Kompüter qarşısında işləyənlər üçün xəbərdarlıq
Uzun müddət monitor qarşısında işləmək, zəif işıqlandırma və ekrana düzgün məsafənin qorunmaması göz sağlamlığına mənfi təsir göstərir.
Milli.Az xəbər verir ki, mütəxəssislər bildirib ki, bu cür vərdişlər göz quruluğu, görmə zəifləməsi və fokuslanma problemlərinin yaranma riskini artırır. Bununla yanaşı, yuxusuzluq, stres və düzgün qurulmayan iş rejimi də vəziyyəti daha da ağırlaşdıra bilər.
Həkimlər tövsiyə edir ki, monitor gözlərdən təxminən 45-70 sm məsafədə yerləşdirilməli, işıqlandırma isə gözləri yormayacaq şəkildə yan tərəfdən düşməlidir. Ekranda parıltıların olmaması da vacibdir.
Göz yorğunluğunu azaltmaq üçün sadə məşqlərdən istifadə etmək olar. Məsələn, yaxın və uzaq məsafəyə növbə ilə baxmaq göz əzələlərinin rahatlamasına kömək edir və fokuslanmanı yaxşılaşdırır.
Eyni zamanda, gözlərdə quruluq hiss etdikdə dərmanları özbaşına seçmək düzgün deyil. Çünki bu, daha ciddi göz problemlərinin ilkin əlaməti ola bilər və mütləq mütəxəssis məsləhəti tələb edir.
Asya
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Tünd kişmiş cavanlaşdırır
Yuxudan duran kimi bunu edin
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida