Kor-koranə edilən "TÜRKƏÇARƏ"nin fəsadları

Kor-koranə edilən Çoxumuz xəstələnən kimi Həkimdən öncə dədə-baba, nənə-bibi üsulunu sınayırıq. Hansısa otlardan inhalyasiya, buxar, isti kartofdan burunun üstünə kompress, yanığa qatıq və ya sidik çəkmək və s. Yəqin ki, bunlar haqqında eşitmisiz və ya özünüz də tətbiq etmisiz. Bəs, görəsən, türkəçarə adlandırılan bu müalicə metodlarının faydası olduğu kimi, zərəri də varmı? Həkim məsləhəti olmadan şəfalı bitkilərdən istifadə etmək olarmı?
Milli.Az bildirir ki, Lent.az mövzu ilə bağlı araşdırma aparıb.
Vaxtilə nənələrimiz, babalarımız məhz belə təbii vasitələrlə özlərini sağaldır, dərmana o qədər də üstünlük vermirdilər. İndinin özündə də bu cür türkəçarələrə, çiçəklərə, otlara üstünlük verənlər az deyil. Hətta kimyəvi dərmanın bir yerə faydalı olub, digər yerə zərərli olduğunu düşünənlər var. Ümumiyyətlə, türkəçarələr hər zaman xalqımızın vazkeçilməz müalicə üsulları olub. Elə bu günə kimi davam edən bu müalicə üsulları hələ də ağrıların kəsici çarəsi kimi məşhurdur. Qulaq ağrılarında qulağa qızdırılmış spirt damcıları tökmək, soğan kökünü qızdırıb qulağa qoymaq, boğaz ağrıları zamanı yodla, yaxud mürəbbələrlə boğaz yolunu silmək, boğazı ağrıyanı qusdurmaq, limon suyu içirtmək, burnu qanayanın başını yuxarı qaldırmaq, buruna soğan suyu damcılatmaq və s. kimi üsullar bu gün də gündəmdədir. Bu üsulların nə qədər yararlı olduğunu dəqiq deyə bilməsək də, həkimlər bu üsulların əleyhinədir.
Hər bir bitkinin faydalı olduğu kimi, zərərli yönləri də ola bilər. Faydalı bilib, istifadə etdiyimiz bitkilər bəzən əks-effekt də verə bilər. 
İstənilən türkəçarənin bir xeyri varsa, min ziyanı var. Özbaşına dərmandan istifadə etmək, müalicə məqsədi ilə hər hansı bir proseduru yerinə yetirmək istəyən öncədən mütləq bu haqda məlumat toplamalıdır.
Həkimlər buna nə deyir, xalq təbabəti qəbul ediləndirmi?
Həkim Adil Qeybulla ev şəraitində aparılan müalicələrin xəstələrə ziyan verdiyini düşünür: "Əslində bizim türkəçarə dediyimiz sahə böyük elmi əsası olan qədim türk təbabətidir. Bu elmi cəhətdən əsaslandırılmalıdır. Əvvəllər farmakologiya və xalq təbabəti birliyi vardı. Onlar çox yaxşı işləyirdi. Əslində burada bu məsələlər araşdırılmalı, elmi cəhətdən əsaslandırılmalı və müxtəlif dərman otlarının, vasitələrinin, türkəçarə adı altında tətbiq olunan üsulların bir resepti verilməlidir. Yəni kor-koranə ev şəraitində kimdən nə eşidib onun tətbiq etmək düzgün deyil. Bəzən soyuq nəsə qoyulmalı yerə xəstələr isti bir şey qoyur. İnsanların bununla bağlı təsəvvürləri çox vaxt yanlış olur. Ona görə də hesab edirəm ki, insanlar özbaşına müalicə ilə məşğul olmamalıdır. Gələcəkdə xalq təbabəti inkişaf etdikcə onun vahid reseptləri olacaq ki, o reseptlər əsasında həkim onu xəstəyə təyin edəcək".
Lent.az sizə tibb mütəxəssislərinin araşdırdığı insan səhhəti üçün təhlükəli olan türkəçarə metodlarını təqdim edir:
1.Kartofdan kompress, inhalyasiya
