Kivi visseral piydən azad olmağa kömək edir

Kivi visseral piydən azad olmağa kömək edirAparılmış tədqiqat göstərib ki, C vitamini ilə zəngin olan kivi visseral piyin ərimə sürətini artırır.
Visseral piy qarın boşluğunda yerləşir və orqanizmdə hormonların işini tənzimləyir. Onun həddindən artıq olması potensial təhlükələrlə nəticələnə bilər: xüsusilə, ürək xəstəlikləri riski artır, çünki visseral piyin tərkibinə spesifik kimyəvi maddələr daxildir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlərin qənaətinə görə, bəzi məhsulların qəbulu bu cür piylərin həddindən artıq miqdarından azad olmağa orqanizmə kömək edir - bununla əlaqədar olaraq onlar kivini qəbul etməyi tövsiyə edirlər.
"Nutrients" jurnalında dərc olunan tədqiqat nəticələrinə görə, kivi şəkərin qanda səviyyəsinə nəzarəti yaxşılaşdırır, bu isə piyin və çəkinin itirilməsi ilə bağlıdır. Tədqiqatda iştirak edənlər hər gün 12 həftə ərzində 2 kivi qəbul edirdilər. Bu müddət bitdikdə insanlarda plazmada C vitamininin səviyyəsinin əhəmiyyətli dərəcədə artımı, həmçinin diastolik və sistolik qan təzyiqi göstəricilərinin azalması, bel və bel-omba hissəsi nisbətində azalma qeydə alınmışdı.
"Kivinin tərkibinə həzmi yaxşılaşdıran aktinidin fermenti daxildir. Yaxşı həzm və davamlı çəki azalması bir birini yaxşı tamamlayır", - deyə tədqiqatçılar qeyd edirlər.
Alimlərin fikrincə, azı 69 qram çəkidə bir dənə kivinin tərkibində təxminən 64 milliqram C vitamini var. Məhz o fiziki iş zamanı bədəndə piyin əriməsini sürətləndirir. Bundan başqa kivi orqanizmdən azad radikalları xaric etməyə kömək edən xolin, lyutein və zeaksantin də daxil olmaqla, digər antioksidantların yaxşı mənbəyidir. Tədqiqat müəlliflərinin fikrincə, kivinin qəbulu və müntəzəm fiziki məşğələlər visseral piyin miqdarını əhəmiyyətli dərəcədə azaltmağa qadirdir, C vitamini tərkibli məhsulların kifayət qədər qəbulu isə insanları yağ kütləsinin toplanmasına daha dayanıqlı edə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 986   Tarix: 06 fevral 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Qara istiot dünyada ən məşhur ədviyyatlardan biri hesab olunur və çox vaxt "ədviyyatların kralı" adlandırılır. Bu ad ona yalnız mətbəxlərdə geniş istifadə olunduğu üçün deyil, həm də sağlamlığa faydalı xüsusiyyətlərin

.

İdeal bədən quruluşuna 6 həftədə sahib olun

Sürətli pəhrizlər və həddindən artıq fiziki yüklənmə orqanizmi yorur və itirilmiş çəkinin qısa müddətdə geri qayıtmasına səbəb olur. Buna görə mütəxəssislər kəskin məhdudiyyətlər əvəzinə tədrici və balanslı yanaşmanı tövsiy

.

Ataların qida rejimi hamiləliyə təsir edir - YENİ ARAŞDIRMA

Sağlam hamiləliyə hazırlıq uzun illərdir əsasən qadının məsuliyyəti kimi qəbul olunur. Hamilə qalmağa hazırlaşan qadınlara spirtli içkilərdən imtina etmək, bəzi qidalardan uzaq durmaq və həyat tərzlərini dəyişmək tövsiy

.

Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski

Qrip və ya soyuqdəymədən sonra yaranan və həftələrlə davam edən öskürək ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. xəbər verir ki, xüsusilə gecə və gündüz tutmalar şəklində gələn, şərbətlər və ya bitki üsulları il

.

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son günlər əhali arasında geniş yayılan və müxtəlif əlamətlərlə müşahidə olunan xəstəlik narahatlıq doğurur. Bir çox insan uzun müddət davam edən qripəbənzər simptomlardan şikayət edir, bəzilərində isə xəstəlik fərqli formalard

.

Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri

Rəqəmsal texnologiyaların geniş yayılması ilə mavi işığa məruz qalma müddəti xeyli artıb. Telefon, kompüter, planşet və LED işıqlar həyatın ayrılmaz hissəsinə çevrilib. xəbər verir ki, bu vəziyyət sağlamlığa təsir göstərir

.

Ürək tutması və insult riskini 67% artıran qidalar açıqlanıb

Ultra emal olunmuş qidaların tez-tez istehlakı ciddi ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artıra bilər. report-a istinadən xəbər verir ki, çips, kolbasa, şəkərli içkilər, hazır yeməklər və fast food səhə

.

Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept

süfrələrinizə təravət və rəng qatacaq, müxtəlif ədviyyatlarla zənginləşdirilmiş 5 asan və fərqli cəfəri suyu reseptini təqdim edir. Limonlu cəfəri suyu: Limonun canlandırıcı təsiri ilə cəfərinin xarakterik dadını balanslaşdıra

.

Duşda bu 7 səhvi etməyin: Dermatoloq xəbərdarlığı

Gündəlik şəxsi baxımın ən sadə addımı olan duş zamanı edilən bəzi xətalar dəri quruluğu, qıcıqlanma və infeksiya riskini artırır. Mütəxəssislər "az məhsulla sadə rutin" izləməyin ən doğru üsul olduğunu vurğulayırlar

turlar.az

makiyaj instagram geyim necə seçməli qis geyimləri 2026 aybaşı soyuqdəymə müalicə erzaqlar ideal toy kosmetika veten haqqinda bayati seksi sağlamlığın sirleri vətən həsrətinə aid bayatılar paxlava