Kişinin hansı xüsusiyyətləri ailəyə ziyan vurar?

Kişinin hansı xüsusiyyətləri ailəyə ziyan vurar?Kişiyə aid hansı ziyanlar ailəyə ciddi ziyan vurur?
1. Həyat yoldaşına əziyyət vermək.
Qadın öz isti ailə ocağından ərinin evinə köçər və burada hər şey onun üçün yenidir. Sevgi ilə bir evdən elə bir evə gəlir ki, burada məhəbbət ikitərəfli olmalıdır. Əgər qadın öz həyat yoldaşına sevgi göstərər, ancaq ondan məhəbbət görməzsə, bu, ona əziyyət verər. Gec və ya tez bu sevgidən əl çəkər və ailə ocağı soyumağa başlayar. Çox az qadın olar ki, belə bir şəraitdə evliliyi davam etdirməyə hazır olsun. Əgər davam etsə belə, buna sağlam ailə demək olmaz.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim həyat yoldaşına əziyyət verər ki, bu qadın mehriyyəsini bağışlayaraq canını ondan qurtarsın, Allah Təala o kişi üçün atəşdən az cəzaya razı olmaz. Çünki Allah Təala bu qadın üçün yetimə görə qəzəbləndiyi kimi qəzəblənər".
Digər yerdə Həzrət (s) buyurur: "O kişi ki, həyat yoldaşına sillə vurar, Allah malikə-cəhənnəm gözətçisinə əmr edər ki, cəhənəm atəşində onun üzünə 70 sillə vursun".
İmam Əli (ə) buyurur: "Qadınlar sizin yanınızda olan Allahın əmanətidir. Ona görə də onlara ziyan vurmayın və onlarla pis rəftar etməyin".
Həzrət Peyğəmbər (s) buyurur: "Təəccüb edirəm o kişiyə görə ki, həyat yoldaşını vurar, halbuki, özü döyülməyə daha layiqdir".

2. Pis əxlaq.
Tünd və kobid xasiyyətli insanlar özləri də bilmədən başqalarına əziyyət verərlər. Onların çoxu pis insanlar deyildir. Başqalarına əziyyət verməyi sevməzlər. Ancaq acı dilləri və səbirsizlikləri səbəb olar ki, başqaları ondan incisin. Bu cür insanlar öz ailə üzvlərinə də əziyyət verər və həyatlarını cəhənnəmə çevirərlər. Bir nəfər İmam Rzanın (ə) yanına gəlir və qızına qohumlarından birinin elçi gəldiyini bildirir. Ancaq bu oğlanın xasiyyəti tünd və kobuddur. İmam (ə) ona buyurur: "Qızını ona ərə vermə".

3. Simiclik.
Mömin öz həyatını Allahın verdikləri ilə tənzim edər. Əgər Allah ona ruzi verərsə, o, da həyatını genişləndirər. Simic insan isə özündən başqasına pul xərcləməyi sevməz və özündən başqasını görməz. Bu cür insan həm özünü və həm də başqalarını pis vəziyyətdə qoyar. Bu cür insan ailə üzvlərinin gündəlik xərclərini verməkdən belə çəkinər və onları çətin vəziyyətdə qoyar. Çox az insan simic bir kişi ilə yaşamağa dözə bilər. Ərinə olan sevgisi azalar. Həzrət Peyğəmbər (s) buyurur: "Allah yanında ən mənfur insan o kəsdir ki, ailəsinə simiclik edər".

4. Tədbirsizlik.
Təzə ailə qurmuş gənclər öz peşələrində sabit olmadıqları üçün mənzil tapmaq, məişət xərcləri və övladının xərclərini təmin etmək onlar üçün çətin olar. Başqa bir tərəfdən isə təzə ailə qurmuş qadın istəyir ki, əri onunla daha çox vaxt keçirtsin. Başqa bir tərəfdən dini, ictmai məsuliyyətləri olar. Belə bir şəraitdə ancaq aqilcəsinə bir müdiriyyət nəticəsində ailəni çətin vəziyyətdən çıxartmaq olar. Bu məsələyə kişi baxdığı üçün, onun məsuliyyəti daha çox olar. Və əgər bu vəzifəsini düzgün yerinə yetirməzsə, ailənin dağılma şansı daha çox olar. İmam Əli (ə) buyurur: "Həyatın bəlası - tədbirsizlikdir".

5. Müxtəliflik axtarmaq.
Bəzi kişilər bir qadınla ailə qurandan sonra ondan sıxılır və müxtəliflik axtarırlar. Bu zaman kişi dinindən sui-istifadə etmiş olar. Heç bir səbəbi olmadan arvadına təlaq verər. Bu iş Allah yanında ən mənfur əməldir. İmam Baqir (ə) buyurur: "Allah çox təlaq edən və müxtəliflik axtaran kişilərə nifrət edər".

6. Yersiz qeyrət göstərmək.
İslam dini hər bir müsəlman kişinin qeyrətli olmasını imanından bilir. Ancaq hər bir şeydə ifrat etməyi sevmədiyi kimi, qeyrət hissində də həddini aşmağı və yersiz yerə qısqanclıq göstərməyi bəyənmir. Çünki bu hal ailəni cəhənnəmə çevirər və dağılmasına səbəb olar. İmam Əli (ə) buyurur: "Qadınlara qarşı yersiz qeyrət göstərməkdən çəkinin ki, o sağlam bir qadını yanlış tərəfə çəkər və iffətlini günah düşüncələrinə". (Tebyan)
Allah Təala cəmi kişilərə bu amili dərk etmək tofiqatını nəsib etsin.

Ailə və Uşaq     Baxılıb: 3312   Tarix: 04 dekabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

turlar.az

gozel gorunmek donlar 2026 geyim seçimi maraqlıdır kişi xəyanət arıqlama cins 2026 kosmetika sağlıq balıq novruz bayramina aid hakistalar oğlan evine aid hakisda tut ağacı tutdudu