Kişmiş dəmləməsinin çoxsaylı faydaları

Kişmiş dəmləməsinin çoxsaylı faydalarıKişmiş çox dadlı və həmçinin faydalı məhsuldur. Kişmiş dəmləməsi xalq təbabətində müxtəlif xəstəliklər zamanı təbii müalicəvi vasitə kimi istifadə olunur. Kişmiş dəmləməsinin hazırlanması çox sadədir.
Axşamdan 1 ovuc kişmiş təmizləyin, yaxşı yuyun və termosda 1 stəkan qaynar suda dəmləyin. Səhər bu dəmləməni için.
- Kişmiş kaliumla xüsusilə zəngindir. Bu mineral ürək əzələsinin normal fəaliyyəti üçün çox vacibdir. Ürək xəstəliklərdən əziyyət çəkən insanlara kişmiş dəmləməsi çox yaxşı kömək edə bilər.
- Həmçinin belə dəmləməni qəbizlikdən əziyyət çəkən insanlara tövsiyə etmək olar. Səhər acqarına bu dəmləməni içməklə siz bağırsaqlarınızı işə salacaqsınız.
- Kişmiş dəmləməsi sakitləşdirir, yuxunun tənzimlənməsinə kömək edir. Axşam yatmazdan əvvəl 1/2 stəkan kişmiş dəmləməsini için.
- Zəhərləmə zamanı kişmiş dəmləməsi orqanizmdən toksinlərin xaric olunmasını sürətləndirir.
- Öskürək, bronxit zamanı kişmiş dəmləməsi çox yaxşı müalicəvi təsir edir.
- Vitaminlər və minerallarla zəngin olan kişmiş dəmləməsi immun sistemini möhkəmləndirir.
- Kişmiş dəmləməsi qara ciyər üçün çox faydalıdır. Sarılıq zamanı (hepatit A) xəstələrə kişmiş dəmləməsinin qəbulu tövsiyə edilir. Dəmləmə qara ciyəri çox yaxşı təmizləyir.
- Kişmiş uşaqlar üçün çox faydalıdır. Konfet əvəzinə uşaqlarınıza kişmiş verin - həm dadlı, həm də faydalı.
- Uşağın qidalanmasına əlavə qidalar daxil olunmağa başlandıqda, ona maye də vermək lazımdır. (Xatırlayaq ki, yalnız ana südü ilə qidalandırılan uşağa əlavə maye tələb olunmur.) Uşağa kişmiş dəmləməsi vermək olar. Təbii ki, əvvəllər dəmləmə çox zəif olmalıdır.
- Qara kişmiş daha faydalı sayılır. Dəmləməni hazırladıqdan əvvəl kişmişi yaxşı yumaq lazımdır. Kişmiş dəmləməsi bəzi xəstəliklər zamanı (şəkərli diabet, piylənmə) istifadə olunmur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1229   Tarix: 11 noyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

qadın geyimi donlar 2026 geyim və ayaqqabılar blincik hazirlanma qaydasi təmizlik paltar olmaq yemək reseptləri kosmetika video faydalı məsləhətlər zencefil maraqli hakistalar hakisda