Kişi və qadınlarda tez qocalma - Təcili bu vitamini qəbul edin

Kişi və qadınlarda tez qocalma - Təcili bu vitamini qəbul edinA vitamini dəri, saç, dırnaq və dişlərin normal inkişafı üçün vacib vitamindir. O olmasa biz gözümüzlə ətrafı rəngli görə bilmərik, cinsiyyət hormonlarımız olmaz, immunitetimiz çalışmaz.
Əgər bir insan gündəlik A vitamini dozasını normasında almırsa, onda avitaminoz yaranır, fəsadlarını isə saymaqla bitməz.
Milli.Az A vitaminin çatışmazlığının səbəblərini təqdim edir:
Vitamin A nədir?
Retinol - A vitamini yağlı həll olan vitamindir, 1920-ci ildə kəşf edilib. İlk dəfə kökdə tapılıb, ona görə onun sənaye adı karotinoiddir.
A vitamini orqanizmə efir yağı kimi düşür, nazik bağırsaqda parçalanır, qaraciyərə ötürülür. Orda depolaşır. Lazım olduqda ordan qanla orqanizmə ötürülür.
Böyük insanın gündəlik dozası 1 mq- 3300 Me-dir. Vitamini qida ilə əldə etmək mümkündür.
Bəzən olur ki, insan kifayət qədər A vitamini qəbul edir, amma orqanizmdə sovrulmur. Bu mədə-bağırsaq pozğunluğu ilə əlaqəli ola bilər. Həmçinin qaraciyər xəstəliyi, sirrozda, lyambliya, qurd, parazit olduqda, xroniki diareya, piylənmə, şəkərli diabet zamanı də bu vitamin yaxşı mənimsənilmir.
Hamiləlik, gərgin fiziki, zehni iş, stres, temperatur dəyişikliyi zamanı da insanda A vitamini yaxşı mənimsənilmir, çatışmazlıq hiss oluna bilir.
A vitamini çatışmazlığının əlamətləri:
1-Ilk növbədə görmədə pozğunluq, toyuq korluğu deyilən vəziyyət yaranır. Qaranlıq yerdən işıqlı yerə və ya əksinə keçəndə insanın gözü 7-8 saniyəlik qaralırsa, deməli A vitamini azdır. Əgər bu defisit düzəlməsə, bir müddətdən sonra buynuz qişanın kökü quruyacaq, naziləcək. Daha sonra büllur qaralacaq, gözlərdə eroziya başlayavaq.
2-Dəri və selikli qişalar quruyur, çatlayır, yaralar əmələ gəlir. Dəridə sızanaq, akne, çapıq, dəlik, qırışlar vaxtsız və sürətlə artır. İnsan qocalır.
3-Dırnaqlar və saçlar quruyur, tez qırılır, saçlar tökülür.
4-Sidikdə pH balansı pozulduğu üçün böyrək və sidik yolları daşları yaranmağa başlayır.
5-A vitamini az olduqda libido azalır, cinsi istəksizlik yaranır, hətta qadınlarda menstruasiya itə bilər.
6-Ümumi halsızlıq, yorğunluq, impotensiya, yuxululuq
7-Quruyan, qabıqlanan dəri varsa, deməli A vitamini çatışmır.
A vitamini çatışmazlığını necə aradan qaldırmalı?
Qan analizi ilə vitamin əskikliyi təsdiq olunur. Sonra qastroenteroloqa müraciət edilir. Əgər gözdə problem varsa, o zaman oftalmoloqa da getməlisiz.
Həkim ilk öncə xüsusi dieta, qidalanma təyin edərək, defisiti qida ilə aradan qaldırmalıdır. Əgər bu effekt verməsə, kapsula təyin olunur. Amma unutmayın ki, A vitamini qəbul edən zaman E vitamini də olmalıdır ki, bağırsaqda retinolun turşulaşmasının qarşısını alsın. Yaxşı olar ki, vitamin az miqdarda bitki yağı ilə birgə qəbul olunsun.
Hansı ərzaqlarda var?
Kök, balqabaq, kabak, ispanaq, bibərlər, kahı, pomidor, çəhrayı sarı meyvələr, mal və balıq qaraciyəri, yumurta sarısı A vitamini ilə zəngindir. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1155   Tarix: 14 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

makiyaj etmek qaydalari geyim necə seçməli kosmetika mehsullari yumurta ile uz maskalari xınayaxdı sözləri xinayaxdi hakista 2026 yaz yay kolleksiyasi kosmetika aydin sani burclerin uygunlugu tərəzi bürcü gözəllik oxu az