Kompüterdən yorulan gözlərinizi sakitləşdirin

Kompüterdən yorulan gözlərinizi sakitləşdirinBu gün hər addımda işləməkdən gözləri qızarmış çalışqanlara rast gəlmək olar. Bundan qaçmaq üçün hər gün bir neçə dəfə monitor arxasındakı fəaliyyətinizi,  yaxud, sənədlərlə əlaqədar olan işi sadə məşqlər etməklə dayandırın.  Göz üçün gimnastikanı düzgün yerinə yetirməklə, biz, nəinki əzələləri məşq etdirir,  həmçinin, dolayısı ilə bütövlükdə orqanizmi işləməyə sövq edirik. 
Milli.Az Axşam.az-a istinadən göz yorğunluğunu aradan qaldıracaq 10 əsas qaydanı təqdim edir:
1. "Kəpənək". Kirpiklərinizi tez-tez bir-birinə vurun, yəni, gözlərinizi qırpın. Məlumdur ki, monitor qarşısında gözlər tənbəlləşir və az qırpılır, bu isə görmə qabiliyyətinə zərər yetirir.
2. "Yuxarı-aşağı". Başınızı dik tutun. Düz qarşınıza baxın. Ağır-ağır nəzərinizi tavana qaldırın, bir-iki saniyə ləngidin, sonra döşəməyə baxın və yenə də ləngidin. Çalışmanın yerinə yetirilməsi zamanı başınız hərəkətsiz olmalıdır.
3. "Kəfkir". Başınızı dik tutun. Düz qarşınıza baxın. Əvvəlcə sola, sonra ağır-ağır nəzərinizi sağa yönəldin. Başınız hərəkətsiz olmalı, yalnız gözləriniz işləməlidir. Çalışmanın yerinə yetirilməsi zamanı göz almacıqları əzələlərinin vəziyyətinə diqqət yetirin, gərginliyə yol verməyin!  
4. "Səkkiz". Başınızı dik tutun. Düz qarşınıza baxın. Təsəvvürünüzdə maksimal ölçüdə üz nahiyəniz  hüdudlarında  üfüqi səkkiz rəqəmini (yaxud, sonsuzluq işarəsi) canlandırın və onu süzgün şəkildə  gözləriniz ilə təsvir edin.   Hərəkəti bir neçə dəfə bir, sonra isə o biri tərəfə təkrar edin. Sonra tez-tez gözlərinizi qırpın.
5. "Siferblat". Gözləriniz önündə qızılı rəngli böyük siferblat təsəvvür edin (alimlər hesab edir ki, məhz bu rəng görmə qabiliyyətinin bərpasına kömək edir).  Başınızı hərəkətsiz saxlayaraq, göz almacıqları ilə dairəvi hərəkətlər yerinə yetirin. 
6. "Karandaş". Karandaşı irəli uzanmış  sağ əlinizə götürərək, gözlərin səviyyəsinə qaldırın. Karandaşın ucuna baxaraq, əlinizi aramla sağa, sonra isə sola aparın. Bu zaman başınızı tərpətmədən,  əşyanı gözləriniz ilə izləyin.
7. "Gözəl  uzaqlıq". Pəncərəyə yaxınlaşaraq, uzaqlara baxın, sonra isə nəzərinizi burnunuzun ucuna yönəldin - bu, göz əzələsini məşq etdirir. Hərəkəti bir neçə dəfə təkrar edin.
8. "Geniş bağlanmış gözlər ilə". Gözlərinizi yumaraq, xəyali dairə, sonra üfüqi səkkiz rəqəmi, sonra isə xaç təsvir edin.
9. "Gözübağlıca". Bir neçə dəfə gözlərinizi sıxaraq, bərk bağlayın, sonra sadəcə yumun və 20-30 saniyə əyləşin. 
10. "Masaj". Qulaqlarda bu və ya digər orqana təsir edə bilən böyük sayda nöqtələr mövcuddur. Belə ki, mərcəyi stimulyasiya etməklə, dolayısı ilə görmə qabiliyyətinə təsir edirik.
Gözlərin iltihablaşması və yorğunluğu səbəbləri arasında yalnız sənədlərlə, yaxud, kompüter arxasında aparılan iş deyil, həmçinin kosmetik vasitələr, siqaret tüstüsü, zəif, yaxud, güclü işıqlandırma, şüalanma, əlvan boyalar da ola bilər.  Görmə qabiliyyətinin bərpası üçün gözlərə dinclik, istirahət lazımdır.
Gözlərin iltihablaşması və yorğunluğunu aradan qaldırmaq üçün əlaltı vasitələrdən istifadə edin: gözaltı dəri üzərinə buz parçaları, yaxud, soyuq su ilə isladılmış dəsmal qoyun; göz qapaqlarını təzə xiyar şirəsi ilə isladın; gözlərin üzərinə çobanyastığı, yaxud, adi çaydan hazırlanmış kompres edin; növbə ilə sürvə cövhəri ilə isladılmış soyuq və isti pambıq tamponları qoyun   (1 ç.q. yarım stəkan qaynar suya), sadəcə doyunca yuxu alın.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1055   Tarix: 08 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

yaz geyimleri 2026 aksessuarlar toy makiyajlari üzdə sızanaqlar ciyer qovurmasi qadin ve kisinin seksi göyəmin faydası kosmetika cinsi əlaqə novruz bayrami hakisda ana haqqinda bayati hakisda sağlamlıq