Kivi haqqında

Kivi haqqındaKivi artıq parlaq və çox dadlı ekzotik meyvələrin sırasında öz yerini tutub. Baxmayaraq ki, bu meyvə zahirdən o qədər də cazibədar görsənmir, onun içi əsl xəzinədir. Kivi haqqında çox danışılır, lakin hər kəs onu öz rasionuna daxil etməyə tələsmir və buna görə də bir çox faydalı maddələrdən yararlana bilmir. Əslində kivi meyvəsində həm sağlam, həm də xəstə orqanizmın tələb etdiyi maddələr olduğu üçün, ona hamı ehtiyac duyur.
Kivinin mənşəyi.

Kivinin tarixi Qədim Çindən başlayır, bu qiymətli giləmeyvə məhz orada icad olunub. Bəli-bəli, biz öyrəşdiyimiz kimi meyvə deyil, məhz giləmeyvə. Əvvəlcə meyvə "Çin motmutusu" adlandırılıb, sonralar isə onu Yeni Zelandiyaya gətiriblər və ölkənin simvolu olmuş kiçik kivi quşunun şərəfinə adlandırıblar.
Bu gün kivi meyvəsiylə artıq heç kəsi təəccübləndirmək olmaz, bu bizim gündəlik rasionumuzun hissəsi ola biləcək adi bir məhsuldur. Kivini Fransa, İsrail, Kaliforniya, Yeni Zelandiya və İtaliyada istehsal edirlər. O bütün dünyada məşhurdur.

Kivinin faydalı xüsusiyyətləri

Bu kiçik, amma çox zəngin meyvə demək olar ki, qiymətsizdir. Onda böyük miqdarda C, B1, B2, E, PP vitaminləri mövcuddur. Həmçinin kivinin tərkibində sellüloz, kalium, maqnezium, dəmir, fosfor və kalsium var. Əvvəl çoxları düşünürdülər ki, bu meyvənin tərkibində yalnız C vitamini var, amma indi biz əminik ki, o öz tərkibinə görə unikaldır.

Pəhriz üçün kivi

Öz aşağı kalorililiyinin, az miqdarda şəkərin və böyük miqdarda sellülozun sayəsində, kivi pəhriz zamanı əsas məhsul kimi məsləhət görülmüşdür. Onun kalorililiyi çox aşağıdır və 100 qram kividə təxminən 60 kkal var.

Hər gün səhər və şam yeməyindən əvvəl 1-3 ədəd kivi istifadə edərək, arıqlamada gözəl nəticələrə nail olmaq olar. Çünki, bu məhsulun sayəsində piylərin əridilməsi prosesi sürətlənir, orqanizm öz növbəsində lazımlı enerji miqdarını əldə edir, həzm prosesi yaxşılaşır və insan daxildən rahatlıq hiss etməyə başlayır.
Kivini şirniyyatların yerinə gün ərzində şirə şəklində də istifadə etmək olar.

Kivi ilə sağlamlığın sirri

Bu möcüzəli giləmeyvə orqanizmi tonusda saxlamaq üçün praktiki olaraq hər kəsə tövsiyə edilir. Kivi soyuqdəyməyə qarşı gözəl vasitə hesab edilir, onu ürək-damar xəstəlikləri zamanı, qanın laxtalanması üçün, piylənmələrə qarşı istifadə edirlər. Kivi hipertoniyadan əzab çəkən insanlara da tövsiyə edilir.

Kivi ilə gözəllik sirləri

Kivi həm də əla kosmetik vasitədir. O dərini əla təmizləyir, təravətləndirir və canlandırır, onu elastik və parlaq edir. Kivi ev şəraitində hazırlanan bir çox maskalara əlavə olunur.

Kivinin istifadəsi zamanı əks göstərişlər

Kividən həzm yolu və mədənin yüksək turşluğu kimi xəstəliklərdən əziyyət çəkən insanlara istifadə etmək olmaz. O həmçinin allergik reaksiya verə bilər (xüsusilə uşaqlarda). Buna görə öz rasionunuzda kividən ehtiyyatla istifadə edin.

Kivini necə seçmək lazımdır?

Kivinin yetişmiş meyvəsi bir az yumşaqdır. Yetişmiş giləmeyvənin dadı turşməzə və şirindir. Əgər meyvə bərkdirsə, deməli, o hələ yetişməyib. Ancaq onu günəş şüalarınından uzaq ev temperaturunda da yetişməyə qoymaq olar. Çox yumşaq meyvə demək ki, çox yetişmişdir və tamamilə dadlı deyil, ona görə onu almaq lazım deyil. Kivini həm otaq temperaturunda həm də ki soyuducuda saxlamaq olar.

Maraqlı     Baxılıb: 7368   Tarix: 06 may 2014
f Paylaş

Oxşar xəbərlər

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

turlar.az

həkim məsləhəti makiyaj etmek qaydalari sac duzumleri seks prosesi ana və uşağın ev məktəbi küftə reseptləri zirincin faydaları kosmetika bayati qz eviyçun hakışta tanisliq sirin qogal qiz evi