Kişilərdə 40 yaşdan sonra yaranan problem: "Cinsi həvəsi öldürür və..."

Kişilərdə 40 yaşdan sonra yaranan problem: Kişilər cinsi sağlamlıqla bağlı problemləri olan zaman adətən danışmağa çəkinir və gizlədirlər. Hətta vəziyyət ağırlaşmayana qədər həkimə belə getmirlər. Son dövrlər kişilərin ən böyük problemi ereksiya problemidir.
Bəs bu problemi yaradan əsas faktorlar nədir?
Milli.Az bildirir ki, mövzu ilə bağlı Sfera.az-a danışan həkim uroloq-androloq Araz Məmmədov bildirib ki, bu xəstəlik erektil disfunksiya (impotensiya) olaraq da adlandırılır.
"Cinsi fəaliyyətin başlamasında və davamlılığında problem varsa, deməli kişi impotensiya ilə üz-üzədir. Hazırda dünyada 40-70 yaş aralığında olan kişilərin 50 faizi erektil disfunksiya problemini yaşayırlar. Ereksiya problemi kişilərin intim həyatını məhvə sürükləyir və bu problemin yaranmasının müxtəlif səbəbləri mövcuddur. Kişilərdə cinsi həvəs beyni, hormonları, duyğuları, sinirləri, əzələləri və damarları idarə edən qarışıq bir prosesdir. Bunların hər hansısa birində problem olarsa, impotensiya yaşana bilər. Stress də cinsi həvəsə mənfi təsir göstərən faktorlardan hesab olunur. Elə hallar olur ki, fiziki və psixoloji amillər birləşərək ereksiya probleminin yaranmasına zəmin yaradır. Cinsi həvəs olduğu halda ereksiya problemi yaşanırsa, həyəcanlanmağa ehtiyac yoxdur. Cinsi meyillərə konsentrasiya olmaqla məsələni yoluna qoymaq mümkündür. Lakin bu hal 3 aydan uzun müddətdə təkrarlanırsa, mütləq həkimə müraciət etmək lazımdır. Bu problem kişilərdə, əsasən, 40 yaşdan sonra başlayır".
Həkim qeyd edib ki, xroniki xəstəliklər, nahiyənin zədələnməsi, cərrahi əməliyyatlar və alkoqol qəbulu bu problemi yaradan əsas səbəblər siyahısındadır.
"Partnyoru həddindən artıq qısqanmaq, xəyanət, təcrübəsizlik, depressiya, fobiya və günahkarlıq hissi də erektil disfunksiyanı yaradır. Qeyd edim ki, təzyiq və ürək dərmanları, sidik qovucuları, antidepresantlar da kişinin cinsi həyatını məhv edir. Bu problemdən xilas olmaq üçün zərərli vərdişlərdən və stress yarada biləcək hadisələrdən uzaq durmaq lazımdır. Ən yaxşı çıxış yolu mütəxəssis köməyi almaqdır".
Milli.Az

Xəbərlər     Baxılıb: 1287   Tarix: 16 sentyabr 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

turlar.az

donlar 2026 geyim və ayaqqabılar qadin sayti elm haqqinda atalar sözləri 2026 burcler quru yemekler hamileliyin ilk elameti kosmetika dolca qizliq perdesi novruz bayrami hakisda opusme xərçəng bürcü