Kişilər üçün üzücü xəbər: ofis şəraitində işləyirsinizsə
Oturaq şəraitdə işləyənlər, müdirlər və ofis işçiləri kişilərdə fiziki işlə məşğul olanlara nisbətən daha çox cinsi zəiflik və sperma sayında azalma müşahidə edilir.
Bununla bağlı ABŞ-ın ən prestijli universitetlərindən biri olan Harvardda araşdırma aparılıb. Tədqiqatda 2005-2019-cu illər arasında məhsuldarlıq mərkəzinə müraciət edən 377 kişidən 950 sperma nümunəsinin təhlil edilib. Araşdırmaya cəlb edilən iştirakçılar iş zamanı ağır əşya qaldırma, fiziki fəaliyyət və stress səviyyəsinə müvafiq olaraq sorğuları cavablandırıblar. Daha sonra onlardan sperma və qan nümunələri götürülərək təhlil edilib. Nəticədə fiziki fəaliyyətin kişilərin reproduktiv potensialında əhəmiyyətli dərəcədə müsbət rol oynadığı aşkarlanıb. Hətta masa arxasında işləyənlərə nisbətən sperma sayının da 50 faiz daha çox olduğu məlum olub.
Qeyd edək ki, sperma həcmi, hərəkətliliyi və testosteron səviyyəsi kişilərin məhsuldarlığının əsas amilləridir. Son əlli ildə kişilərdə sperma sayının təxminən iki dəfə azaldığı güman edilir. Elm adamları bunun səbəbi kimi ətraf mühit, pəhriz və həyat tərzi faktorlarını göstərirlər.
Sevinc Hüseynova
Saglamolun.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Tünd kişmiş cavanlaşdırır
Yuxudan duran kimi bunu edin
Bu yaşda ət yemək ömrü uzadır
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Evdə stress yaradan 5 şey