Kişilərdə seks zamanı tez boşalmanın (eyakulyasiya) səbəbləri

Kişilərdə seks zamanı tez boşalmanın (eyakulyasiya) səbəbləriErkən boşalma (erkən eyakulyasiya) - hər iki partnyorun seksual məmnunluq almaları üçün kifayət edəcək dərəcədə cinsi aktın müddətini kişi tərəfindən nəzarət edə bilmədiyi vəziyyət adlandırılır. Erkən eyakulyasiya kişilərdə ən geniş yayılmış seksual problemdir (40 % hallarda rast gəlinir).

Erkən boşalma - çox incə kişi problemidir. Azərbaycanda bu cür problemləri olan əksər kişilər mütəxəssislərə çox nadir hallarda müraciət edirlər və ümid edirlər ki, "hər şey öz - özünə keçib gedəcək" və ya sadəcə bilmirlər ki, erkən eyakulyasiya müvəffəqiyyətlə müalicə olunur. Baxmayaraq ki, erkən boşalma yalnız tibbi deyil, həm də ictimai problemdir, çünki onun mövcud olması kişilərdə öz - özünə qiymət vermə və həyat keyfiyyətinin azalmasına səbəb olur, partnyora mənfi təsir göstərir və və cinsi qarşılıqlı münasibətləri korlayır.

Sağlam kişilərdə cinsi akt orta hesabla 7.3 dəqiqə davam edir. Lakin erkən eyakulyasiyanı yalnız cinsi aktın müddətinə görə qiymətləndirmək olmaz. Orqazma 2 dəqiqədən də az vaxta çatan bir qadın üçün 2 dəqiqə müddətli cinsi akt ilə kişi tamamilə sağlam kimi qiymətləndirilə bilər. Orqazma çatmaq üçün 10 dəqiqədən artıq vaxt tələb olunan qadın üçün 7.3 dəqiqəlik cinsi akt zamanı kişi erkən eyakulyasiya ilə kişi kimi qiymətləndirilə bilər.

Erkən eyakulyasiyanın səbəbləri:

• Cinsi əlaqədən uzun müddət ərzində çəkinmə və ya cinsi əlaqələrin və masturbasiyanın aşağı tezliyi, bunun nəticəsində cinsi ehtirasın artması baş verir ;

• Cinsi akt zamanı ereksiyanın vəziyyətinə görə narahatlıq və qorxu, öz partnyorunun mümkün ola biləcək razı salmamaq səbəbindən həyacan ;

• Koitusun aparılması üçün pis, əlverişsiz şərtlər səbəbindən ("ayaqüstü seks") baş verən eyakulyasiyanın tezləşməsinə görə vərdiş ;

• Qadının intensiv, ehtirası oyadan təsiri (onun böyük cazibədarlığı, bədən hərəkətləri) ;

• Enurez ;

• Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ;

• Penisin dərisinin həddən artıq həssaslığı ;

• Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ;

• Uğursuzluğun beyindən çıxmayan gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar.

Müalicəsi:

1. Xəstəliyin səbəbi olmuş iltihabi xəstəliklərin müalicəsi.

2. Cinsi, psixoloji, davranış terapiyası, özünü tənzimləmə və yayındırma metodu.

3. Həddən artıq həssaslığın konservativ müalicəsi - prezervativ və keyləşdirici məlhəmlər vasitəsilə aparılır.

4. Farmakoterapiya - antidepressantlar, anksiolitiklər və potensiyanın yaxşılaş-dırılması üçün istifadə olunan preparatların vasitəsilə aparılır.

5. Cərrahi müalicə - birləşdirici pərdənin plastikası, sünnət və penisin başının mikrocərrahi denervasiyası.

Məsləhətlər:

1.Uzun müddətli çəkinmə dövrləri olmadan müntəzəm cinsi həyat yaşayın. Məqsədəuyğundur ki, əgər kişi bunu etmək qabiliyyətindədirsə - cinsi akt təkrarlansın (bir gün ərzində). Bu zaman kişidə cinsi əlaqənin müddəti uzanır, qadında isə orgazm sürətlənir, çünki onda birinci yaxınlıqdan sonra ehtiras qorunub saxlanılır.