Öskürək, qrip, burun tutulmasında nənələrin xüsusi metodu olan qabıqlı bişirilmiş isti kartofun əzilib, tənzif arasında buruna, sinəyə qoyulmasıdır. Xüsusən uşaqlara bronxit və öskürəkdə çox tətbiq olunur. Həkimlər isə bildirir ki, qabıqlı bişmiş kartofu yemək daha faydalıdır, nəinki müalicədə istifadə etmək.
Təhlükəsi: Yuxarı tənəffüs yollarının yanığı, göz, burun selikli qişasının qıcıqlanması, udlaq-qırtlağın şişməsi, müxtəlif spazmların baş verməsi.
Yüksək hərarəti olan xəstəyə bunu etmək əksinə temperaturu daha da artırıb, xəstənin huşunu itirə bilər. Bronxit, angina, laringit, haymorit kimi infeksion xəstəliklərdə isti buxar, isti kompress əks göstərişdir, iltihabi prosesi daha da artıra bilər.
Nə etməli: istənilən inhalyasiya, kompress həkim göstərişi ilə məsləhətləşib seçilməlidir. Yaxşı olar ki, burunu dəniz suyu və xüsusi məhlullarla yuyasız. İnhalyasiya üçün mətbəx qazanından yox, xüsusi aparatdan istifadə edəsiz. 
2.Soda içmək 
Qida sodası mədə şirəsində turşuluğun dərəcəsini neytrallaşdırır. Sodanı qəbul edən kimi mədədə kəskin reaksiya gedir. Həqiqətən bu metod güclü mədə yanmasında, turşuluqda effekt verir, amma qısamüddətli olur. Ondan sonra mütləq yan təsirlər başlayır.
Təhlükəsi: Soda mədənin selikli qişasını " yeyir", iltihablaşır, insanda sodadan asılılıq yaranır. Arıqlamaq üçün soda içənlər isə mədələrini geridönüşü olmayan xəstəliyə salır. Sonradan mədə iltihabı insanı yeməkdən yayındırır.
Nə etməli: mədə qıcqırması, yanması əleyhinə xüsusi emulsiya, kisel, yulaf sıyığı qəbul edin.
3.Yanıq sahəsinə sidik və ya bitki yağı çəkmək
Bu üsul da el arasında çox yayılıb. Birinin barmağı yanan kimi, sidik vur deyirlər.  Yanıq yarası zamanı ilk növbədə etməli olduğumuz yanığın dərəcəsini azaltmaq, ikinci növbədə infeksiyalaşmasının qarşısını almaqdır. Bu halda sidik işə yaramır. Bitki yağı isə toxumalara oksigen axınının qarşısını alıb, yanıqda dərəcəni daha da artıracaq.
Nə etməli: həkimə çatana kimi yanıq nahiyəsinə soyuq su qoymalı. Bu üsul yanığın dərəcəsini bir addım aşağı endirəcək. Əgər açıq yaradırsa, onu soyuq suda isladılmış parça ilə yumaq lazımdır.
4.Urinoterapiya - Sidiklə müalicə
Çox qədim kökləri olan bu terapiyanın indi də davamçıları var. Əslində isə tibbin qəbul etmədiyi, yalançı nəzəriyyədir. Elə bir xəstəlik yoxdur ki, onun müalicəsində sidik, xüsusən insanın öz sidiyi möcüzəvi təsir göstərsin.  Bu məsələdə qadınlar xüsusən aktivdir, onlar sonsuzluq, mioma, mastopatiya, ginekoloji xəstəliklərdə daha çox sidikdən istifadə edir.
Təhlükəsi: Sidiklə orqanizmə lazım olmayan biomaterial ifraz olunur, hətta uşaq sidiyi belə təmiz deyil. Sidikdə çox sayda bakteriyalar var, əgər sidiyi daxilə və ya xaricə tətbiq etsəniz, bakteriya və viruslar yenidən orqanizmə daxil olacaq.
Milli.Az

Xəbərlər     Baxılıb: 1488   Tarix: 18 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

sade makiyaj sekilleri gözəllik məhsulları toy makiyajlari vətənə aid atalar sözü ev dizaynlari yataq otagi həsrət şəkilləri bürclər haqqında kosmetika cantalar geyim ana haqqinda bayati maskalar salatlar