəksiz.
Bu xəbərləri MÜTLƏQ oxuyun:
İndi də 55 yaşındakı Hülya Avşar soyundu– QALMAQALLI FOTO
Qarındakı piyləri sürətlə əridən dəfnə yarpağı və darçın çayı
Bu sadə reseptlə orqanizmdəki bütün parazitlərdən xilas olun-cəmi 1 həftəyə
Tənbəllik.
əsl sevgini öldürən tənbəllikdir. Hər bir insan onu çəkən, maraqlandıran obyekti diqqət mərkəzində saxlayıb, onu əldə etməyə, ona çatmağa çalışır. Fərq etməz: bu paltardır, ətirdir, şokoladdır və ya kişi… İstəyinə çatandan sonra insan rahat nəfəs alır, arxayınlaşır. Bir vaxtlar dərdindən öldüyündən istifadə etməyə tənbəlləşir. «Onsuz da yanımdadır, hara qaçacaq?». Gəzməyə halım yoxdur, danışmağa həvəsim yoxdur. Kişinin paltarlarını yudum, yoruldum. Bircə axşam olsaydı, yatardım. Çox qadınlar əsl iş vaxtının elə gecə başladığını deyəsən, yavaş-yavaş unudurlar.
Hərəkətə keç: əgər sən görürsən ki, 2 həftədir ayaqlarını sürüyə-sürüyə mətbəxdən yataq otağına keçib, çarpayıya yıxılırsan, 2 aydır ərinlə heç bir kilomert də olsa qoşa yol getməmisən, deməli, kişinin əldən çıxmağına çox az qalıb. Gündəlik iş planına gecə 1-dən sonra nə etməli olduğunu da daxil etsən pis olmaz. Onsuz da kişilər axşamkı dadlı yeməyə, təmiz sürtülmüş qazanlara və nişastalı köynəyə görə «çox sağ ol» demirlər. Azadqadin.az bildirir ki, çünki 80% kişilərin fikrincə, ona bəxş olunmuş fantaziya dolu ehtiraslı gecənin yerini heç nə vermir. əgər «yataq tənbəlliyi»ni aşa bilsəniz, hesab edin, xilas olundunuz.