2.Ayrı - ayrı hallarda yayındırma metodundan istifadə etmək olar: cinsi akt zamanı kişi öz diqqətini ayrı istiqamətə yönəldir: itehsalat və məişət problemləri haqqında fikirləşir və s.

3.Aktın uzadılması o zaman mümkündür ki, kişi, cinsi orqanın dərin daxil edilməsi zamanı yalnız qısa təkanlar verir. Bu zaman ən həssas hissə olan cinsi orqanın başı uşaqlıq yolunun daha geniş hissəsi sahəsində qalır, burada o, daha az qıcıqlanma alır.

4.Cinsi aktı friksiyaların (sürtünmənin) vaxtaşırı dayandırılması zaman uzatmaq olar. Bu zaman qadının erogen zonalarının stimulyasını davam etdirmək lazımdır. Əgər bu zaman ereksiya zəifləyirsə, friksiyaları davam etdirmək lazımdır.

5.Yüksək həssaslığı olan kişilərə prezervativdən (xüsusilə də qalın), eləcə də keyləşdirici məlhəmlərdən istifadə etmək tövsiyyə olunur.

6.Əgər kişi cavandırsa, cinsi aktdan əvvəl masturbasiya edə bilər və ya stimulyasiyanı qadına həvalə edə bilər. Əgər hətta birinci dəfə o, orqazma sayılı saniyələrdə çatsa belə, ikinci dəfə həzz almaq üçün ona daha çox zaman tələb olunacaq, və deməli, cinsi akt daha uzun olacaqdır.

7.Məlum olduğu kimi, kişilərdə cinsi əlaqə zamanı görmə qabiliyyəti böyük rol oynayır. Buna görə də cinsi akt zamanı bir müddət gözləri bağlamq yaxşıdır. Əgər siz hiss etsəniz ki, yenə də özünüzə nəzarət edirsiniz, gözləri açmaq olar.

8.Bundan başqa, orqazm yaxınlaşdığı zaman kişi, cinsi orqanı uşaqlıq yolundan (vaginadan) çıxarıb, baş barmağı cinsi orqanı başının özülünə qoyub, şəhadət və orta barmaqlarla isə - yuxarıdan və aşağıdan 3 - 4 saniyəlik müddətə başı sıxa bilər, bununla da bir neçə müddətdən sonra o, cinsi aktı davam etdirmək imkanını əldə edəcəkdir.

9.Spermanın boşalmasının uzadılmasına yayındırıcı manevr kimi pozanın dəyişdirilməsi kömək edir. Tez - tez dayanaraq və pozanı dəyişdirərək, siz aldığınız stimulyasiyanın intensivliyini zəiflədirsiniz, bu da cinsi aktı uzatmağa imkan verir. Ümumiyyətlə, elə bir poza tapmaq yaxşı olardı ki, sizin üçün eyakulyasiyanı saxlamaq asan olsun.

10.Kişiyə cinsi aktı uzatmağa çox zaman adət edilmiş tələskənlik mane olduğuna görə, orqazmın yaxınlaşması zaman ona stressi qaldırmaq üçün edilən hərəkətləri etmək tövsiyyə olunur: dərindən nəfəs almaq və qısa müddətə tənəffüsü saxlamaq. Nəbz daha zəif atmağa başlayacaq, həyəcan və ehtiras sakitləşəcək, və spermanın boşalması baş verməyəcəkdir.

Bütün bunlardan nəticə çıxararaq, demək olar ki, erkən boşalma problemi böyük əksəriyyət hallarda tam və ya heç olmazsa, qismən həll olunur və yaxınlıq üçün münasib şərtlər yaranır. Problemin həllindən qaçmayın, fəal olun - və hər şey super olacaq !

Ailə və Uşaq     Baxılıb: 16499   Tarix: 01 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

turlar.az

reseptler makiyaj instagram kosmetik vasiteler sevgi cütlüyü mastopatiya agrilari xəmir xörəkləri ilk öpüş kosmetika namiq qaraçuxurlu novruz bayramı haxışta sirniyatlar sağlamlığın sirleri maska