Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
Hər yeməkdən sonra qarnınızda narahatlıq və doluluq hiss edirsinizsə, bu, bədəninizin həzm prosesində çətinlik çəkdiyinin siqnalıdır. Şişkinlik qaçılmaz bir hal deyil, düzgün vərdişlərlə idarə oluna bilən bir prosesdir.
Milli.Az xəbər verir ki, yeməyi tələsik yemək və yaxşı çeynəməmək bədənə çoxlu hava udulmasına səbəb olur ki, bu da bağırsaqlarda qaz yığılması yaradır.
Paxlalılar (noxud, lobya), soğan, kələm, brokoli kimi qidalar və ya bəzi şəkər növlərinə qarşı dözümsüzlük köpün əsas səbəblərindəndir. Məsələn, paxlalılardakı bəzi kompleks karbonhidratları bədən tam həzm edə bilmir, nəticədə onlar bağırsaqda qaza çevrilir.
Duz bədəndə suyun yığılmasına və toxuma səviyyəsində şişkinliyə yol açır.
Paxlalıların yaratdığı köpü necə azaltmaq olar?
Paxlalıları 24-48 saat nəmli bir bezdə saxlayıb cücərdin. Bu, qaz yaradan maddələrin parçalanmasına və qidanın daha asan həzm olunmasına kömək edir.
Paxlalıları bişirməzdən əvvəl suda saxlayın, suya bir çimdik soda əlavə edin və suyu 2-3 dəfə dəyişin. Qaz yaradan maddələrin böyük hissəsi bu suda qalır.
Bişirərkən kimyon (cirə) əlavə etmək qazın parçalanmasına, təzə zəncəfil isə həzmin sürətlənməsinə kömək edir.
Bişən zaman suyun üzərində yaranan ağ köpükləri mütləq yığın; həzmi çətinləşdirən maddələr məhz o köpükdə olur.
Köpü azaltmaq üçün digər tövsiyələr:
Yeməkləri yavaş və yaxşıca çeynəyərək yeyin.
Gün ərzində kifayət qədər su için.
Lifli qidaları (tərəvəz, meyvə) menyunuza birdən-birə deyil, tədricən əlavə edin.
Yeməkdən sonra yüngül bir gəzinti bağırsaq hərəkətlərini dəstəkləyir və qazın bədəndən atılmasını asanlaşdırır.
Əgər süd məhsullarına qarşı həssaslığınız varsa, laktozasız alternativləri seçin.
Şişkinlik çox tez-tez və şiddətli şəkildə baş verirsə, mütləq bir həkimlə məsləhətləşin.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Yuxuda sevişmək nəyə yozulur?
Tünd kişmiş cavanlaşdırır
Yuxudan duran kimi bunu edin
Bu yaşda ət yemək ömrü uzadır
Nuran yeni layihəsini təqdim etdi
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Evdə stress yaradan 5 şey