Koronavirus dərmanlarını istifadə edərkən DİQQƏT - İnsulta, qanaxmalara səbəb ola bilər
Koronavirus infeksiyası qanı qatılaşdırır və damarlarda trombların əmələ gəlməsinə səbəb olur ki, bu da çox ciddi ağırlaşmalara və hətta ölümə gətirib çıxardır.
Bunun qarşısını almaq məqsədi ilə bütün dünyada koronavirusun müalicəsində qan duruldan preparatlardan (kleksan, enoksaparin, fraksiparin və s.) istifadə olunur.
Lakin həkimlər xəbərdarlıq edir ki, bu dərmanları yalnız həkimin təyini ilə qəbul etmək olar. Yalnız həkim xəstənin vəziyyətindən, yaşından, arterial təzyiqinin göstəricilərindən, analizlərdən, yanaşı xəstəliklərin olub-olmadığından və s. vacib amillərdən asılı olaraq bu dərmanların dozasını düzgün hesablaya bilər.
Milli.Az bildirir ki, qan duruldan preparatların özbaşına qəbulu ağır mədə-bağırsaq qanaxmaları və hemorragik insulta səbəb ola bilər. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi