Kişilərin xəstəliyə daha dözümsüz olmasının səbəbləri açıqlandı

Kişilərin xəstəliyə daha dözümsüz olmasının səbəbləri açıqlandıQadınlar təbiətən ağrı və xəstəliklərlə mübarizədə daha dözümlü və səbirlidirlər, onlar daha tez sağalırlar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamentinin baş mütəxəssisi Andrey Tyajelnikov kişilərin qızdırmaya niyə qadınlardan daha davamsız olduğunu izah edərkən bildirib.
Həkimin sözlərinə görə, kişilərə hətta soyuqdəymələrə dözmək daha çətindir. O, bunun bir səbəbi kimi erkən yaşdan pis vərdişlərin olması və vaxtında tibbi müayinəyə az diqqət yetirilməsini göstərib. Həkim bildirib ki, bu hal fəsadların artmasına şərait yaradır.
"Hesab olunur ki, kişilər xəstə olanda vəziyyətlərinin ağırlığını bir qədər şişirdirlər. Çox vaxt bu hətta lağlağı mövzusuna çevrilir. Bu, qadınların təbiətcə daha iradəli, ağrı və xəstəliklərə daha dözümlü olması ilə izah olunur. Bu qismən doğrudur", - deyə Tyajelnikov bildirib.
O, izah edib ki, qadın orqanizmi uşaq dünyaya gətirməyə uyğun yaradılıb və hormonların təsiri ilə qorunur, ona görə də reproduktiv yaşda olan qadınlarda infarkt və insult daha az olur. Həkim əlavə edib ki, qadının immuniteti patogen mikroblara daha aktiv reaksiya verir, ona görə də virus infeksiyaların öhdəsindən gəlmək daha asandır.
Sonda Tyajelnikov kişilərə xəstəliyin fəsadlarının qarşısını almaq üçün sağlamlıq və profilaktikaya daha çox diqqət yetirməyi, həmçinin pis vərdişlərdən imtina etməyi tövsiyə edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1051   Tarix: 25 fevral 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bir stəkan çay müalicəni puç edə bilər

Dəmir preparatlarını, qıcolma əleyhinə vasitələri, antidepressantları və antibiotikləri çayla qəbul etmək tövsiyə edilmir. -a istinadən xəbər verir ki, bu barədə saytına mütəxəssis Natalya Kalaşnikova xəbərdarlıq edib. Eksper

.

"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin

Son illərdə dəri baxımı dünyasında jojoba yağının möcüzəvi təsirləri geniş müzakirə olunur. Jojoba bitkisinin tərkibindəki maye mum efirləri insan sebumu (dərimizin təbii yağı) ilə 97% uyğunluq təşkil edir. Dəri baryerin

.

Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir

Boğaz ağrısı daha çox qış aylarında rast gəldiyimiz bir sağlamlıq problemi kimi görünsə də, kondisioner və ya ventilyator qarşısında uzun müddət qalmaq, yaş saçla gəzmək və çox soyuq su içmək kimi bəzi səbəblər yay aylarınd

.

Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər

Nevroloq Rüstəm Qayfutdinov bildirib ki, smartfonlara vurulan bəzi şüşə ekran qoruyucuları görmə sahəsini məhdudlaşdıraraq göz və baş ağrılarına səbəb ola bilər. xəbər verir ki, mütəxəssisin sözlərinə görə, belə qoruyucularl

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

.

Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq

"Pediatr olaraq valideynlərə ən çox vurğuladığımız mövzulardan biri körpənin ətraf mühit gigiyenasıdır". . xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl

.

İşdə nə edək ki, daha az yorulaq

Günün böyük hissəsini oturaq vəziyyətdə keçirən insanlar həm sağlamlıq problemləri, həm də enerji çatışmazlığı ilə üzləşə bilər. Mütəxəssislər bildirirlər ki, iş günündə cəmi bir neçə dəqiqəlik hərəkət etmək yorğunluğu azaltmağ

.

Tahinin əsas faydaları

Tahin küncüt toxumlarından əldə edilən, həm dadlı, həm də olduqca faydalı bir qidadır. xəbər verir ki, Medicana Sağlamlıq Qrupu tərəfindən hazırlanan məlumatlara əsasən, tahinin faydaları və gecə istifadəsi haqqında əsa

.

Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?

"Heyvanlarla böyüyən uşaqlarda empatiya hissi və emosional bağlanma daha güclü ola bilər. Lakin körpə və kiçik uşaqların immun sistemi həssas olduğu üçün gigiyena qaydalarına ciddi əməl etmək vacibdir". xəbər veri

turlar.az

toy makiyaji sekilleri qis geyimləri 2026 makiyaj etmek qaydalari uzdeki qara noqteler üzdə sızanaqlar içki reseptləri tortlar kosmetika prostat hakisda novruz hakışdaları arxadan olmaq vusale elizade